Bayatılar — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
"Bayatılar" | |||||||
---|---|---|---|---|---|---|---|
Brilliant Dadaşova tərəfindən ifa olunmuş mahnı | |||||||
Yayımlanıb | 1989 | ||||||
Janr | pop | ||||||
Dil | Azərbaycan dili | ||||||
Müddət | 05:33 | ||||||
Bəstəkar | Eldar Mansurov | ||||||
|
Bayatılar — musiqisi Eldar Mansurov tərəfindən 1988-ci ildə yazılmış, sözləri Vahid Əzizin olan mahnıdır. Vahid Əzizin bu şeiri 1985-ci ildə "Əllərimin kölgəsi" kitabında çap olunub. Şair Vahid Əziz bəstəkar Eldar Mansurovun xahişi ilə şeirə mahnı üçün yeni bənd əlavə edib. Mahnı ilk dəfə 1989-cu ildə Brilliant Dadaşova tərəfindən ifa edilərək lentə alınmışdır.
Digər versiyaları
[redaktə | vikimətni redaktə et]Mahnı Brilliant Dadaşovadan sonra dünyanın bir çox dillərində və ən müxtəlif ölkələrdən olan ifaçılar tərəfindən müxtəlif adlarla ifa edilmişdir. Həmin ifaçılar (Aşqabad qrupu istisna olmaqla) mahnının musiqisini saxlasalar da adını və sözlərini dəyişərək ifa etmişlər. Azərbaycanda isə bu mahnını müxtəlif illərdə müğənnilərdən İlqar Muradov (1989) və Faiq Ağayev (1996), skripkada isə Natiq Nuriyev (1989) və Kazbek Əliyev (1995) ifa ediblər.
Mahnının ifaçılarından bəziləri:
Brilliant Dadaşova – "Bayatılar" – 1989-2008
Aşqabad qrupu – "Bayatılar" – 1990
Reno – "Zdrastvuy" – 1990
Sezen Aksu – "Zalim" 1995
Levent Yüksel – "Zalim" – 1995
Petros Dourdoumpakis – "Taxidiariko Pouli" – 1995
Dimitra Galani – "Oses Foties" – 1997
Grinsteins Mischpoche – "Bayatı" – 2002
Mônica Salmaso – "Bayatı" – 2003
Vasilis Lekkas – "Taxidiariko Pouli" – 2003
Keti Garbi – "Esena Mono" – 2003-2005
Dino Merlin – "Subota" – 2004
Seray Sever – "İçim yanıyor" – 2005
Dilek Budak – "Adını Yıldızlara" – 2006
Ziyoda – "Yollarim" – 2006
Lachyn Mammedowa – "Yalnyz yuregim" – 2006
Aygün Kazımova – "Bayatılar" – 2006
Hüseyin Karadayı və DJ. Funky – "Miracles" – 2006
DJ Pantelis– "I Have A Dream" – 2006
Srecko Savovic – "Godina Nova" – 2007
Çalar Saat – "Zalim" – 2007
Milad və Mohammad – "Are Faghat To" – 2008
Edvard Maya – "Stereo Love" – 2009
Mia Martina – "Stereo Love" – 2010
PJ feat Velvet – "Stereo Love" – 2010
İvan Zak – "Dečko sa Balkana" (Stereo Love) – 2010
Cantodiscanto – "Bayatı" – 2009
The Guzek Trio – "Bayatı" – 2010
Benjamim Taubkin – "Bayaty" – 2010
Saltanath qrupu– "Zalim" – 2012
Aydan Kaya – "Zalim" – 2012
Matthaios Tsahouridis – "Zalim / Bayatilar" – 2012
Babbe Rabbe – "Bayatilar" – 2013
Bengü – "Zalim" – 2013
Dobranotch qrupu – "Bayatılar" – 2014
Abash Energia Mediterranea – "Bayatı" – 2014
Flat Earth – "Syanide" – 2018
Mark Eliyahu – "Alegria" – 2019
Drenchill – "Never, never" – 2019
Why So Sad – "Out Of Time" – 2019
Bergüzar Korel – "Zalim" – 2020
Tuğba Yurt – "Zalim" – 2021
Sözlər
[redaktə | vikimətni redaktə et]Ürəyimdə ayaz var,
Nə qış gedib, nə yaz var.
Oyatma bənövşəni,
Kol dibində ayaz var.
Kədərli baxmayaydın,
Göz yaşım axmayaydı.
Yad baxmağı bir yana,
Yar yada baxmayaydı.
Bu dünya çətin qala,
Yolları çətin qala.
Yaxşı yarı yazda gəz,
Payıza çətin qala.
Qalanın daşı oldum,
Gözümün yaşı oldun.
Dünyada gün görmədim,
Sevəndə naşı oldum.
Yanımda qal bir az da,
Göz yaşı var arazda.
Yar yuxusun danışıb,
Şəkli qalıb arazda.
Yenə də axşam oldu,
Gün keçdi, axşam oldu.
Gecələr mən alışdım,
Əriyən şam oldu.