Böyük Britaniya monarxı — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Böyük Britaniya monarxı | |
---|---|
King of the United Kingdom | |
| |
Vəzifədədir III Çarlz 8 senyabr 2022-ci ildən | |
Başçılıq edir | Böyük Britaniya |
Müraciət forması | Əlahəzrət |
Rəsmi iqamətgahı | Bukingem sarayı, Holirud sarayı[d] |
Vəzifənin təsis tarixi | 1 may 1707 |
Vəzifədə birinci | Anna Stüart |
Rəsmi saytı | royal.uk |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının monarxı - Böyük Britaniyanın dövlət başçısı.
Monarx dövlət başçısı olaraq icra hakimiyyətinə malik deyildir. Hökumət Britaniyanın 2 partiyalı sistemi hesabina parlamentə də xeyli dərəcədə təsir edir. Monarx millətin birliyinin və dövlətin varisliyinin simvoludur. O, cəmiyyətdə sabitliyin təminatçısıdır. Monarxın ənənə və konstitusiya adətləri ilə müəyyən olunmuş, bəzən məhkəmə presedentləri ilə müəyyən olunmuş, bəzən presedentləri ilə təsbit edilmiş və parlamentin iradəsindən asılı olaraq olmayan müstəsna hüquqları var. O, qanunları imzalayır və veto hüquqlarına malikdir (1707-ci ildən istifadə etmir). O, paralament iclaslarına xüsusi dəvətlə gələ bilər. O, parlamentin illik sessiyasını nitq söyləyərək açır. Monarx baş nazirin hazırladığı nitqi oxuduğundan heç nə dəyişə bilməz. Monarx yeni seçkilərin tarixini təyin etməklə icmalar palatasına buraxmaq hüququna malikdir. O, bunu yalnız hökumətin göstərişi ilə edə bilər.
Mənbə
[redaktə | vikimətni redaktə et]- "XARİCİ ÖLKƏLƏRİN DÖVLƏT VƏ HÜQUQ TARİXİ" Polis Akademiyası.
- "Mühazirələr toplusu" Polis Akademiyası
- "Xarici Ölkələrin Konstitusiya Hüququ" Çirkin. 2000
- "Müasir Ölkələrin Dövlət və Hüquq Tarixi" M.Məlikova, E.Nəbiyev