Belqorod knyazlığı — Vikipediya
Vassal | |
Belqorod knyazlığı | |
---|---|
rus. Белгородское княжество | |
| |
Paytaxt | Belqorod-Kiyev |
Rəsmi dilləri | Qədim rus dili |
Din | pravoslavlıq |
İdarəetmə forması | monarxiya |
Belqorod knyazlığı (rus. Белгородское княжество; X—XIII əsrlər) — Rusiyanın feodal torpaqlara bölündüyü dövrdə mövcud olmuş qədim rus udel knyazlığı. Knyazlığın paytaxtı Belqorod-Kiyev olmuşdur — o vaxtlar şəhərin adı sadəcə Belqorod idi.
Tarixi
[redaktə | vikimətni redaktə et]991-ci ildə böyük knyaz Vladimir Svyatoslaviç İrpen çayının sahilində bir qalanın əsasını qoydu və onu Belqorod adlandırdı. Belqorod knyazlığı müstəqil deyildi, onun paytaxtı Kiyevə aparan yolda forpost rolunu oynayırdı. Belqorod Kiyev knyazlarının iqamətgahı, daxili çəkişmələr zamanı sığınacaq yeri idi. 1117-ci ildə Vladimir Monomax Belqoroda öz böyük oğlu Mstislavı rəhbər təyin edir[1].
1240-cı ildə Belqorod-Kiyev Monqolların Rusiyaya hücumu zamanı darmadağın edilir. Bundan sonra tarixi salnamələrdə nə knyazlığın, nə də şəhərin adı çəkilir. Bu gün Beloqorodka kəndinin yaxınlığında tarixi şəhərin xarabalıqları qalmışdır[1].
Tanınmış knyazları
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Belqorod knyazlığı. Arxivləşdirilib 2017-10-23 at the Wayback Machine Dünyanın bütün monarxiyaları (rus.)
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Belqorod knyazlığı. (rus.) Rus zadəganlarının genealogiyası
- http://www.allmonarchs.net/russia/other/belgorod-kievskiy.html Arxivləşdirilib 2017-10-23 at the Wayback Machine Dünyanın bütün monarxiyaları