Azərbaycanda çay mədəniyyəti — Vikipediya
Azərbaycanda çay mədəniyyəti — özünəməxsus şəkildə formalaşıb.
Tarixi
[redaktə | mənbəni redaktə et]Çay bitkisi ilk dəfə 1912-ci ildə Azərbaycanın Lənkəran bölgəsinə gətirilərək orada əkilib və ilk dəfə olaraq çay zavodu 1937-ci ildə Lənkəranda tikilib.[1] Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb.[1]
XX əsrin əvvəllərində Azərbaycan və Gürcüstan vasitəsilə qara çay Osmanlı imperiyasının mərkəzi vilayətlərində məşhurlaşmışdır.[2] Mir Həmzə Nigari çayın keyfiyyətləri haqqında "Çaynamə" əsərini yazmışdır. Əsər Məhəmməd Füzulinin "Bəngü-Badə" əsərinə uyğun quraşdırılmışdır.[3]
2008-2012-ci illərdə Azərbaycanda çay istehsalı 10,6-10,9 min ton arasında olub.[4] 2013-cü ildə istehsal 7,5 min ton.[4] 2014-cü ildə 474,2 ton çay yarpağı yığılıb.[4]
Çayın hazırlanması
[redaktə | mənbəni redaktə et]Çay içmə ənənələri
[redaktə | mənbəni redaktə et]Azərbaycanda çay adətən, armudu stəkanda içilir.[5]
Azərbaycan çayxanalarında çay süfrəyə, adətən, şirniyyat, çərəz və limonla birlikdə verilir.[5]
Çay süfrəsi
[redaktə | mənbəni redaktə et]Azərbaycanda susuzlayıb-susuzlamamasından asılı olmayaraq, qonaq qarşısına çay qoyulur.[5] Bu, hər şeydən öncə, qonağa hörmətin əlaməti sayılır.[5]
Azərbaycanda keçirilən elçilik mərasimlərində çay xüsusi yer alır.[5] Mərasimin sonunda razılıq əlaməti olaraq, şirin çayın içilməsi buna dəlalət edir.[5]
Mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Azərbaycanda çay mədəniyyəti". azercay.az. azercay.az. 24 January 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 January 2016.
- ↑ Amanat, Abbas, and Assef Ashraf. 2019. The Persianate world: rethinking a shared sphere. https://brill.com/abstract/title/39353 Arxivləşdirilib 2021-08-25 at the Wayback Machine. page 48
- ↑ Tahsin Yazıcı. "HAMZA NİGARİ". Encyclopaedia Iranica Online (Brill). (#accessdate_missing_url)
- ↑ 1 2 3 "Vahid Məhərrəmov: Çay sahəsində rəqəmlər gizlədilir". www.meydan.tv. www.meydan.tv. 9 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2016.
- ↑ 1 2 3 4 5 6 "Azərbaycanda çay mədəniyyəti". az.baku-art.com. az.baku-art.com. 29 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2016.