Azərmarka — Vikipediya
Azərmarka | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | dövlətə məxsus müəssisə |
Sənaye | Poçt markası |
Məhsulu | Poçt markası |
Təsis tarixi | 1991 |
Bağlanma tarixi | 27 aprel 2021 |
Baş qərargahın yeri | |
stamps.azerpost.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərmarka — Azərbaycan Respublikasının bütün poçt markalarının istehsalı və paylanması üçün məsul olmuş Azərbaycan dövlət şirkəti idi.
"Azərmarka" şirkəti 1992-ci ildə Azərbaycan Respublikası Rabitə Nazirliyinin 14 iyul 1992-ci il tarixli 104 saylı əmri ilə yaradılmışdır. "Azərmarka" şirkətinin nizamnaməsi 13 sentyabr 1995-ci il tarixində D-707 saylı şəhadətnamə ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Rabitə Nazirliyi yenidən təşkil edilib. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin yaranması ilə əlaqədar 15 avqust 2005-ci il tarixində nizamnaməyə müvafiq dəyişiklik edilmişdir. 27 aprel 2021-ci il tarixindən "Azərpoçt"a birləşmişdir.[1]
Poçt markaların çap olunması üçün ilin əvvəlində tematik plan tərtib olunur. Plan əsasında poçt markanın dizaynı "Azərmarka" şirkətində hazırlanır və təsdiq olunması üçün nazirliyə göndərilir. Tematik plan nazirlikdə müvafiq sərəncamla təsdiq olunduqdan sonra müxtəlif mövzuları əks etdirən poçt markalar əlamətdar günlər qabağı çap olunur.
1992-ci ildən etibarən "Azərmarka" tərəfindən müxtəlif mövzularda 1140 poçt markası hazırlanaraq çap olunmuşdur. Azərbaycan Respublikasının müstəqilliyinə, dövlət atributlarına, iqtisadi inkişafına, fauna və florasına, milli bayramlarına, memarlıq abidələrinə, görkəmli siyasi-ictimai xadimlərinə, beynəlxalq əhəmiyyətli mühüm tədbirlərə, Qarabağa aid poçt markaları çap olunaraq dövriyyəyə buraxılıb. Eyni zamanda, həmin markaların beynəlxalq aləmdə də yayımı təşkil edilib.[2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ ""Azərmarka"nın "Azərpoçt"a birləşdirilməsinin səbəbi açıqlanıb". marja.az (az.). 2024-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-24.
- ↑ "Azərbaycanda müxtəlif mövzulara aid 1 140 poçt markası nəşr olunub". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. İstifadə tarixi: 2024-12-17.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]Arxivləşdirilib 2007-04-06 at the Wayback Machine