Aruş — Vikipediya
Aruş | |
---|---|
39°32′02″ şm. e. 47°06′14″ ş. u.HGYO | |
Ölkə | |
Region | Xocavənd rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Aruş — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd.
Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1993-ci ildə işğal edilmişdir. Kənd ərazisi 2020-ci ildə işğaldan azad olunub.
Tarixi
[redaktə | mənbəni redaktə et]Burovar silsiləsinin ətəyində yerləşir. Oykonimin Ərus variantı da mövcuddur. Mənbələrin verdiyi məlumata görə, həmin kənd Mirimli, Tapırlı, Məlikli və Aruslu adlanan dörd məhəllədən ibarətdir. XIX əsrin II yarısına aid mənbələrdə də Lənkəran qəzasında mənşəcə qıpçaqlardan olan ərus tayfasının yaşadığı göstərilir. Arus sözü qədim türklərdə "uzun, hündür adam deməkdir.[1]
Arus sözü "Kitabi-Dədə Qorqud" abidəsindəki Qazan xanın dayısı Qoca Aruzun adı ilə bağlıdır.Yardımlı ərazisindəki Məlikli, Arus, Ərsilə kimi yaşayış məntəqələri, o cümlədən Bolqarçay və Quludaş boyunca yayılmış bir çox yer adları (Burlaqxatun təpəsi, Qazanköşk zirvəsi, Qaracadağ, Tülün, Deman və s.) möhtəşəm "Kitabi-Dədə Qorqud" dastanlarında cərəyan edən hadisələrin bu bölgədən yan keçmədiyini bir daha təsdiq edir. Azərbaycan ərazisində Məlik adıyla əlaqədar 10-dan şox yaşayış məntəqəsi mövcuddur. Məsələn, Məlikballı (Məlikbabalı)- Ucar r.), Məlikcanlı- Xocavənd r.), Məlikçobanlı (Ağsu r.), Məlikəhmədli (Qubadlı r.), Məlikkənd (Göyçay r.), Məlikqasımlı (perimbel tayfasının bir qolu kimi qeyd olunur-Cəlilabad r.), Məliklər (Dəvəçi r.), Məlikli (Qəbələ, Zəngilan, Zərdab) və s. Q.Qeybullayev Yardımlı rayonundakı Arus oykoniminin Orus (Urus) etnonimi ilə bağlı olduğunu qeyd edir. Müəllif yazır: XIX əsrdə Qafqazda Urus-xevi (xevi gürcücə "dərə"), Urustəpə (təpə-"xolm"-Gürcüstanda), Urus dərəsi (Azərbaycanda), Urus-koşlar (türkcə koş -"köçəri yurd", "müvəqqəti yurd"-Dağıstanda), Uruz-göl (Şimali Qafqazda), Uruspili (qaraçay-balkarda) etnotoponimləri qeydə alınmışdır. ("Toponimiya Azerbaydjana", səh.49). Bəzi tədqiqatçılar urus (arus/orus/urus-Ş.M.) tayfalarının rus knyazları ilə qohumluq əlaqələri olduğunu göstərsələr də, onların etnogenezində qədim urusların rolundan danışmağa xəsislik ediblər. Bu da anlaşılandır. Artıq qəbul olunmuş fikirlərdən biri də budur ki, slavyanlar və ruslar başqa-başqa xalqlardır. N.Vəlixanlı Məsudiyə istinad edərək yazır ki, slavyan və ruslar Xəzər ölkəsində məskundurlar. Ruslar slavyanlara hücum edib onları əsir tutur və qul bazarında satırlar.[2].
A.Bakıxanov yazır ki, tarixlərdə və əfsanələrdə Urus tayfasının göstərdiyi hünərlər və təəccüblü işlər var. Həmin əfsanələrdə, hətta Makedoniyalı İskəndərin onlara dostluq məktubu yazdığı göstərilir.(Gülüstani-İrəm", Bakı, 1951, s.34). İ.Cəfərsoylu bu fikrə münasibət bildirərək yazır: Van qayasından tapılan İver salnaməsinə əsasən belə hesab edirik ki, Makedoniyalı İskəndər indiki Türkiyə ərazisində yaşayan uruslarla toqquşmuş, uruslar bundan sonra Dnepr çayı sahilinə və Orta Dona köçmüşlər.[3]
M.İ.Artamonov məsələyə məqsədyönlü yanaşaraq göstərir ki, Rus adında slavyan tayfası heç bir zaman mövcud olmayıb. Slavyanlar Orta Dneprə gələnə qədər bura lap əvvəldən Rus torpağı adlanırdı. Həmin torpaqda məskunlaşan ruslar slavyan deyildilər. Salnamələrə görə, rus norman tayfasıdır"[4].
İ.Cəfərsoylu haqlı olaraq yazır: "Urus norman mənşəli tayfa deyil..onlar xəzərlərin tamamilə qırıb qurtara bilmədiyi Orta Dnepr roslarıdır. Həmin rosların sağ qalan hissəsi Baltik dənizinə doğru çəkilib orada normanlarla ittifaqa girmiş, güclənərək yenidən öz yurdlarına –slavyanların yiyələnmiş olduqları torpaqlarına qayıtmışdılar. (səh.30) .Həqiqət acı olsa da, fakt faktlığında qalır. A.Bakıxanov Karamzin və digər rus tarixçilərinə istinad edərək yazır ki, başsız və intizamsız şimali slavyanların dəvəti ilə 862-ci ildə urus tayfasından üç qardaş Baltik dənizinin o tərəfindən gəlib slavyan torpaqlarında sakin oldu. Rus dövləti o zamandan sonra əsaslandı.(səh.34). Urus, urıs, orus etnonimləri ilə yaranmış toponimlərə özbək, qazax və qaraqalpaq ərazilərində də rast gəlinir. İ.Cəfərsoylu yazır ki, urusların müsəlman qanadı qıpçaqların əsas boylarından biri idi. Onlar Qazax xalqının soykökünə daxil olmuşlar. Çokan Valixanovun yazdığına görə, Urus xan birinci qırğız sultanı olmuşdur. (s.32). Yardımlı ərazisindəki Arus yaşayış məntəqəsinin qıpçaq tayfasının adı ilə bağlanması düzgün olmazdı. Urus/Arus adının indiki Yardımlı ərazisində mövcud olmuş qədim peçeneqlərlə bağlılığı daha inandırıcıdır. İ. Cəfərsoylu yazır ki, peçeneqlərin Urus adlı knyazı vardı. 1103-cü il rus salnaməsində onun adı çəkilir. Bu da onu göstərir ki, uruslar yalnız qıpçaqların etnogenezində iştirak etməmişdir. (s.33). V.V.Bartolda görə, Uruz Arazla (yunan mifində Areslə) yanaşı müharibə tanrısı idi. Maraqlıdır ki, Alp ər Tonqanın oğlunun adı "Səlcuqnamə"də Alp Uruz kimi verilir.[5]. İ.Cəfərsoylu haqlı olaraq Qafqazda və İran ərazisindəki Elbrus dağ adını Alp Uruzun adı ilə bağlayır. (s.33).
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Xocavənd rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |