Arif Şıxlinski — Vikipediya
Arif Şıxlinski | |
---|---|
Şıxlinski Arif Şərif oğlu | |
Doğum tarixi | |
Doğum yeri | İkinci Şıxlı, Qazax qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Mükafatları |
Şıxlinski Arif Şərif oğlu (26 dekabr 1929, Qazax, Gəncə dairəsi – 20 iyul 1995, Bakı) — neftçi-geoloq, Azərbaycan SSR əməkdar mühəndisi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Şıxlinski Arif Şərif oğlu 1929-cu il dekabrın 26-da Qazax rayonunun İkinci Şıxlı kəndindən dünyaya gəlmişdir. Orta məktəbi qızıl medalla bitirən Arif Şıxlinski 1947-ci ildə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinə daxil olmuşdur. 1952-ci ildə buranı fərqlənmə diplomu ilə başa vuraraq, təyinatla "Azərneftkəşfiyyat" birliyinin geoloji axtarış trestinin Abşeron-Xəzəryanı geoloji axtarış kontorunun geoloji planalma partiyasına geoloq-iş icraçısı vəzifəsinə göndərilir. Bir ildən sonra geoloji planalma partiyasının rəisi, daha bir ildən sonra isə tematik partiyanın rəisi təyin edilir.
Arif Şıxlinski 1959-cu ildə yenicə təşkil olunmuş "Azərneftkəşfiyyat" trestinin geoloji şöbəsinə rəis, 1962-ci ildə isə trestin rəis müavini – baş geoloq vəzifəsinə irəli çəkir. 1975-85-ci illərdə Cəyirli və Qobustan kəşfiyyat qazma idarələrinin rəisi işləyir.
1985-ci ildə "Azərneft" İstehsalat Birliyinin baş direktor müavini – baş geoloqu vəzifəsinə təyin olunur.
Azərbaycanın quru sahəsindəki bir çox neft və qaz yataqları Arif Şıxlinskinin rəhbərliyi ilə kəşf olunmuşdur. 50-dən artıq elmi əsəri və monoqrafiyası çap olunmuşdur. "Aşağı Kür çökəkliyinin pliosen çöküntülərinin neft-qazlılıq perspektivliyi" monoqrafiyası (1967) neft geologiyası üzrə ən sanballı tədqiqat işlərindən biri sayılır.
Arif Şıxlinskinin həmmmüəllif olduğu "Cənubi Xəzər hövzəsinin neftli-qazlı və perspektiv strukturları" və "Azərbaycanın neftli-qazlı və perspektiv strukturları" atlasları dünyanın 20-dən artıq neft şirkətləri tərəfindən satın alınmış və həmin şirkətlərin bir çoxunun respublikanın neft təsərrüfatına investisiya qoyması üçün zəmin yaratmışdır.
SSRi-nin bir sıra medalları, "Neft sənayesi əlaçısı" döş nişanı ilə təltif olunmuş, 1971-ci ildə ona "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir.
1995-ci il iyulun 20-də dünyasını dəyişmişdir.