Ayaq göbələyi — Vikipediya
Ayaq göbələyi | |
---|---|
| |
XBT-10 | B |
XBT-10-KM | B35.3 |
XBT-9 | |
XBT-9-KM | 110.4[1][2] |
DiseasesDB | 13122 |
MedlinePlus | 000875 |
MeSH | D014008 |
Vikianbarda əlaqəli mediafayllar |
Ayaq göbələyi (lat. Tinea pedis) – yoluxucu xəstəlik olub, ayaq barmaqlarının arasında əmələ gəlir. İlk zamanlar solğun ağ və sarı ləkələr kimi yaranır sonar isə xoşagəlməz və ağrılı bir problemə çevrilir.
Ayaq göbələyinə adətən tez-tez tərləyən ayaqlarda daha çox rast gəlinir. Bədənin dərisindən asılı olaraq bu infeksiyanın müalicəsi bəzən asan bəzən isə həddindən artıq çətin ola bilər.
Xəstəliyin əlamətləri
[redaktə | mənbəni redaktə et]- Dözülməz dərəcədə qaşınma.
- Ayağın formasında hiss olunan dəyişikliklər.
- Ayaqda səpkilər və onların sulanması.
Yaranma səbəbləri
[redaktə | mənbəni redaktə et]Göbələklər canlı qalması üçün gün işığına ehtiyacı olmayan mikroskopik canlılardır. Bu növ canlıların əsas yaranma mənbəyi rütubət və isti yerlerdir ki,tərləyən ayaqlarda bunun üçün ideal məkandır.
Müalicəsi
[redaktə | mənbəni redaktə et]Bu xəstəliyin müalicəsində ən çox əsasən, göbələk əleyhinə kremlərdən istifadə olunur, lakin bunlar o qədər də effektiv olmurlar. Ən təsirli və çox istifadə olunan mazlar isə aşağıdakılardır:
- Itraconazole (İtrakanazol)
- Fluconazole (Difloks)
- Terbinafine (Lamisil)
Mənbə
[redaktə | mənbəni redaktə et]- http://az.med.az/2009/04/07/ayaq-g246b601l601yi.html Arxivləşdirilib 2014-05-17 at the Wayback Machine
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- ↑ Disease Ontology (ing.). 2016.
- ↑ Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.