Bi Şen — Vikipediya

Bi Şen
Doğum tarixi 990
Vəfat tarixi 1052
Vəfat yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bi Şen (9901052, Böyük Çin) — Çin ixtiraçısı, mütəhərrik literlərlə kitab çapının banisi.

İxtirası 1041–48-ci illərə təsadüf edir. Yanmış (bişmiş) gildən hazırlanan çap elementləri (heroqliflər) soyuduqda bərkiyən özlü qatranlı qarışığın köməyilə dəmir yığı formalarına yapışdırılırdı. Mətnin kağızda çap edilməsi üçün literlərin üzərinə tuş çəkilirdi. Bi Şenin ixtirası haqqında ilk dəfə Şen Qo (1031–95) məlumat vermişdir.