Belqradın fəthi — Vikipediya

Belqradın fəthi
Avropada Osmanlı müharibələri və
Osmanli-Macarıstan müharibələri
XVI əsr Belqrad qalası
Tarix 25 iyun-29 avqust 1521-ci il.
Yeri Belqrad şəhəri
Nəticəsi Osmanlı imperiyasının qalib gəlməsi
Münaqişə tərəfləri

Macarıstan krallığı

Osmanlı imperiyası

Komandan(lar)

Mixayıl More
Balazs Olah
Petar Ovçareviç
Yovan Bat
Vladislav Bardi
Yan Morqay

I Süleyman
Piri Mehmed Paşa
Xain Əhməd Paşa

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Belqradın fəthiMacarıstan krallığının nəzarəti altında olan Belqrad şəhəri və şəhər qalası 1521-ci ilin 29 avqust tarixində fəth edilmişdir. 1520-ci ildə hakimiyyətə gələn Sultan Süleyman Qanuni hakimiyyətinin 8-ci ayında Belqrad səfərinə çıxmaq barədə qərar qəbul etdi. Bu dövrdə Müqəddəs Roma imperiyasının imperatoru Carls Quint Avropada xristanlığın mövqeyini gücləndirmək üçün Macarıstan kralı II Luis ilə əlaqələrini gücləndirmişdi. Sultan Süleyman Qanuni özünə qarşı Avropada böyük bir ittifaq yaranmadan hücumu keçmək istəyirdi. Macarıstan krallığı həmin dövrdə indiki Macarıstanla yanaşı Erdel, Slovakiya, Belqrad, Burqenland və Ukraynanın bir qismini əhatə edirdi.

Macarıstan krallığı özünün intibah dövründə sərhədlərini Venesiya şəhərinə qədər genişləndirmiş, hətta Almaniya imperiyasının tacına belə sahib olmuşdu.Sultan Süleyman Qanuni səfər hazırlıqlarını tamamladıqdan sonra adətə uyğun olaraq atası I Səlimin və babası II Bəyazidin məzarların ziyarət etdi. Sultan Süleyman Qanuni 1521-ci ilin 18 may tarixində Topqapı Sarayından rəsmi mərasimdən sonra yola düşdü. Osmanlı qoşununu 3 min barut və mərmi yüklü dəvə, Dunay çayı boyunca hərəkət edən 400 döyüş gəmisi müşahidə edirdi. Rumeli Bəylərbəyi Əhməd Paşa Böğürdələn Qalasını fəth etmək üçün mərkəzi qoşundan ayrıldı. 7 iyun tarixində Əhməd Paşa Böğürdələn Qalasını fəth etdi.

Vəziriəzəm Piri Mehmet Paşanın rəhbərlik etdiyi birlik Belqrad şəhərini mühasirəyə alır. Sultan Süleyman Qanuninin tabeliyində olan qoşun Belqrada gedən yolun üzərində yerləşən sonuncu qala olan Zəmun Qalasını fəth edir. 1 avqust tarixində Sultan Süleyman Qanuni Zəmun ovasında düşərgə qurur və şəhərin könüllü təslim olmasının gözləyir. Belqrad qalasında olan hərbiçilər müqavimətin mənasız olduğunu görüb 29 avqust tarixində könüllü şəkildə təslim olurlar. 30 avqust tarixində isə Belqrad şəhərində yerləşən ən böyük kilsə məscidə çevirilir. Sultan Süleyman Qanuni burada ilk dəfə olaraq cümə namazı qılır. Qanuni Belqrad şəhərində 19 gün qalmışdır. Bu müddət ərzində yerli əhali ilə görüşmüş, onların problemlərini dinləmiş və yekunda yerli əhalini 2 il müddətində bütün vergilərdən azad etmişdir. Şəhərdə 3.000 əsgər və 200 top yerləşdirdikdən sonra Qanuni 1521-ci ilin oktyabr ayında İstanbul şəhərinə qayıdır. Belqrad şəhərinin rəhbərliyi Bali Paşaya tapşırılır.