Asiya şiri — Vikipediya
Asiya şiri | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Yarımnöv: Asiya şiri | ||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
|
Asiya şiri (lat. Panthera leo persica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü. Nəsli kəsilmə həddindədir.
Ölçüləri
[redaktə | vikimətni redaktə et]Ölçüləri iridir. Erkəklərin bədən quruluşu massivdir, dişilər daha incədir. Növün nümayəndəsi üçün 204 sm. uzunluğu səciyəvidir. Quyruğun uzunluğu 90 sm. Asiya aslanı Afrika aslanından kiçikdir. Erkəklər dişilərdən iridir. Başı uzunsovdur, iridir. Əzaları nisbətən alçaqdır. Tük örtüyü alçaqdır, bədəninə bitişikdir. Qyruğunun ucunda uzun fırça var. Erkəklərin boynunda, çiyinlərində və sinəsində az sezilən yal var. Tük örtüyünün rəngi qonurtraq-sarıdır.
Areal
[redaktə | vikimətni redaktə et]Təxminən yüz il əvvəl arealı İranın qərbindən, Hindistanın şərqinə qədər idi. Tam aydın deyil, Ərəbistan yarımadasında olub, amma bir sıra tətqiqatçı belə hesab edir olub. XX-ci əsrin əvvəlinə doğru, Hindistanın Qucarat ştatındakı, 1450 kv. km. sahəsi olan Qir milli parkından başqa bütün arealda yox oldu(İranda sonuncu şir 1923 yaxud 1930-cu ildə öldürülüb). 1955-ci ildə bu şirin yayılma xəritəsi hazırlandı, özüdə qeyd olunurdu ki, tapılan izlərin yarısı yasaqlıqdan kənarda idi və yasaqlıqdan 25 km. şimalda Qirnar təpələrinə çatırdı. İzlərin ən çox sıxlığı yasaqlığın cənub-qərbində qeyd olunmuşdu. 1968-ci ildə ikinci xəritə hazırlandı, və bu dəfə izlərin ancaq 17% yasaqlıqdan kənarda qeyd olunmuşdu, Qirnar təpələri rayonunda isə şirlərin izi artıq tapılmamışdı. Yasaqlığın cənub-qərb hissəsində kənd təsərrüfatı istehsalı intensivləşdikcə şirlərin izlərinin sayı kəskin azalmağa başladı. 1971-ci ildə də eyni azalma qeyd edilmişdi.
Qarışıq tropik meşələrdə məskunlaşırlar.
Qidalanması
[redaktə | vikimətni redaktə et]Əsasən iri dırnaqlılarla, qaban, eləcə də nilqay, zambar və aksislərlə qidalanırlar. Nadir hallarda ev heyvanlarına hucum edirlər.
Çoxalması
[redaktə | vikimətni redaktə et]Çoxalmasında tam müəyyənlik yoxdur. Poliqamiya səciyəvidir. Boğaz olma vaxtı - 100-119 gündür. Dişi iki ildən bir balalayır. Adətən 1-6, nadir hallarda 7 bala gətirir.
Sayı
[redaktə | vikimətni redaktə et]Asiya şirlərinin sayı 1955-ci ildəki 290-dan, 1968-ci ildə 177 endi və 1977-ci ildə 180 çatdı. Sayının azalması ovla və əsasən məskunlaşma mühitinin insan tərəfindən pozulması ilə bağlıdır.
Qorunması
[redaktə | vikimətni redaktə et]Qir milli parkında qorunması çox çətin başa gəlirdi, çünki bu yasaqlıqda 20 min malqarası olan 7 min kəndli yaşayırdı, yağış mövsümü vaxtı isə yasaqlığın hüdudlarında otlayan malqaranın sayı 20 min də artırdı. 1971-ci ildən qorunması xeyli yaxşılaşdı. Malqaranı artıq yasaqlıq ərazisinə buraxmırlar, və ətrafına bir metr hündürlükdə hasar çəkilib. Yerli əhalinin bir hissəsi yasaqlıqdan köçürülüb.
1957-ci ildə üç asiya şiri Uttar-Pradeş ştatındakı Çandraprabxa rezervatına köçürülüb.
Qanunla qorunur.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2003.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0