Litvinov tozağacı — Vikipediya
Litvinov tozağacı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Litvinov tozağacı | ||||||
Beynəlxalq elmi adı | ||||||
|
Litvinov tozağacı (lat. Betula litwinowii) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Qısa morfoloji təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 10–15 m-ə qədər olan kiçik aqacdır.Aşağı hissədə ağ rəngli çatlaq qabığı vardır.Cavan budaqları xırda yumşaq tüklüdür, vəzili ziyilciklidir. Yarpaqları yumurtaşəkilli və yaxud yumurtaşəkilli-rombvaridir, yarpağın qaidə hissəsi enli pazşəkilli və yaxud dairəvidir, təpə hissəsində üçkünc formada daralmışdır, kənarları iri birqat və yaxud ikiqat mişarvaridir, alt tərəfdən damarların küncündə saqqalcıqları yerləşmişdir. Saplaq 2,5-4 dəfə yarpaq ayasından qısadır. Bar verən salxımlar silindrşəkilli olub,uzunluğu 2,5-3,5 sm, eni 7–9 mm-dir. Meyvə verən çiçəklərin pulcuqları meyvə verən zaman üçbölümlü, qaidəsinə yaxın hissəsi isə pazşəkillidir. Fındıqca meyvələri əksinəyumurtaşəkilli-uzunsov və yaxud uzunsov-ellipsvaridir, fındıqcameyvənin qanadlarının eni fındığın ölçüsunə bərabərdir, nadir hallarda 1,5 dəfə enlidir. May-iyun aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]BQ (Quba), BQ şərq, KQ şimal, KQ mərkəz
Yaşayış mühiti
[redaktə | mənbəni redaktə et]Meşənin yuxarı kənarlarında rast gəlinir. Xarakterik subalp tozağacı meşəliyiəmələ gətirir və (B. pendula) tozaqacılığı tərkibinə keçir.
Təsərrüfat əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]Qabığı yun sapların boyanması üçün qırmızımtıl-sarı, yarpağı isə bozumtul-yaşıl və ya yaşılımtıl-göy rəng verir.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]- Betula caucasica Litv. ex Leskov [Invalid]
- Betula litwinowii var. recurvata I.V.Vassil.
- Betula recurvata (I.V.Vassil.) V.N.Vassil.
- Betula transcaucasica V.N.Vassil.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Litvinov tozağacı:''The Plant List saytında takson barədə məlumat. (ing.)