Bao-day — Vikipediya

Bao-day
vyet. Bảo Đại
8 yanvar 1926 – 25 avqust 1945
ƏvvəlkiKhay-din
14 iyun 1949 – 26 oktyabr 1955
SonrakıNqo Din Zyem
Şəxsi məlumatlar
Doğum adı Nguyễn Phúc Vĩnh Thụy
Doğum tarixi 22 oktyabr 1913(1913-10-22)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 30 iyul 1997(1997-07-30)[3] (83 yaşında), 31 iyul 1997(1997-07-31)[4][5][…] (83 yaşında) və ya 1 avqust 1997(1997-08-01)[6] (83 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin xərçəngi[d]
Dəfn yeri
  • Passi qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti dövlət xadimi
Atası Khay-din
Dini Konfutsiçilik, Mahayana
Hərbi xidmət
Döyüşlər

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bao-day (vyet. Bảo Đại, tı-nom 保大, qüdrətin keşikçisi)[7][8] və ya Bao-day-de (vyet. Bảo-đại đế, tı-nom 保大帝),[9][10] əsl adı Nquyen Fuk və ya Fuk Vin Thyui (vyet. Nguyễn Phúc/Phước Vĩnh Thụy, tı-nom 阮福永瑞) (22 oktyabr 1913[1][2][…], Hyue, Annam (Fransa protektoratı), Fransa Hind-Çini30 iyul 1997[3], 31 iyul 1997[4][5][…] və ya 1 avqust 1997[6], Paris) — Nquyen sülaləsinin 13-cü imperatoru, Vyetnamın sonuncu imperatoru, yaponiyapərəst kukla dövləti olan Vyetnam imperiyasınınFransa tərəfdarı olan kukla Vyetnam Dövlətinin hökmdarı.

O, 1925-ci ildə atası Khay-dinin hakimiyyətindən sonra varis vəzifəsinə yüksəlmişdir. Bao-day Yaponiyanın artan təzyiqlərinə cavab olaraq 1885-ci il Fransa protektorat müqaviləsini rədd etmiş və 11 mart 1945-ci ildə həm Koxinxina, həm də Tonkini əhatə edən Vyetnamın müstəqilliyini təntənəli şəkildə elan etmişdir. Bununla belə, Yaponiyanın məğlubiyyəti və sonradan Ho Şi Min tərəfindən Vyetnam Respublikasının elan edilməsi səbəbindən 20 sentyabrda hakimiyyətdən çəkilmiş, Honkonqa sığınmışdır. 1949-cu ildə fransızların dəstəyi ilə ona Vyetnam Dövlətinin başçısı adı verilmişdir. O, əhəmiyyətli siyasi dəstək almamış və nəhayət Fransaya köçmüşdür. 1955-ci ildə Nqo Din Zyem tərəfindən təşkil edilən referendum ilə taxtdan daimi olaraq devrilmiş və onun hakimiyyəti qəti şəkildə sona çatmışdır.[11]

  1. 1 2 Bao Dai // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Bao Dai // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Bao Dai // Find a Grave (ing.). 1996.
  4. 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
  5. 1 2 https://www.nytimes.com/1997/08/02/world/bao-dai-83-of-vietnam-emperor-and-bon-vivant.html.
  6. 1 2 Encyclopædia Britannica Inc.. 1768.
  7. Asya Afrika Ölkələri Tarixi Fənni Üzrə İmtahan Suallarının Cavabları (PDF). Azərbaycan Dövlət İqtisad Universiteti. 2023-07-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-07-15.
  8. Philip Shenon. "Bao Dai, 83, of Vietnam; Emperor and Bon Vivant". The New York Times. 2 August 1997. səh. 1 10. 5 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2022.
  9. Q24049877. Хронологические таблицы по истории Вьетнама с комментариями (PDF). Три четверти века: Д. В. Деопику – друзья и ученики. Monuments of historical thought (rus). 2007. 114–217. ISBN 978-5-88451-225-2. Wikidata Q24049876.
  10. Династия Нгуен. Хронология стран Восточной и Центральной Азии (rus). 2010. 472–476. ISBN 978-5-02-036350-2. Wikidata Q24050128.
  11. "Arxivlənmiş surət". 2023-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-15.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]