Bəbir (hərbi birləşmə) — Vikipediya
"Bəbir" xüsusi təyinatlı dəstəsi | |
---|---|
Növü | Xüsusi təyinatlı |
Ölkə | Azərbaycan |
Tabedir | DİN Daxili Qoşunları |
Sayı | Gizli saxlanılır |
Müharibələr | 2-ci Qarabağ müharibəsi |
Döyüşlər | Cəbrayıl döyüşləri Hadrut döyüşləri Füzuli döyüşləri |
Fərqlənmə nişanları | |
Komandanlıq | |
Komandir | Gizli saxlanılır |
Məşhur komandirləri | May. Şixamir Qaflanov |
"Bəbir" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi.
Yaradılması
[redaktə | mənbəni redaktə et]Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Bəbir" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir.
"Bəbir" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]"Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin və Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri mayor Şixamir Qaflanov 19.10.2020-ci il tarixində Füzuli istiqamətində şəhid olmuşdur. Ölümündən sonra ona Vətən Müharibəsi Qəhrəmanı adı verilmişdir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 09.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.