Asif Əhmədov — Vikipediya
Asif Əhmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Oxud kəndi |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Gecəgözlü kəndi, Füzuli |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Oxud kənd qəbirstanlığı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019 - 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 2020 |
Asif Vasif oğlu Əhmədov (4 aprel 2001, Oxud, Şəki rayonu – 21 oktyabr 2020, Gecəgözlü, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Mündəricat
Həyatı
[redaktə | mənbəni redaktə et]Asif Vasif oğlu Əhmədov 2001-ci il aprelin 4-də Şəki rayonunun Oxud kəndində dünyaya gəlib. 2006-cı ildə Oxud kənd orta məktəbinin 1-ci sinfinə gedib və 2017-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib.
Şəhadətlik zirvəsi
[redaktə | mənbəni redaktə et]27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsinə qatılan Asif, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Oktyabrın 21-i Füzulinin Gecəgözlü kəndində şəhidlik zirvəsinə yüksəlib. Asif Əhmədov oktyabrın 25-də Şəki rayonunun Oxud kənd qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn olunub.
Təltifləri
[redaktə | mənbəni redaktə et]- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[1]
- (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.