Bakı Kommersiya Məktəbi — Vikipediya

Bakı Kommersiya Məktəbi
Xəritə
40°22′22″ şm. e. 49°50′53″ ş. u.HGYO
Əsası qoyulub 14 oktyabr 1901
Bağlanıb 1919
Tip orta-ixtisas təhsili müəssisəsi
Ölkə

Bakı kommersiya məktəbiXX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərmiş təhsil müəssisəsi. Məktəbi yaratmaqda məqsəd müəyyən ixtisaslarda çatışmayan mütəxəssisləri hazırlamaq olub.

1901-ci ildə tikilmiş Bakı kommersiya məktəbin binası

1901-ci ildə Bakıda Ticarət və Sənaye Nazirliyi tabeliyində[1] fəaliyyətə başlamışdır.[2] O, yerli sahibkarların səyi və maliyyə dəstəyi sayəsində açılmışdı.[2] Onlardan təkcə 1906-cı ilə qədər bu məktəbin ilk fəxri qəyyumu olmuş Hacı Zeynalabdin Tağıyev 50000 manat ayırmışdı.[3][4] Digər xeyriyyəçilər sırasında Şəmsi Əsədullayev, F. Vəzirov, A. Mantaşov, Nobel qardaşları da var idilər.[5] Müqəddəs Bakirə Məryəmin kosteli ilə üzbəüz yerləşirdi.

Məktəb müəyyən peşələr üzrə çatışmayan mütəxəssislərin hazırlaması nəzərdə tutulmuşdu.[2]

Burada təhsil kursu 8 sinifdən ibarət idi ki, onlardan son ikisi ixtisas kursu hesab olunurdu.[5] Hazırlıq sinifləri rus dilini bilməyənlər üçün idi. Xüsusi fənlərdən ən çox diqqət kommersiya haqqı hesabına, mühasibata, əmtəəşünaslığa, siyasi iqtisada verilirdi. Xarici dillərdən fərqli olaraq, azərbaycanlıların ana dili musiqi fənni kimi mütləq fənn hesab olunmurdu.[5]

Tədris proqramı

[redaktə | mənbəni redaktə et]

Tədris proqramında ölkənin xüsusiyyətləri, Qafqazın coğrafiyası, tarixi və mədəniyyəti nəzərə alınmırdı.[5]

Məktəbin qəyyumluq şurasına daxil olmuş Əlimərdan bəy Topçubaşov təhsil alan kontingentin milli və dini xüsusiyyətlərini nəzərə almağın zəruriliyi məsələsini irəli sürürdü.[5] Rusiyanın Şərqlə ticarət əlaqələrinin genişlənəcəyini nəzərə alan Əlimərdan bəy Topçubaşov məktəbdə təhsil alanlara Şərq dillərini, həmçinin Qafqaz ölkələri ilə qonşu ölkələrin iqtisadi coğrafiyasını öyrənməyi lazım bilirdi.[5]

Doğma dilin tədrisinə etinasızlıq nəticəsində onun qeyri-icbari fənn olması Ə. Ağayevin də etirazına səbəb olurdu.[5][6]

Məktəb Rusiya ali məktəblərini bitirmiş ixtisaslı müəllimlərlə komplektləşdirilmişdi.[5]

Ştatdankənar işə götürülmüş Ə. Ağayev 1901–1909-cu illərdə və Nəriman Nərimanov 1906-cı ildə burada Azərbaycan dilişəriət dərslərini aparırmışdılar.[5][7]

1915-ci ilədək məktəbi 191 mütəxəssis bitirmişdi.[5] 1909-cu ildəki ilk məzunlardan Əbdülqasım Cəfərovİskəndər Hacıyev təhsilini davam etdirmək hüququndan istifadə edərək, sonralar Rusiyada ali iqtisadi təhsil ala bilmişdilər.[5][8]

  1. Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 259.
  2. 1 2 3 Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900–1920-ci illər). Bakı. "Elm". 2008. səh. 172. [ölü keçid]  (az.)
  3. "Каспий", 1901, № 225.
  4. Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900–1920-ci illər). Bakı. "Elm". 2008. səh. 172–173. [ölü keçid]  (az.)
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900–1920-ci illər). Bakı. "Elm". 2008. səh. 173. [ölü keçid]  (az.)
  6. "Каспий", 1901, № 175.
  7. Памятная книжка Бакинского коммерческого училищa 1ЛХ-1904–1ЛХ-1909 гг. Баку, 1910, стр. 57, 61, 63.  (rus.)
  8. Памятная книжка Бакинского коммерческого училищa 1ЛХ-1904–1ЛХ-1909 гг. Баку, 1910, стр. 96.  (rus.)