Başgicəllənmə — Vikipediya

Başgicəllənmə
XBT-10 H81, R42
XBT-9-KM 438.85, 780.4
DiseasesDB 29286
MeSH D014717
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Başgicəllənmə — insanın hərəkətdə olduqlarını və ya ətrafdakı əşyaların əslində hərəkət etmədiyi halda hərəkət etdiyini hiss etdiyi vəziyyət.[1] Çox vaxt fırlanma və ya yırğalanan hərəkət kimi hiss olunur.[2] Bu, ürəkbulanma, qusma, tərləmə və ya yerimə çətinliyi ilə əlaqəli ola bilər.[2] Başı hərəkət etdirdikdə adətən daha pis olur.

Vertigo başgicəllənmənin ən çox yayılmış növüdür.

Vertigo hissini göstərən rəsm

Başgicəllənməyə səbəb olan ən çox görülən şərtlər xoşxassəli paroksismal mövqeli vertigo, meniere xəstəliyi və vestibulyar nevritdir. Daha az rast gəlinən səbəblərə insult, beyin şişləri, travmatik beyin zədəsi, dağınıq skleroz, miqren, travma, orta qulaqlar arasında qeyri-bərabər təzyiq daxildir.[3][4]

Vertigo vestibulyar yolun disfunksiyasının yerindən asılı olaraq periferik və ya mərkəzi olaraq təsnif edilir,[5] lakin, bu, psixoloji amillərdən də qaynaqlana bilər.[6]

Başgicəllənmə obyektiv, subyektiv və psevdovertiqoya bölünür:

  • Obyektiv — insanın ətrafdakı obyektlərin hərəkət etdiyi hissini yaşadığı vəziyyəti təsvir edir
  • Subyektiv başgicəllənmə — insanın hərəkət etdiyini hiss etməsidir
  • Psevdovertiqo — insanın başının içərisində intensiv fırlanma hissi

Başgicəllənmə hərəkətsiz vəziyyətdə fırlanma hissidir.[7] Bu zaman adətən ürəkbulanma və ya qusma,[8] qeyri-sabitlik (sabit olmayan duruş),[9] yıxılma,[10] insanın düşüncəsində dəyişikliklər və yeriməkdə çətinlik çəkmək əmələ gəlir.[11] Təkrarlanan başgicəllənmə tez-tez olanda çox vaxt həyat keyfiyyətinı pisləşdirir. Bulanıq görmə, danışmada çətinlik, şüur ​​səviyyəsinin azalması və eşitmə itkisi də olur.

Beta blokerlər, antidepresanlar, antikonvulsanlar vasitəsilə müalicə olunur.

  1. Post, RE; Dickerson, LM. "Dizziness: a diagnostic approach". American Family Physician. 82 (4). 2010: 361–369. PMID 20704166. 2013-06-06 tarixində arxivləşdirilib.
  2. 1 2 "Arxivlənmiş surət". 2024-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-13.
  3. "Arxivlənmiş surət". 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-13.
  4. https://books.google.az/books?id=YBcHR-wQOWQC&pg=PA354&redir_esc=y#v=onepage&q&f=false
  5. https://web.archive.org/web/20130205084120/http://www.ajnr.org/content/30/8/1623.long
  6. https://web.archive.org/web/20090706143716/http://www.dartmouth.edu/~dons/part_2/chapter_14.html#chpt_14_evaluation
  7. https://web.archive.org/web/20100213014133/http://www.merck.com/mmhe/sec06/ch080/ch080c.html
  8. "Arxivlənmiş surət". 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-17.
  9. "Arxivlənmiş surət". 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-17.
  10. "Arxivlənmiş surət". 2023-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-17.
  11. "Arxivlənmiş surət". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]