Atropatan dazısı — Vikipediya
Atropatan dazısı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Atropatan dazısı | ||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Atropatan dazısı (lat. Hypericum helianthemoides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B1ab (i, ii, iii, iv, v). Azərbaycanın nadir növüdür. Qafqaz endemidir.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Yarımkolcuqdur. Hündürlüyü 10-20 sm-dir. Gövdəsi çoxsaylı, nazik, yumru, budaqlıdır. Yarpaqlar xətvari, oturaq və qarşı-qarşıya düzülmüş, 4-7 mm uzunluğunda, 1,5 mm enində, nöqtəvarı vəzilidir. Çiçək qrupu salxım, 1-9 çiçəkli, 3-5 sm uzunluğunda, 1 sm enindədir. Yarımçətirlər 5-12 mm uzunluğundadır. Çiçəkaltlığı yumurtavari, 1-2 mm uzunluğunda, kənarlarından nöqtəvarı vəzili, çiçək saplağından xeylı qısadır. Kasayarpaqları elilipsvari-yumurtaşəkilli, küt uclu, 2-2,5 mm uzunluğunda, təxminən 1,5 mm enində, kənarları eyniformalı dişcikli vəzili, əsasından qəhvəyimtildir. Ləçəklər ellipsivari və ya yumurtavari, 5-8mm uzunluğunda, 3 mm enindədir. Erkəkciklər 3 dəstədədir. Yumurtalıq deməkolar ki, şarşəkillidir. Sütuncuqlar 3 və yumurtalıqdan uzundur. Qutucuq yumurtavari, 5 mm uzunluğunda, 3 mm enindədir.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Dəniz səviyyəsindən 1200 m hündürlükdə, rütubətli dağlarda, gilli daşlı torpaqlarda da bitir. Quraqlığa davamlı olmasına baxmayaraq şoran torpaqlara üstünlük verir. Çiçəkləmə-meyvə əmələgətirmə iyul-avqust aylarına təsadüf edir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Azərbaycanda arealı dardır, nadir növdür. Naxçıvan MR-da dağ yamaclarında bitir (Şahbuz kəndinin ətrafı). Əhali tərəfindən dərman bitkisi kimi yığıldığına görə təhlükə altına düşə bilən növdür. Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması təklif olunur.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Dərman bitkisidir. Yaşıllaşdırılmada istifadəsi öyrənilməmişdir. Yamacların bərkidilməsində istifadəsi məqsədyönlüdür.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]Homotipik sinonimləri
[redaktə | mənbəni redaktə et]- Drosanthe helianthemoides Spach
- Hypericum hyssopifolium subsp. helianthemoides (Spach) J.Thiébaut
Heterotipik sinonimləri
[redaktə | mənbəni redaktə et]- Hypericum atropatanum Rzazade
- Hypericum cyclosepalum var. elbrusense Bornm. & Gauba
- Hypericum helianthemoides subsp. atropatanum (Rzazade) Sennikov
- Hypericum helianthemoides subsp. badchyzum Sennikov
- Hypericum helianthemoides var. latifolium Boiss.
- Hypericum leptocladum Boiss.