At gücü — Vikipediya
At gücü | |
---|---|
Ümumi məlumatlar | |
Ölçdüyü anlayış | güc |
At gücü (a. g.) — güc ölçü vahidi, 1 a.g. = 735,5 Vt.
Dünyada “at gücü” ölçü vahidinin bir neçə ölçüsü vardır.
Bir çox ölkələrdə “at gücü” anlayışı avtomobil və elektrik mühərriklərinin güclərinin təyin olunması üçün istifadə edilməkdədir. Belə ki, 100 atlıq avtomobil deyincə, 100 dənə atın çıxardığı güc şəklində başa düşülür.
At gücü adətən avtomobilləri tanıdarkən istifadə edilir, ancaq bu anlayışın təməli daha çox keçmişlə bağlıdır. At gücü, (ingiliscə tərcüməsi Horse Power və ya qısaca HP) anlayışını ilk dəfə 1782-ci ildə istifadə edən James Wattdır. Bu mühəndis ixtira etdiyi buxarlı maşınları satarkən müştəriyə maşının gücü haqqında məlumat verməli idi və o zamanlarda maşınlar çox inkişaf etməmiş olduğu üçün güc deyincə insanların ağlına atlar gəlməkdə idi. James Wattda bu yolu izlədi və gücün simvolu halına gələn atlarla və onların gücləri ilə maraqlanmağa başladı. Kömür mədənlərində yük daşıyan atları bir müddət müşahidə edən Vatt, ölçmələri nəticəsində bir atın 45 kiloqramlıq kömürü 1 saniyədə 1,11 metr uzağa daşıya bildiyini müşahidə etdi.
Beləliklə bir at = Ağırlıq x Yol = 50 kiloqram-Metrlik iş etmiş olurdu.[1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2012-06-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-21.