Avropa İqtisadi Birliyi — Vikipediya
Avropa İqtisadi Birliyi | |
---|---|
Yaranma tarixi | 1 yanvar 1958[1] |
Ləğvolma tarixi | 2024 |
Mərkəzi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Avropa İqtisadi Birliyi (qısaca: AİB) — Təşkilata üzv olan ölkələr arasında iqtisadi inteqrasiyanı yaratmaq üçün qurulmuş regional təşkilat.
Tarixi
[redaktə | vikimətni redaktə et]1957-ci ildə Roma Müqaviləsi və altı ölkənin iştirakı ilə (Almaniya, İtaliya, Hollandiya, Belçika, Lüksemburq və Fransa) Avropa İqtisadi Birliyi və yenə eyni ildə Avropa Atom Enerji Topluluğu quruldu. Bu üç topluluq qanunvericilik nöqtəsindən ayrı, siyasi cəhətdən isə vahid bir təşkilatdır. Üç topluluğun da ümumi iqtisadi hədəfi, iqtisadi fəaliyyətlərin müntəzəm inkişafı, daimi və nizamlı iqtisadi böyümə, yaşayış standartının artırılması, yüksək bir məşğulluq səviyyəsi, iqtisadi və valyuta istikrarı idi.[2] 1960-cı illərin sonlarında Avropa İqtisadi Birliyi çərçivəsində vahid Gömrük İttifaqı yaradılmış, gömrük rüsumları ləğv olunmuş, qarşılıqlı ticarətdə kəmiyyət məhdudiyyətləri ləğv olunmuş, üçüncü tərəfə qarşı ümumi gömrük tarifləri müəyyənləşdirilmişdir. Avropa İqtisadi Birliyinin uğuru Böyük Britaniya, Danimarka və İrlandiyanın Birlik üzvlüyünə müraciət etməsinə səbəb oldu. Fransanın 1961-ci ildə və 1967-ci ildə iki dəfə veto hüququnu istifadə etdiyi çətin bir dövrdən sonra bu üç ölkə 1972-ci ildə üzvlüyə qəbul edildilər. Üzv dövlət sayını altıdan doqquza yüksəldən ilk genişlənmə ilə birlikdə Birlik sosial və regional mövzularda üzərinə götürdüyü məsuliyyətlərlə yeni bir nüfuz qazandı. 1973 və 1979-cu illərdəki iki neft böhranı dünya səviyyəsində pulun qeyri-sabitliyini daha da artırdı. 1979-cu ildə Avropa Pul Sisteminin dövriyyəyə girməsi valyuta məzənnələrinin sabitləşməsinə kömək etdi. Birlik 1981-ci ildə Yunanıstanın, 1986-cı ildə də İspaniya və Portuqaliyanın qatılmaları ilə cənuba doğru genişləndi. Avropa İqtisadi Birliyində 1992-ci ilədək vahid daxili bazarın formalaşdırılması prosesi başa çatdı. Avropa İqtisadi Birliyinin məqsədi, əvvəlcə Gömrük İttifaqı və müştərək bazar, daha sonra da bir çox milli siyasətin koordinasiyası və müştərək siyasətlər ilə iqtisadi birliyə nail olmaqdır. 1993-cü ildə Maastrixt sazişi qüvvəyə minmiş və Avropa İqtisadi Birliyi rəsmən Avropa Birliyi adlandırılmışdır.
Üzv Dövlətlər
[redaktə | vikimətni redaktə et]Bayraq | Dövlət | Üzvlük Tarixi | Dil | Valyuta | Əhalisi (1990)[3] |
---|---|---|---|---|---|
Belçika | 25 mart 1957 | niderland, fransız və alman | Belçika frankı[4] | 10.016.000 | |
Böyük Britaniya | 1 yanvar 1973 | ingilis | Funt sterlinq | 57.681.000 | |
Yunanıstan | 1 yanvar 1981 | yunan | Yunan dirhəmi | 10.120.000 | |
Danimarka | 1 yanvar 1973 | danimarka | Danimarka kronu | 5.146.500 | |
Qərbi Almaniya[5] | 25 mart 1957 | alman | Alman markası | [6] | 63.254.000|
İrlandiya | 1 yanvar 1973 | irland və ingilis | İrlandiya funtu | 3.521.000 | |
İspaniya | 1 yanvar 1986 | ıspan[7] | ispan pezeti | 38.993.800 | |
İtaliya | 25 mart 1957 | italyan | İtaliya lirəsi | 56.762.700 | |
Lüksemburq | 25 mart 1957 | fransız, alman və Lüksemburq | Lüksemburq frankı | 384.400 | |
Hollandiya | 25 mart 1957 | niderland | Niderland quldeni | 14.892.300 | |
Portuqaliya | 1 yanvar 1986 | portuqal | Portuqal eskudosu | 9.862.500 | |
Fransa | 25 mart 1957 | fransız | Fransız frankı | 56.718.000 |
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Merkedager: fødselsdager, stiftelsesdatoer, begivenheter. Oslo: Biblioteksentralen, 1989. ISBN 82-7022-061-2
- ↑ Emine Bilgili, "Euro ve Ortak Pazar", Dış Ticaret Dergisi, Temmuz-1999
- ↑ Данные Populstat.info Arxivləşdirilib 2018-09-17 at the Wayback Machine (ing.).
- ↑ Belçika və Lüksemburq frankları nisbəti 1 : 1 idi.
- ↑ 1990-cı ildə Almaniyanın birləşməsi baş verib.
- ↑ O Cümlədən Şərqi Almaniya — 80 274 200.
- ↑ Həmçinin mövcud olan regional dialektlər və dillər: aran, qali, bask və katalan.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Politologiya. İzahlı lüğət. Bakı,2007. səh.22