Aydın Abdullayev — Vikipediya
Aydın Abdullayev | |
---|---|
Doğum tarixi | 7 iyun 1951 |
Doğum yeri | |
Vəfat tarixi | 19 yanvar 2022 (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | |
Fəaliyyəti | kinorejissor |
Fəaliyyət illəri | 1975–2022 |
Təhsili |
Aydın Əşrəf oğlu Abdullayev (7 iyun 1951, Jdanov – 19 yanvar 2022, Bakı) — Azərbaycan kino istehsalatı təşkilatçısı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Aydın Abdullayev 1951-ci il iyunun 7-də anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU) bitirib. 1975-ci ildən kino sahəsində çalışır: film inzibatçısı, animasiya sexinin inzibatçısı, sex rəisi, kino salnaməsi sexinin rəisi işləmişdir. 1993–1994-cü illərdə "Azərbaycanfilm" kinostudiyasında direktor müavini, direktor əvəzi, 1994–2000-ci illərdə "Azanfilm" kinostudiyasının direktoru olmuşdur. 20-dək animasiya filmlərinin direktorudur.[1] 19 yanvar 2022-ci ildə vəfat etmişdir.[2][3]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Pəncə... Qulaq... Palaz... Tikan... (film, 1976)
- Kirpi balası və alma (film, 1977)
- Sən belə cımbılısan (film, 1982)
- Ümid (film, 1992)
- Şüalə (film, 1994)
- Çalalar (film, 2000)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Kinosu — Ensiklopedik lüğət. Elm və Təhsil. Bakı, 2017. s.26
- ↑ Azərbaycan Kinematoqrafçılar İttifaqı. "Prodüser Aydın Abdullayev vəfat edib" (az.). AKİ. 19.01.2022. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-20.
- ↑ Modern.az. "Azərbaycanda tanınmış kino xadimi vəfat edib" (az.). Modern.az. 20.01.2022. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-20.