Bağdad səfəri (1638) — Vikipediya

Bağdad səfəri
türk. Bağdat Seferi
Səfəvi-Osmanlı münasibətləri
Tarix 8 may 163817 may 1639
Yeri Bağdad, İraq
Səbəbi Səfəvilərin işğal etdiyi Bağdadı geri almaq
Nəticəsi

Osmanlı ordusu qələbə qazandı;

Münaqişə tərəfləri

Osmanlı İmperiyası

Səfəvilər İmperiyası

Komandan(lar)

IV Murad
Bayram Paşa

Təyyar Mehmed Paşa

Kəmankeş Qara Mustafa Paşa

I Şah Səfi
Bektaş xan

Tərəflərin qüvvəsi

35.000 piyada,
73.000 süvari,
200 top
 • Döyüşdə olmayan: 8000 (lağımçı) mədənçilər və istehkamçılar,[1]
24.000 hərbi işçi[1]

40.000 piyada,[1]
211 istehkamlı şəhər qüllələri,
100 top

İtkilər

yüksək

yüksək[2]

Şəhərin bir çox əhalisi ələ keçirildikdən sonra Osmanlılar tərəfindən qətlə yetirildi. [1]

Bağdad səfəri17. Osmanlı sultanı IV Murad tərəfindən Səfəvilər üzərinə tərtib edilmiş ikinci səfər. Osmanlı-Səfəvi müharibəsinin son mərhələsinə aid bu səfər sonunda Qəsri-Şirin sülhü bağlandı.

Səfərin gedişi

[redaktə | vikimətni redaktə et]

Sultan Murad səfərə çıxmazdan əvvəl taxt üçün təhlükə hesab etdiyi qardaşı Şahzadə Qasımı edam etdirdi və 8 may 1638 tarixində şeyxülislam Yəhya Əfəndikaptan-ı dərya Mustafa Paşa ilə birlikdə yola çıxdı. Bu əsnada özünü Mehdi elan edən Şeyx Əhməd Sakaryada ələ keçirilərək öldürüldü. Urfa yaxınlığında vəfat edən sədrəzəm Bayram Paşanın yerinə sədarətə Təyyar Mehmed Paşa gətirildi. 6 noyabrda Mosula çatan Sultan Murad 15 noyabrda Əbu Hənifə türbəsi yaxınlığında çadırını qurdu. Qalanın alınmasından bir gün əvvəl Təyyar Mehmed Paşa hücumlar əsnasında şəhid düşdü. Yerinə kaptan-ı dərya Mustafa Paşa sədarətə gətirildi. Ertəsi gün (24 dekabr 1638 cümə günü) qala hakimi Bektaş xan qalanı təslim etdi.

Sultan Murad fəthin ardından qalanın, Əbu HənifəƏbdülqadir Gilaninin türbələrinin təmiriylə məşğul oldu. Əbu Hənifə türbəsini ziyarət etdi və sədrəzəmi burada qoyub 17 yanvar 1639 günü İstanbula doğru yola çıxdı. Mosula çatdanda vaxtilə İstanbulda qəbul etmədiyi Maqsud xanla birlikdə şaha məktub göndərdi. Ancaq xəstəliyinin artması və qışın sərt keçməsi səbəbilə Diyarbəkirdə 71 gün qaldı və 15 apreldə yola düşərək İzmitə gəldi. Yenə dəniz səyahəti ilə Sənan Paşa köşkünə gəldi (10 iyun 1639). Bu əsnada Qəsri-şirin sülhü bağlanmışdı (17 may 1639).

Tutulduqdan sonra şəhər sakinlərinin əksəriyyəti Osmanlılar tərəfindən qətlə yetirildi.[1]

Həmçinin baxın

[redaktə | vikimətni redaktə et]
  1. 1 2 3 4 5 Mikaberidze, Alexander. Conflict and Conquest in the Islamic World: A Historical Encyclopedia. ABC-CLIO. 2011. səh. 177. ISBN 9781598843378. 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-15.
  2. Kia, 2017. səh. 131