Böyükkişi Abdullayev — Vikipediya
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalənin üslubu və ya stili Vikipediyada istifadə olunan ensiklopedik tərzdə olmaya bilər. |
Böyükkişi Abdullayev | |
---|---|
Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kürdəmir |
Vəfat tarixi | |
Təhsili |
Böyükkişi Abış oğlu Abdullayev (1935, Ərəbxana, Kürdəmir rayonu) — Kürdəmir taxıl məhsulları kombinatının direktoru, Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]1935-ci ildə Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olub. Orta təhsilini rayonun 1 saylı orta məktəbində alıb. 1952-ci ildə Gəncə Kənd Təsərrüfatı Akademiyasının "Mexanizasiya" fakültəsini bitirərək ali təhsilini başa vurub.
1957–1959-cu illərdə Göyçay Regional Ərazi Maşın-Traktor Stansiyasında (MTS) mühəndis vəzifəsində işləyib.
1959–1963-cü illərdə Kürdəmir Avtonəqliyyat Müəssisəsində istismar rəisi vəzifəsində çalışıb.
1963–1972-ci illərdə Kürdəmir Avtonəqliyyat Müəssisəsində idarə rəisi olaraq işləyib.
1972–1973-cü illərdə Seyid Əzim Şirvani adına Kolxoz İdarə Heyətinin sədri, 1973–1975-ci illərdə isə Kürdəmir Maşın-Traktor Stansiyasının direktoru işləyib.
1975–1985-ci illərdə Kürdəmir Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdir.
1986–1994-cü illərdə Kürdəmir Taxıl Məhsulları Kombinatının direktoru vəzifəsində çalışıb.
1990-cı il sentyabrın 30-da keçirilmiş seçkilərdə Kürdəmir rayonu 251 nömrəli Mollakənd seçki dairəsindən Azərbaycan[2]Respublikası Ali Sovetinin deputatı seçilmişdir. Böyükkişi Abdullayevin ölkənin taxılçılıq sahəsinin inkişafında xüsusi xidmətləri olmuşdur. 20 fevral 1994-cü ildə dünyasını dəyişmiş və rayonun Fəxri Xiyabanında dəfn olunmuşdur.
Təltifləri
[redaktə | mənbəni redaktə et]- Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüşdür.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Fərəcov, Rəşid. Kürdəmir Salnaməsi (az.). Bakı: Yazıçı. 2011.
- ↑ "Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatlarının siyahısı | Obastan / Viki". obastan.com (az.). İstifadə tarixi: 2024-10-28.
- ↑ Azayev, Əlisəfa. Kürdəmir həqiqətləri (az.). Bakı: Maarif. 2022. 36–43.