Bürünc medal — Vikipediya

Bürünc medalmükafat olaraq istifadə edilən medal növlərindən biri. Hər hansı yarış müsabiqəsində yarış iştirakçıları arasında üçüncü yeri tutan iştirakçıya bürünc medalı təqdim edilir. Ənənəvi olaraq birinci və ikinci yeri tutan qaliblər müvafiq olaraq qızıl və gümüş medallarla mükafatlandırılır.

Belə fərqli bir rozetin anlayışı ilk növbədə orta əsrlərdə hərbi işdə döyüşçülərin fərqləndirilməsi zamanı yaranmışdı, lakin vaxt keçdikcə qeyri-döyüş əvəzi bürünc medalı kimi adlandırıldı. Orta əsrlərdə bürünc medalı "Şöhrət sahəsinə layiq" və "Hərbi şücaət" adı kimi təqdim edilirdi.

Gümüş məktəbli medalı. İtaliya

Bir sıra turnirlərdə, boks, cüdo, taekvondo və güləş kimi bəzi idman növlərində iki bürünc medal qazanmaq mümkündür. Birinci bürünc medalının sahibi açıqlandıqdan sonra hər yarım finalistə artıq bir bürünc medalının sahibi olmaq üçün yenidən şans verilir.

Olimpiya oyunları

[redaktə | vikimətni redaktə et]

Qədim Olimpiya Oyunlarının müsabiqələrində əsas Olimpiya mükafatı medal yox idi. 1896-cı ildə mükafatlandırma qaydası təsis edildi və yerindən asli olmayaraq yalnız, gümüş medal təqdim olunurdu.

1904-cü ildə isə Olimpiya Oyunlarında keçirilən yarış müsabiqəsinin təşkilatçıları tərəfindən ilk üç yerin qalibinə qızıl, gümüş və bürünc medalları təşkil olundu.

  • Косарева А. В. Искусство медали: Книга для учителя. — 2-е изд., доп и перераб. — М.: Просвещение. 1982. — 127 с.: ил.
  • Фенглер Х., Гироу Г., Унгер В. Словарь нумизмата: Перевод с немецкого — М.: Радио и связь, 1982. — 328 с.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]