Ağ yovşan — Vikipediya
Ağ yovşan | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Ağ yovşan | ||||||
Beynəlxalq elmi adı | ||||||
|
Ağ yovşan (lat. Artemisia persica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | vikimətni redaktə et]Orta Asiyada, Azərbaycanda yayılmışdır.
Botaniki təsviri
[redaktə | vikimətni redaktə et]Hündürlüyü 25-70 sm-ə çatan sıx tükcüklü, bozumtul yaşıl rəngli yarımkolcuqdur. Şırımlı olmayan gövdəsinin aşağı hissəsində yarpaqlar nisbətən xırdadır. Yarpaqları qısa saplaqlı 2-4,5 sm uzunluqda, 3-5 mm enindədir. Gövdənin aşağı yarpaqları üçər lələkvari parçalanmış, səbətləri sadə salxımlı, ensiz, süpürgələrdə yığılmışdır. Toxumu 1 mm uzunluğunda, uzunsov konus formalı, kənarı qeyri-bərabər haşiyələnmişdir. Avqust ayında çiçəkləyir, sentyabr ayında toxumları yetişir.
Ekologiyası
[redaktə | vikimətni redaktə et]Qumlu təpəciklərdə rast gəlinir. Quraqlığa davamlıdır, torpağa tələbkar deyildir.
Azərbaycanda yayılması
[redaktə | vikimətni redaktə et]Abşeronda dənizkənarı ərazilərdə təbii halda bitir.
İstifadəsi
[redaktə | vikimətni redaktə et]Tərkibində efir yağı vardır ki, ondan ətriyyatda və dərman vasitəsi kimi istifadə olunur və əsasən aşağıdakı maddələrdən ibarətdir: 12%-pinen, 23%-kamfen, 16%-kamfora, 10%-borneol, 25%-bornilasetat.