Bala Həşimxanlı — Vikipediya
Bala Həşimxanlı | |
---|---|
39°47′20″ şm. e. 48°44′20″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Bala Həşimxanlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun Moranlı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Moranlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bala Haşımxanlı kəndi Bala Həşimxanlı kəndi adlandırılmışdır.[2]
Toponimikası
[redaktə | vikimətni redaktə et]Etnotoponimdir. "Kiçik Haşımxanlı kəndi" deməkdir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Haşımxanlı (indiki Böyük Haşımxanlı) kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır.[3]
Tarixi
[redaktə | vikimətni redaktə et]Tarixi abidələri
[redaktə | vikimətni redaktə et]Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
[redaktə | vikimətni redaktə et]Kənd Muğan düzündə yerləşir.
Əhalisi
[redaktə | vikimətni redaktə et]İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | XXXX | XXXX | XXXX |
2009[5] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]Əsasən kənd təsərrüfatına əsaslanır. Kənddə pambıq və heyvan yemi- yonca, eyni zamanda Sabirabada xarakter olan bostan məhsulları becərilir.
Mədəniyyəti
[redaktə | vikimətni redaktə et]Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil
[redaktə | vikimətni redaktə et]SSRİ zamanından bir məktəb mövcud olmuşdur.2009-cu ildə həmin məktəb sökülmüş və yerində müasir tələblərə cavab verən ikimərtəbəli,idman zalı, futbol və digər idman oyunlarının keçirilməsi üçün meydançası,qazanxana sistemi olan məktəb binası inşa edilib, istifadəyə verilmişdir.
Din
[redaktə | vikimətni redaktə et]Kənddə üç məscid mövcuddur. Əhalinin 99% Şiə məzhəbinə mənsubdur. Bir məscid Qafqaz Müsəlmanları İdarəsinə qeydiyyatlıdır.
Səhiyyə
[redaktə | vikimətni redaktə et]Kənddə bir ilkin tibbi yardım məntəqəsi fəaliyyət göstərir. Aptek və digər tibb müəssisələri mövcud deyil.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 86" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
- ↑ "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- ↑ Bala Həşimxanlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]Həmçinin bax
[redaktə | vikimətni redaktə et] Sabirabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |