Bell 412 — Vikipediya

Bell 412
Hazırlayan Bell Textron Helicopter
İstehsalçı Bell Textron Helicopter, Kanada, AgustaWestland
İlk uçuş avqust 1979
İstismara verilmə tarixi 1981
İstismarçılar
Buraxılış sayı 869
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bell-412 — çoxməqsədli helikopter.

Xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Bell-412 çoxməqsədli helikopteri ABŞ-də istehsal edilmişdir və "Bell Textron Helicopter" şirkəti tərəfindən hazırlanmışdır. İlk uçuşunu 1979-cu ilin avqust ayında həyata keçirən bu helikopter 1981-ci ildən etibarən istismara verilmişdir. Ümumilikdə 869 ədəd istehsal olunmuşdur və hər birinin qiyməti 4.895 milyon dollar təşkil edir. Bell-412 helikopterinin heyəti 2 nəfərdən ibarətdir, sərnişin tutumu isə 14 nəfər və ya 6 xərək təşkil edir. Helikopterin uzunluğu 17.12 metr, gövdə uzunluğu 12.7 metr, hündürlüyü 4.57 metr, eni isə 2.89 metrdir. Əsas vintin diametri 14.02 metr, sükan vintinin diametri isə 2.62 metrdir. Vintlərin ümumi sahəsi 154.4 m²-dir.

Helikopterin boş kütləsi 3.079 kq, qalxma zamanı maksimal kütləsi 5.397 kq, yük götürmə kütləsi isə 1.814 kq-dır. Xarici asqıda yük götürmə kütləsi 2.041 kq təşkil edir. Yanacaq çənlərinin tutumu daxili olaraq 1249 litrdir, xarici çənlər isə 2 x 76 litr və ya 1 x 310.5 litr həcmindədir. Bell-412 bir ədəd "Pratt Whitney Canada PT6T-3D Turbo Twin Pac" qazturbin mühərriki ilə təchiz olunmuşdur. Bu mühərrik 1.342 kW (1.800 a.g) gücündədir. Helikopterin maksimal sürəti 259 km/s, normal (kreyser) sürəti isə 226 km/s-dir. Yüksəkliyə qalxma sürəti 6.86 m/s təşkil edir. Helikopterin uçuş məsafəsi 744 km, maksimal uçuş yüksəkliyi 6.096 metr, döyüş aparma yüksəkliyi isə 1.585 metrdir. Havada qalma müddəti 3 saat 42 dəqiqədir.

Bell 412EP test uçuşunda Ratmalana Hava limanında
Çili hərbi hava qüvvələrinə məxsus Bell 412
Finlandiya Sərhəd Qoşunlarına məxsus Agusta Bell AB-412

Ümumiyyətlə, bu helikopterlər birbaşa hərbi təyinatlı vasitələr deyil. “Bell 412” helikopterləri fövqalədə, xilasetmə, tibbi, nəqliyyat və yükdaşıma təyinatları üzrə istifadə edilə bilər. Bir çox dövlətlərin polis və yangınsöndürmə qurumları da bu modellərə üstünlük verir.

“Bell 412” modelinin səciyyəvi fərqlərindən biri də kompozit materialdan hazırlanan dörd pərvanəli rotora sahib olmasıdır. İlk model 1979-ci ildə sınaqdan keçirilib, iki il sonra sertifatlaşdırılaraq silahlanmaya qəbul edilib və sifarişçilərə göndərilməyə başlanıb. Sonralar isə daha uzaq mənzilli və ağır yük götürmə qabiliyyətli “Bell 412 SP” modeli, yüksək uçuş xüsusiyyətlərinə malik “Bell 412 HP” modeli, uçuşu ikiqat rəqəmsal rejimdə avtomatik idarə olunan “Bell 412 EP”, FADEC elektron bloku vasitəsilə mühərrik idarəetməsinə sahib “Bell 412 EPİ” və şüşəkabinli “Bell 429” modelləri yaradıldı. “Bell Griffin HAR2” modeli axtarış-xilasetmə tədbirlərini həyata keçirmək üçün nəzərdə tutulur. Helikopterlərdə sensor tipli “Garmin” GPS sistemi tətbiq edilir. Dünyanın 40-dan çox ölkəsinin müxtəlif qurumlarında bu helikopterlərin müxtəlif modifikasiyasından istifadə edilir.

Ümumi texniki xüsusiyyətlər

[redaktə | vikimətni redaktə et]

Ekipaj bir pilotdan ibarətdir, maksimum qalxa biləcəyi kütlə 5397 kq-dır. Uzunluğu 17.1 metr, hündürlüyü 4.6 metr, pərlərin diametri 14 metr, füzelyajın uzunluğu 13.1 metrdir. Boş çəkisi 3084 kq, daxili yükün çəkisi isə 2313 kq olan helikopter havada 3.8 saat qala bilir.

Helikopter 167000 saat fəaliyyət resursuna və 1800 at gücünə malik olan Kanadanın “Pratt & Whitney” şirkətinin PT6T-3DF “Twin-Pac Turbo” mühərriklərinin biri ilə təmin edilir. 1251 litr yanacaq tutan helikopterin maksimum sürəti 259 km/saat, kreyser sürəti 226 km/saat, uçuş hündürlyü 6096 metr, uçuş məsafəsi isə 980 km-dir.

“Bell 412EP” hər gün dünyanın ən ekstremal iqlimlərində etibarlı şəkildə çalışa bilən gündəlik işçi helokopteri hesab edilir. Geniş açılan qapılar 6.2 kub metr həcmində olan universal kabinə müxtəlif təyinatlar üçün istifadə edilə bilər. Geniş kabinə malik helikopter standart konfiqurasiyada pilotdan başqa 14 nəfərlik şəxsi heyət də daşıya bilir. Ən az sayda qəzalara məruz qalan helikopter modellərindən biri olan “Bell 412 EP” helikopterinin dəyəri 9 milyon dollardır.

Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında mövcuddur

Bell 412 helikopterlərinin 3 müxtəlif nöqtədən xaricdən qrafik cizgiləri
  1. World Air Forces 2014. 2014.
  2. World Air Forces 2008. 2008.