Atatürk şəxsiyyətinə pərəstiş — Vikipediya

Atatürk şəxsiyyətinə pərəstişTürkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün şəxsiyyəti, fikirləri və siyasi düşüncələri ətrafında yaşadığı dövrdə meydana gəlmiş və əsasən öldükdən sonra davamçıları tərəfindən qurulmuş şəxsiyyətə pərəstiş.

Türkiyə bayrağı və Atatürkün afişası asılmış bina
İzmirdə yerləşən Atatürk maskası

Atatürkün qəhrəman və heç nədən təsirlənməyən, hər mövzuda düzgün siyasət yeridən, səhv etməyən lider kimi düşünülməsini ifadə edir. Mustafa Kamalın milli qəhrəman obrazı İstiqlaliyyət müharibəsində başlayıb 1927-ci ildən etibarən daha böyümüşdür və bu obraz XX əsrdə oxşarları içərisində ən uzunömürlü şəxsiyyətə pərəstiş halını almışdır.

Atatürk pərəstişinin yaranması və möhkəmlənməsi

[redaktə | vikimətni redaktə et]
Fransa jurnalisti Marsel Sovecin Atatürkün şəxsiyyətinə pərəstiş haqqında yazdığı rəy

Çanaqqala döyüşündə "Anafartalar qrupu"nun komandiri olan polkovnik Mustafa Kamal qələbədən sonra ictimai rəy nəticəsində "Anafartalar Qəhrəmanı" olaraq tanınmışdır. Bir çox yazıçının yazdığına görə XX əsrin əvvəllərində Osmanlının hərbi və siyasi məğlubiyyətləri ağır rüsvayçılıq yaşayan türk xalqı Anafartalar Qəhrəmanı Mustafa Kamalı o dövrdə türklük və müsəlmanlıq şərəfini xilas edə biləcək ümid olaraq görürdü. M. Kamal 1919-cu ildə İstiqlaliyyət müharibəsinin öndəri oldu və iki il ərzində qəhrəman mərtəbəsinə çatdı. Sakarya döyüşündən əvvəl baş komandir olan Mustafa Kamal artıq İstanbul və bütün Anadoluda simvola çevrilmişdi: adına toplu dualar oxunurdu. Sakarya döyüşünün qazanılmasından sonra "Qazi" ləqəbini aldı və "Qazi həzrətləri" kimi tanınmağa başladı. 1923-cü ildə Türkiyə Respublikasının qurucusu və ilk prezidenti oldu.

"Milliyet" qəzetinin 11 may 1933-cü il başlığı

Mustafa Kamal qazanılan bütün uğurların "xalqın uğuru" olduğunu vurğulamışdır. Xalqın atası olduğunu ifadə etmək üçün TBMM 24 noyabr 1934-cü ildə Kamala "Atatürk" soyadını verdi. "Ulu öndər", "Əbədi baş komandir", "Baş müəllim" ləqəbləri ona sağlığında verilmişdir.

1938-ci ildə ölümündən sonra keçirilən Cümhuriyyət Xalq Partiyası qurultayında isə "Əbədi şef" adlandırıldı. Beləliklə, Atatürk Cümhuriyyət Xalq Partiyasının sonsuza qədər şefi seçilərək partiyada ölümsüzləşdirilmişdir.

Atatürk pərəstişi Türkiyədə hərbi çevrilişlərdən sonra böyüdüldü. Atatürk obrazı və ədəbiyyatı 27 may 1960-cı il çevrilişindən sonra mühüm dərəcədə böyüdü. Atatürk pərəstişinin qurulması əsas 12 sentyabr 1980-ci il çevrilişindən sonra başladı. Belə ki, "Nə xoş türkəm deyənə" və yaxud "Yurdda sülh, dünyada sülh" aforizmləri yazılan Atatürk abidələri yayılmağa başladı.

Xatirəsinin əbədiləşdirilməsi

[redaktə | vikimətni redaktə et]

Hazırkı Türkiyədə Atatürk "milli ata" kimi təmsil edilir. Atatürk adı Türkiyədə ən çox istifadə edilən küçə-bulvar-meydan adıdır; bulvarlarda, ictimai binaların və məktəblərin həyətlərində Atatürk heykəlləri yer alır; Türkiyədə çap olunan bütün kağız pulların üzərində Atatürkün portreti mövcuddur.

Atatürkün adı ilə adlandırılmış obyektlər

[redaktə | vikimətni redaktə et]

1900-cü illərin əvvəlində Türkiyədə ilk hava nəqliyyatının gerçəkləşdiyi yer İstanbul Atatürk Hava Limanı 1953-cü ildə beynəlxalq hava nəqliyyatına qoşulmuş və 29 iyul 1985-ci ildə Atatürk adını almışdır. 29 oktyabr 1939-cu ildə bərpa edilərək yenidən açılan "Unqapanı körpüsü"nün adı məclisin qərarı ilə "Atatürk körpüsü" olmuşdur.

Heykəl və abidələri

[redaktə | vikimətni redaktə et]
Digər il və ilçələr
[redaktə | vikimətni redaktə et]

Türkiyədən kənarda

[redaktə | vikimətni redaktə et]