Bədəl bəy Bədəlbəyli — Vikipediya

Bədəl bəy Bədəlbəyli
Bədəl bəy Bəşir bəy oğlu Bədəlbəyli
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Uşaqları Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli
Fəaliyyəti aktyor

Bədəl bəy Bəşir bəy oğlu Bədəlbəyli (1875, Şuşa12 sentyabr 1932, Bakı, Azərbaycan SSR) — müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, Əfrasiyab BədəlbəyliŞəmsi Bədəlbəylinin atası, Fərhad Bədəlbəylinin babası.

Bədəl bəy Bəşir bəy oğlu 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdur.

İbtidai təhsilini molla yanında almışdı. Sonra şəhər real məktəbində oxumuşdu. Bədəlbəylilər nəslinin qocaman nümayəndəsi Bədəl bəy Bədəlbəyli xalq maarifçisi idi. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirdikdən sonra o, bir müddət Şuşada müəllimlik etmişdi. Lakin Bədəl bəyin pedaqoji fəaliyyəti XX əsrin əvvəllərindən Bakı şəhəri ilə bağlı olub: belə ki, o, 35 il fasiləsiz rus-müsəlman məktəbində müdir vəzifəsində çalışmışdı. O, xalq kütləsi daxilində maarifçiliyin, təhsilin vacibliyini və gərəkliyini açıqlayırdı. Bununla bərabər Bədəl bəy mədəni-maarif və xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərən "Nicat" cəmiyyətinin ən fəal üzvü olmuşdu. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin xalası oğlu Bədəl bəy özünü aktyor kimi də dəfələrlə sınamışdır. O, "Leyli və Məcnun" operasında Məcnun, İbn Salam obrazlarını böyük məharətlə ifa etmişdir.

Bədəl bəy Bədəlbəyli 12 sentyabr 1932-ci ildə vəfat edib.[1]

Nəsil şəcərəsi

[redaktə | mənbəni redaktə et]
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bəşir bəy
Bədəlbəyli
 
 
 
Əzizə xanım
 
 
 
 
 
 
 
 
 
 
 
Şirinbəyim
xanım
(1853–1939)
 
Əbdülhüseyn bəy
Hacıbəyov

(1842–1901)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bədəl bəy
Bədəlbəyli

(1875–1932)
 
 
 
Rəhimə xanım
 
 
 
Əhməd bəy
Bədəlbəyli

(1884–1954)
 
 
 
 
 
 
 
 
Zülfüqar bəy
Hacıbəyov

(1884–1950)
 
Üzeyir bəy
Hacıbəyov

(1885–1948)
 
Ceyhun
Hacıbəyli

(1891–1962)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əfrasiyab
Bədəlbəyli

(1907–1976)
 
Davud
Bədəlbəyli
 
Turqut
Bədəlbəyli
 
Məsturə
Bədəlbəyli
 
Şəmsi
Bədəlbəyli

(1911–1987)
 
 
Məmməd
Ağdamski

(d. 1934)
 
Telman
Ağdamski

(d. 1936)
 
 
 
 
Niyazi
Hacıbəyov

(1912–1984)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Fərhad
Bədəlbəyli

(d. 1947)


  • Ənvər Çingizoğlu, Bədəlbəylilər (Miriyevlər), "Soy" еlmi-kütləvi dərgi, 2009, № 5, səh.34–48;
  • Ənvər Çingizoğlu, Qarabağda maarif, Bakı: Zərdabi LTD, 2013, 288 səh.
  1. Əlamətdar və tarixi günlər təqvimi — 2015, S.347