Baba Zünnun üsyanı — Vikipediya

Baba Zünnun üsyanı
Tarix 26 sentyabr 1526
Yeri Tokat, Amasya, Sivas, Mərəş
Səbəbi Aparılan vergi siyasəti və dini sürtüşmələr
Nəticəsi Üsyan yatırıldı
Münaqişə tərəfləri

Osmanlı imperiyası

Üsyançı birliklər

Komandan(lar)

Xürrəm Paşa
Bəhram bəy
Əli bəy
Piri bəy
Hüseyn Paşa
Dəli Hüsrəv Paşa

Baba Zünnun
Bozox türkmənləri
Zülqədər türkmənləri

Baba Zünnun üsyanı (türk. Baba Zünnûn isyanı) – 1526-cı ildə Anadoluda baş verən şiə ayaqlanması.[1][2]

Sultan Süleyman Qanuni dövründə (1520–1566) baş verən bu üsyan Baba Zünnun üsyanı olaraq bilinsə də, üsyanın əsas rəhbərləri Qədri Xoca Baba və oğlu Şah Vəli idi. Getdikcə böyüyən üsyanın əsas səbəbi qızılbaş Bozox türkmənlərinə məxsus torpaqlardan əlavə vergi tutulması oldu. Nəticədə Baba Zünnun rəhbərliyində ayaqlanan qızılbaş türkmənlər 1526-cı ilin avqustunda Bozox sancaqbəyi Mustafa bəyin köşkünə basqın edərək sancaqbəyini qətlə yetirdi. Zülqədər türkmənlərinin də qatılmasıyla sayıları artan üsyançılar mərkəzdən göndərilən birlikləri Kayseri yaxınlığında ağır məğlubiyyətə uğratdılar.[3] Nəticədə Qaraman bəylərbəyi Xürrəm Paşa, Kayseri sancaqbəyi Bəhram bəy və İçel sancaqbəyi Əli bəy döyüş meydanında həlak oldular.

Nəhayət, mərkəzdən göndərilən dəstək qüvvələrlə hərəkətə keçən Adana sancaqbəyi Piri bəy və Sivas bəylərbəyi Hüseyn Paşa 26 sentyabr 1526-cı ildə Hunbeli adlanan yerdə üsyançıları darmadağın etdilər. Baba Zünnun döyüş meydanında həlak oldu və bir qrup tərəfdarı qaçaraq dağlara çəkildilər. Gecə saatlarında o əsnada toparlanmağa çalışan Osmanlı ordusuna hücum edən bu tərəfdarlar Hüseyn Paşanı ağır yaraladılar. Sivasa qaçırılan Hüseyn Paşa burada vəfat etdi.[4] Ancaq 3 gün sonra bölgəyə göndərilən Diyarbəkir bəylərbəyi Dəli Hüsrəv Paşa ələ keçirdiyi bütün qızılbaş üsyançılarını qılıncdan keçirdi və beləliklə, üsyan sonlandı.

  1. [http://www.hacibektaslilar.com/article,tr,2007~01~04,,,1~0~0,yes~29~now,122_columnist.html "�AH KALENDER �SYANI Hac� Bekta�l�lar Sitesine Ho�geldiniz"]. web.archive.org. 2011-11-26. 2011-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-24.
  2. Aktan, C. C., Dileyici, D. ve Saraç, Ö. (2002). Osmanlı tarihinde vergi isyanları –I-. Süleyman Demirel Üniversitesi İktisadi ve İdari Bilimler Fakültesi Dergisi. 7(2), 1–20
  3. Aköz, A. ve Solak, İ. (2004). Dulkadirli eyaletine ait bir kanunname. Manas Üniversitesi Sosyal Bilimler Dergisi. 5(9), 9–29
  4. Döğüş, S. (2008). Osmanlı Döneminde Sivas’ta Türkmen isyanları (Klasik Çağ). Türk Dünyası Araştırmaları. (172), 145–174
  • İlkesiz Vergilere Tepkiler:Vergi İsyanları. Ed.:Özgür Saraç, Gamze Yıldız Şeren. İstanbul 2022.
  • Çetin, H. (2018). Osmanlı devletinde meydana gelen vergi isyanları. Hukuk ve İktisat Araştırmaları Dergisi. 10(1), 18–34
  • Maden, F. (2015). Yeniçerilik-Bektaşilik ilişkileri ve yeniçeri isyanlarında Bektaşiler. Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi. 73, 173–202