APA — Vikipediya
APA | |
---|---|
Azəri-Press Agentliyi | |
Ümumi məlumatlar | |
Təsis tarixi | 16 noyabr 2004 |
Baş qərargahın yeri | |
Rəhbərlik | |
Təsisçi | |
apa.az |
Azəri-Press Agentliyi və ya qısa olaraq APA — 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan dövlətinin/hökumətinin nəzarətində olan hakimiyyətyönümlü informasiya agentliyi. "APA Group" media holdinqinin tərkibinə daxildir.
Haqqında
[redaktə | mənbəni redaktə et]"Azəri-Press" Agentliyi MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və həmin il noyabr ayının 16-da fəaliyyətə başlamışdır.[1]
"APA" Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. Agentliyin Azərbaycanın bütün bölgələrində, eləcə də Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya və İranda fəaliyyət göstərən ofisləri vardır. "APA"-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı "APA-Economics" bölməsi də fəaliyyət göstərir. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial və digər sahələr üzrə xəbərlər, təhlillər bu bölmədə öz əksini tapır.[1]
"APA" informasiya agentliyi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatdır.[2]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Kulis.az
- Lent.az
- APA TV
- APA Sport
- Trend İnformasiya Agentliyi
- Report İnformasiya Agentliyi
- Turan İnformasiya Agentliyi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "APA-nın yaranmasından 18 il ötür". oxu.az. 27 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2024.
- ↑ "Mətbuat Şurasına üzv təşkilatlar". presscouncil.az. 26 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2024.