Bakıxanov (qəsəbə) — Vikipediya
Bakıxanov | |
---|---|
40°25′18″ şm. e. 49°57′52″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Sabunçu |
Tarixi və coğrafiyası | |
Əvvəlki adı | Şablon:Wikidata/interval |
Sahəsi |
|
Saat qurşağı | UTC+04:00 |
Əhalisi | |
Əhali sayı |
|
Rəsmi dili | Azərbaycan dili |
Xəritədə yeri | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Bakıxanov, (1936–1992 Razin) — Bakının Sabunçu rayonunda şəhərtipli qəsəbə.[1]
Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Stepan Razin qəsəbəsi adı verilmiş və 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi adlandırılmışdır.[2] Qəsəbə Bakı dəmir yolu stansiyasından 10 km məsafədə yerləşir. Ərazisi 12 km²-dir. Bura Bakının ən yaşıl qəsəbələrindən biridir. Bu gün burada geniş abadlıq-quruculuq işlərini müşahidə etmək olar. Burada bir çox bağça, bir neçə park vardır. Qəsəbənin mərkəzi hissəsiylə uzanan xiyaban var.
Tarixi adı
[redaktə | vikimətni redaktə et]Bakıxanov qəsəbəsi Bakı şəhəri Sabunçu rayonunda yerləşir. Bakıxanov qəsəbəsinin ən qədim yerli adının mənasının araşdırmasında AMEA Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Mahirə Abbasovanın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə 100 il bundan əvvəl Kühül dağı adlandırılmışdır. Kühül dağı mağara deməkdir.[3] Tarixi məlumaatlara görə, Çar Rusiyasıda talançı dəstə başçısı Stepan Razin hələ 1667-ci ildə Xəzər dənizi vasitəsilə Abşeron rayonua gəlmiş, burada dağdakı mağarada düşərgə salaraq soyğunçuluq və amansız qarət məqsədilə ətraf kəndlərə basqınlar etmişdi. Sovet hakimiyyəti illərində burada salınmış yaşayış məntəqəsi Stepan Razinin adı ilə adlandırılmışdı. 1992-ci ildə Azərbaycan alimi, şair və maarifpərvəri Abbasqulu ağa Bakıxanovun (Qüdsi) şərəfinə adlandırılmışdır.[4]
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]Bakıxanov qəsəbəsi Bakı şəhərinin inzibati idarə dairəsinə daxil olan 5 şəhər tipli qəsəbəsindən biridir. Qəsəbə Abşeron yarımadasının cənub—qərbində dəniz səviyyəsindən 50 m-lik hündürlükdədir. Qəsəbə Bülbülə gölünün qərb sahilində Bakı şəhəri mərkəzindən 16.67 km məsafədə yerləşir. Bakıxanov qəsəbəsinin sahəsi 9,2 km2 -dir. Qəsəbə 40", 51' şimal enliyi və 49", 62' şərq uzunluğunda yerləşir. Sabunçu rayonuna daxil 10 qəsəbədən biridir. Qəsəbə ətrafında Nizami rayonu, Əmircan və Bülbülə qəsəbələri yerləşir.
İqlimi
[redaktə | vikimətni redaktə et]Qəsəbə Abşeron yarımadası daxilində yüksək orta illik temperature və az yağıntıya malik ərazidir. Burada havanın orta illik temperaturu 14,4 dərəcə təşkil edir. İqlimi əsasən Aralıq dənizi tipli quru və subtropikdir. Ən isti vaxtlarda — iyul və avqust aylarında gündəlik orta temperatur 26 dərəcə təşkil edir. Qışı mülayim keçir, belə ki, yanvar ayında orta temperatur 3-5 dərəcə olur. Burada güclü şimal küləyi əsir ki, orta illik sürəti isə 6,5 m/s-dir. Torpağı qumlu və şorandır.
Əhalisi
[redaktə | vikimətni redaktə et]Azərbaycan Statistika Komitəsinin 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonda 73680 nəfər əhali yaşayır.Bakıxanov qəsəbəsi 1920-ci illərdən 1925—1926-cı illərdə Neftçilər üçün ilk evlər tikilir və 1930-cu illərdə isə Bakıxanov böyük bir şəhər tipli qəsəbəyə çevrilir. Əhali sayı 1926-cı ildə cəmi 830 nəfər olduğu halda 1939-cu il]]də isə 10,3 min nəfər olmuşdur. Əhali sayına görə Bakı qəsəbələri arasında 5-ci yeri tuturdu. 1959-cu ildə 25,1 nim nəfər, 1970-ci ildə 35,7 min nəfər, 1989-cu illlərdə 75,5 min nəfər olmuşdur. 1980-ci illərdən sonra sürətli mənzil tikintisi getdiyi üçün əhali sayı sürətlə artmışdır. 1990-cı illərdə rus dili xalqların köçüb getməsi nəticəsində əhali sayı azalmışdır. 1999-cu illərdə 64,3 min nəfər olmuşdur.
Etnik tərkibi
[redaktə | vikimətni redaktə et]Etnik tərkibi əsasən azərbaycanlılar olsa da digər xalqların nümayəndələridə yaşayır.
- Azərbaycanlı 92.26%,
- rus 4.53%,
- tatarlar 1,18%,
- ləzgi 1.08% ,
- ukraynalı 0.52%,
- yəhudi 0.13%
- və digərləri 0.31% təşkil edir.
Təhsil ocaqları
[redaktə | vikimətni redaktə et]- Tam orta məktəb müəssisələri: 2 , 72, 74, 80, 94, 96, 107, 169, 213, 252, 271, 309, 310
- Orta-ixtisas Kollecləri:
- Sosial-iqtisad Kolleci;
- Neft-energetika Kolleci;
- İlk-peşə təhsil müəssisələri:
- 1 saylı Bakı Peşə Liseyi,
- 12 saylı Bakı Peşə Liseyi
- Məktəbəqədər müəssisələri: 105, 167,169, 191, 192,195, 198, 284, 287, 254 saylı,
- Körpələr evi:
- Araz
- Sünbül
- Süsən
- Uşaq bağçası:
- Lalə,
- Yasəmən
Səhiyyə müəssisələri
[redaktə | vikimətni redaktə et]- 3 №-li Uşaq Stomatoloji Poliklinikası,
- 11 №-li Şəhər Poliklinikası,
- 22 №-li Uşaq Poliklinikası,
- 2 №-li Doğum Evi (nəzdində 3 №-li Qadın Məsləhətxanası),
- 5 №-li Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası,
- 13 №-li Köməkçi Təcili Yardım Stansiyası,
- 4 №-li Vərəm Əleyhinə Dispanser (Nizami r.)
Özəl səhiyyə müəssisələri
[redaktə | vikimətni redaktə et]- 2 №-li Stomatoloji Poliklinika,
- Stimul Hospital,
- Medi Grand Tibb Mərkəzi,
- Andromed Tibb Mərkəzi, VitaMed Tibb Mərkəzi MMC,
- Adil Müayinə Müalicə Tibb Mərkəzi,
- İnsan Diaqnostik Müalicə Mərkəzi,
- MK Dəniz Stomatoloji Klinika,
- Anay MMC,
- Medical Life Stomatoloji Mərkəz.
- Nova Med Tibb Mərkəzi
Mədəniyyət ocaqları
[redaktə | vikimətni redaktə et]- Adil İskəndərov adına Mədəniyyət Sarayı,
- 4 nömrəli musiqi məktəbi,
- Sabunçu Rayon Mərkəzi Kitabxanası
Ticarət və ictimai iaşə müəssisələri
[redaktə | vikimətni redaktə et]İqtisadiyyatın geniş sahəsi olan İctimai iaşə, ticarət, istehsal, xidmət fəaliyyətlərini həyata keçirən hüquqi və ya fiziki şəxslərlə onların xidmət etdiyi sənaye obyektləri, firmalar, idarə və təşkilatlar Bakıxanov qəsəbəsində istehlakçılara, əhaliyə yüksək səviyyədə xidmət edir. Qəsəbədə 100-dən çox böyük ticarət mərkəzləri, bazar, Böyük Marketlər, Şadlıq evləri,(Badukubə, Vahid, Füruzə və s.) Restoranlar, irili-xırdalı maqazalar xidmət edir.
İnfrastruktur
[redaktə | vikimətni redaktə et]Qəsəbədə Sabunçu rayon baş polis idarəsi, Sabunçu rayon icra hakimiyyəti, Bakıxanov Dəmir yol stansiyası, Nəqliyyat xidməti, ATS, Poçt məntəqəsi, apteklər, olimpiya kompleksi, müasir tipli binalar, Milli Parklar, ASAN xidmət, ticarət avadanlığı və metal konstruksiyalar zavodu, yeyinti sənayesinə aid olan müəssisələr, kənd təsərrüfatı emal müəssisəsi, çörək zavodu, yüngül sənaye fabriki, kiçik müəssisələr və s. fəaliyyət göstərir.
Ziyalıları
[redaktə | vikimətni redaktə et]- Ramiz Məmmədov — akademik
- Natavan Cəfərova — coğrafiya ezrə elmləri doktoru
- Əmir Əliyev — coğrafiya üzrə elmləri doltoru
- Etibar Bədəlov — coğrafiya elmləri doktoru
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
- ↑ "Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 nömrəli Qərarı" (az.). e-qanun.az. 1992-04-29. 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-17.
- ↑ M.Abbasovun toponimika sahəsində apardığı elmi-tədqiqat işi
- ↑ Azərbaycan toponimləri Ensiklipedik lüğət, Bakı, 1999 səh. 66