Aranrot — Vikipediya
Aranrot — Albaniyanın Arsak əyalətində, onun Sisakanla (indiki Zəngəzur) həmsərhəd hissəsində bir mahalın adı.
Tarixi
[redaktə | vikimətni redaktə et]İlk dəfə Albaniyanın Uti əyalətinə daxil olan mahallardan biri kimi "VII əsr Erməni coğrafiyası" adlı əsərdə və sonda "Albaniya tarixi" də çəkilir. VII əsrə aid mənbədə mahalın Arazçayı ilə Arsak arasındakı ərazidir. Albaniyada eranın ilk əsrlərindən etibarən yaşamış qədim türkmənşəli Aran tayfasının adından və fars dilində rot (rut) “çay“ sözündən ibarətdir. Aranrot oradakı çayın, mahalın adlarıdır. X-XII əsrlər ərəb coğrafiyaçıları Alban (Arran) ölkəsində Araz çayına tökülən bir çayın Aran (ərəbcə yazılışda Arran) adlandığını yazmışlar. Belə nəticə alınır ki, VII əsr erməni mənbəində çəkilən Aranrot mahal və çay adı məhz ərəb mənbələrindəki Aran (Arran) çayıdır. Əslində Aranroq çayı Qubadlı-Zəngilan rayonlarının ərazisindən axan (Araz çayına sol qolu) Həkəriçayın adıdır. XII əsrə aid ermənicə mənbələrin birində bu çay Ağvançay adlanır. Buna səbəb erməni müəllifi Aranrot çayının adındakı “Aran“ sözünü Alban ölkəsinin digər adı olan Aran (ərəb mənbələrində Arran) adı ilə şüurlu olaraq səhv salmış və onu Alban ölkə adının ermənicəsi Ağvan hesab etmişdir.[1]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçid
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ B.Budaqov, Q.Qeybullayev Yuxarı Qarabağı Toponimləri Bakı 2005