Aravaklar — Vikipediya
Aravaklar — Hindilərin Cənubi Amerikada yaşayan bir qrupu.
Etnik tərkibi və yayılması и расселение
[redaktə | mənbəni redaktə et]Amerikada geniş yaşayan qızıldərili qəbiləsi. Floridanın cənubu, Paraquayın şimalı ilə Peru sahilləri, Amazonun agzı və Antillərdə yaşayan Aravaklar, Cənubi Amerikanın ən önəmli dil ailəsinə və mədəniyyətinə bağlıdır. Uzun köçlər etdilər və getdikləri yerlərdə dillərini və mədəniyyətlərini yaydılar. Bəzi muzeylərdə əl işləri sərgilənir.
Aravak dilləri
[redaktə | mənbəni redaktə et]Aravak dilləri (maypur dilləri) – Cənubi Amerika hindi dilləri ailəsi. Əsasən, Cənubi Amerikanın şimal və mərkəzi hissələrində (Çili və Uruqvaydan başqa), qismən də Mərkəzi Amerikada Karib dənizi sahilləri (qarifuna dili); əvvəllər həmçinin Böyük Antil adaları – Kuba, Haiti, Yamayka, Puerto-Riko (taino dilləri) və Kiçik Antil adalarında (inyeri dilləri) yayılmışdır. Aravak dillərində danışan əhalinin ümumi sayı təqribən 630 min nəfərdir (1999), onların, demək olar ki, yarısı quaxiro dilində danışır. Aravak dillərində danışanların əksəriyyəti Venesuela (təqr. 180 min), Kolumbiya (140 mindən çox), Honduras (100 min) və Peruda (90 min) yaşayır. Tərkibinə daxil olan dillərin sayına (65 dil, onlardan 31-i ölü dildir) görə, Amerika qitəsində ən iri dil ailəsidir. Şimal və Cənub yarımailərinə bölünür. Şimal yarımailəsi 3 qola ayrılır: 1) Amazon (yuxarı Amazon) qolu 6 qrupa bölünür: qərbi naviki; şərqi naviki; resiqaro dili; mərkəzi Amazon dilləri; manau; təsnif edilməmiş ölü dillər; 2) sahilyanı (Karibyanı) qolu 3 qrupa bölünür: ölü aruan dili; vapişana və mavayana dilləri; ta-maypur qrupu; 3)şərq qoluna palikur və maravan-karipura ölü dili daxildir. Cənub yarımailəsi 4 qola ayrılır: 1) qərb qoluna amueşa(yan eşalar; 10 min) və çamikuro dilləri; 2) mərkəzi qol 2 qrupa bölünür: paresi və şinqu; 3) cənub qolu 3 qrupa bölünür: terena, moxo, piro; 4) kampa qolu 3 dildən ibarətdir: aşaninka, aşeninqa və maçigenqa. Bəzi Aravak dilləri üçün yazı sistemi ispan, portuqal və ingilis əlifbası əsasında hazırlanmışdır. Aravak dilləri 20 əsrin ortalarından tədqiq olunur (D.M.Teylor, R.Şeyfer, D.Peyn, T.Kaufman, A.Y.Ayxenvald).[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Təsərrüfat və mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Араваки // Большая Российская энциклопедия. Том 2, М., 2005.
- Березкин Ю. Е. Мост через океан. New York, 2001;
- Lathrap D. W., The Upper Amazon, N.Y.—Wash., 1970;
- Sanoja M., Vargas I., New light on the prehistory of Eastern Venezuela // Advances in world archaeology, v. 2, N.Y.—[a.o.], 1983, p. 205-44.
- Аркадий Фидлер. "Белый Ягуар - вождь араваков"
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 594. ISBN 978-9952-441-02-4.