Böyük Xan — Vikipediya
Böyük Xan | |
---|---|
35°10′34″ şm. e. 33°21′45″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Şimali Nikosiya |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Xan — Kiprin ən böyük karvansarası, bütün adada ən gözəl tikililərdən biri hesab olunur. Qismən tanınan Şimali Kipr Türk Respublikasının paytaxtı Şimali Nikosiyada yerləşir.[1]
Tarixi
[redaktə | vikimətni redaktə et]Böyük Xan Osmanlı türkləri tərəfindən 1572-ci ildə Kipri venesiyalılardan aldıqdan bir il sonra tikilmişdir.[2] 1878-ci ildən Böyük-Xan şəhərin Britaniya hakimiyyəti altında olan ilk həbsxanası, 1893-cü ildən isə onların tabeliyində olan yoxsulların sığınacağına çevrilmişdir.[3] 1990-cı illərdə Böyük Xan yenidən quruldu, bir neçə qalereya və emalatxanası olan və inkişaf edən bir sənət mərkəzinə çevrildi.[4][5]
Təsviri
[redaktə | vikimətni redaktə et]Sütunlarının uzunluğu təqribən 50 metr olan dörd ikimərtəbəli bina həyətində sütunlu və yuxarıda yerləşən eyvanlarla kvadrat kompleks təşkil edir. Açıq həyətin mərkəzində namazdan əvvəl dəstəmaz almaq üçün fəvvarəli məscid var.[6] Burada həmçinin kafe və suvenir mağazaları var.[7]
Qalereya
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Darke, 2009, 98.
- ↑ Eyice, 1992
- ↑ Bağışkan, 2005, 322.
- ↑ Bağışkan, 2005, 321.
- ↑ Tolgay, Ahmet. "Muzaffer Paşa ve Büyük Han..." Kıbrıs. 2 February 2014. 12 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 March 2016.
- ↑ Bağışkan, 2005, 323.
- ↑ Bağışkan, 2005, 324.