Badam — Vikipediya
Badam | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Yarımcins: Badam | ||||
Beynəlxalq elmi adı | ||||
| ||||
|
Badam (lat. Prunus subg. Amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Badam yarımcinsinin 40 növə qədər ağac və kolu məlumdur. Azərbaycanda 4 növü yayılmışdır. Badam yabanı halda Orta Asiyada, Dağıstanda, Azərbaycanda bitir. Naxçıvanın dağlıq hissələrində yabanı badamlıqlar vaxtilə böyük sahələr tutmuşdur. "Badamlı" adını daşıyan suyu ilə məşhur olan kənd keçmişdə yabanı badamlıqla əhatə olunduğu halda, indi əl çatmayan yerlərdə azacıq badam ağacları qalmışdır.
Qeyd etmək lazımdır ki, mədəni badam sortları yabanı badama çox yaxındır və ancaq meyvələrinin böyüklüyü, qabıqlarının nazikliyi ilə fərqlənirlər. Badam yarpaqlar əmələ gəlməmiş mart-apreldə (bəzən fevralda) çiçəkləyir.
Çiçəkləri tək-tək və ya 2-4 ədəd bir yerdə toplanmış olur. Çiçəkləri iri beşləçəkli, rəngi ağ və ya ağımtıl-çəhrayıdır.
Badamın meyvələri iyul-avqustda yetişir. 4-5 yaşından məhsul verir, 130 il və daha çox yaşayır. Meyvəsinin uzunluğu 2,5-3 sm-dir. Mədəni sortlar nisbətən iri olur. Meyvəsi yumurtavari, yanlarından basılmış, təpəsi küt və ya şişmər, çox vaxt əyri olur. Meyvənin üzəri çəyirdək ətrafı ətli hissə ilə örtülmüşdür. Bu, yaşılımtıl, üzəri tüklü olub, yetişəndə yarılır və içindən çəyirdəyi çıxır. Qabığı qalın, bərk və ya nazik olur. Rəngi boz-sarıdan tünd qəhvəyiyədək dəyişir. Badamın bir və ya iki ləpəsi olur. Ləpəsi ağımtıldır, sarı-qəhvəyi pərdə ilə örtülmüşdür. Islandıqda bu qabıq asanlıqla ayrılır. Dadı xoş, yağlı və şirindir.
Badamın tərkibində 40-60% yağ (qurumayan), 20-30% zülali maddə, 13% karbohidrat, 3,6% sellüloza, 2,3% minerallı maddə, 15 mq% B1 vitamini vardır. Yabanı halda bitən badamın əksəriyyəti acı olur. Onların tərkibində 2,5-3,5% amiqdalin qlükozidi vardır. Bu qlükozid orqanizmdə qlükozaya və sinil turşusuna parçalanır. Sinil turşusu isə qüvvətli zəhərdir. Ona görə də acı badam qida üçün sərf edilməməlidir.
Şirin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı sənayesində istifadə edilir. Acı badamdan badam yağı və 0,5-0,8% miqdarında efir yağı alırlar. Bu məhsullar ətriyyat, əczaçılıq sənayesində kamfora, məlhəm, emulsiya istehsalı üçün istifadə olunur. Badam efir yağından bəzi ətriyyat məmulatlarının ətirləndirilməsi üçün istifadə edilir. Badamın qabığı konyak, likör və bəzi şərabların ətirləndirilməsi və rənginin yaxşılaşdırılması üçün işlədilir. Ondan, həmçinin aktivləşdirilmiş kömür də alırlar.[1]
Sinonimləri
[redaktə | mənbəni redaktə et]- Aflatunia Vassilcz., 1955
- Amygdalopsis Carrière, 1862, nom. illeg.
- Amygdalus L., 1753basionym
- Amygdalus Neck. ex Endl., 1840
- Amygdalus-Persica Weston, 1770, nom. inval.
- Louiseania Carrière, 1872
- Persica Mill., 1754
- Prunopsis André, 1883, nom. superfl.
- Prunus (L.) Benth. & Hook.f., 1865
- Trichocarpus Neck., 1790, nom. inval.
Növləri
[redaktə | mənbəni redaktə et]- Prunus arabica (Olivier) Meikle, 1965
- Prunus argentea (Lam.) Rehder, 1922
- Prunus brahuica (Boiss.) Aitch. & Hemsl., 1888
- Prunus bucharica (Korsh.) B.Fedtsch., 1915 — Buxara badamı
- Prunus carduchorum (Bornm.) Meikle, 1965
- Prunus dulcis (Mill.) D.A.Webb, 1967 — Adi badam
- Prunus eburnea (Spach) Aitch., 1888
- Prunus elaeagnifolia (Spach) A.E.Murray, 1969
- Prunus eremophila Prigge, 2003
- Prunus erioclada Bornm., 1940
- Prunus fenzliana Fritsch, 1892
- Prunus ferganensis (Kostina & Rjabov) Kovalev & Kostina, 1935
- Prunus haussknechtii C.K.Schneid., 1905
- Prunus havardii (W.Wight) S.C.Mason, 1913
- Prunus kansuensis Rehder, 1922
- Prunus korshinskyi Hand.-Mazz., 1913
- Prunus kotschyi (Boiss. & Hohen.) Meikle, 1965
- Prunus kuramica (Korsh.) Kitam., 1965
- Prunus lycioides (Spach) C.K.Schneid., 1906
- Prunus microphylla (Kunth) Hemsl., 1880
- Prunus minutiflora Engelm. ex A.Gray, 1850
- Prunus mira Koehne, 1912
- Prunus mongolica Maxim., 1879
- Prunus pedunculata (Pall.) Maxim., 1883
- Prunus ×persicoides (Ser.) M.Vilm. & Bois, 1904
- Prunus petunnikowii (Litv.) Rehder, 1926 — Pettunnikov badamı
- Prunus scoparia (Spach) C.K.Schneid., 1905
- Prunus spinosissima (Bunge) Franch., 1888 — Tikanlı badam
- Prunus tangutica (Batalin) Koehne, 1912
- Prunus tenella Batsch, 1801 — Alçaq badam
- Prunus texana D.Dietr., 1842
- Prunus trichamygdalus Hand.-Mazz., 1913
- Prunus triloba Lindl., 1857 — Üçpərli badam
- Prunus turcomanica (Lincz.) Kitam., 1960
- Prunus ×vavilovii (Popov) A.E.Murray, 1969 — Vavilov badamı
- Prunus webbii (Spach) Vierh., 1915
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Ə-C.İ.Əhmədov, N.T.Əliyev. Meyvə və tərəvəzin əmtəəşünaslığı (Dərslik). Bakı: 2009.