Biblioqrafiyaşünaslıq — Vikipediya
Biblioqrafiyaşünaslıq – biblioqrafik informasiyanın xüsusiyyətini, quruluşunu, onun yaradılması və tələbatçılara çatdırılması proseslərinin qanunauyğunluqlarını öyrənən elmdir.[1][2]
«Biblioqrafiyaşünaslıq» anlayışını elmi müstəviyə ilk dəfə olaraq Belçika mütəfəkkir Pol Otle (1868-1944) gətirmişdir.[3][4]
Elmin müxtəsər təsviri
[redaktə | mənbəni redaktə et]Biblioqrafik fəaliyyət, informasiya fəaliyyətinin biblioqrafik informasiyaya olan tələbatı ödəyən bir sahəsidir. Biblioqrafik informasiya isə sənəd kommunikasiyaları sistemində sənədlər haqqında axtarış, kommunikativ və qiymətləndirmə kimi əsas ictimai funksiyaları həyata keçirən, son məqsədi cəmiyyət üzvlərinin sənəd tələbatlarını ödəməkdən və formalaşdırmaqdan ibarət olan mütəşəkkil informasiyadır.[5][1][2]
Qədim yunan sözü olan «Biblioqrafiya» hərfən «kitab yazmaq» («biblion» - kitab, «qrafo» - yazıram) mənasını verir. Yunanıstanda yeni eradan əvvəl təxminən V əsrdə əlyazma kitablarının üzünü köçürən adamları «biblioqraf» adlandırırdılar. Kitab üzü köçürmək yüksək savad və bədii xəttatlıq qabiliyyəti tələb edirdi. Elə buna görə də qədim dövrdə biblioqraf peşəsi ən hörmətli və şərəfli peşələrdən hesab olunurdu.[5][2]
Antik dövrün (b.e.ə. I minillik – b.e. V əsr) iflasından sonra xeyli müddət, daha doğrusu, kitab çapına qədər «biblioqrafiya» sözündən istifadə olunmur. Kitab çapının kəşfindən sonra bu anlayış yenə də yada salınır və bəzən də mətbəə işçilərinə biblioqraf adı verilir. XVII əsrin birinci yarısından isə Fransız alimləri Qabriel Node (1600-1653) və Lui Jakob (1608-1670) öz əsərlərində ilk dəfə biblioqrafiyanı «ədəbiyyat siyahısı» mənasında işlədirlər. Sonralar isə biblioqrafiya kitabı təsvir edən bir sahə kimi geniş mənaya malik olur.[5][2]
Hazırda biblioqrafiya - cəmiyyətdə biblioqrafik informasiyanın fəaliyyət göstərməsini təmin edən müxtəlif fəaliyyət (təcrübi, elmi-tədqiqat, tədris, idarəetmə) növləri sistemidir.[2][5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Arxivlənmiş surət" (PDF). 2018-10-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-20.
- ↑ 1 2 3 4 5 Əliyev Z.H. Ümumi biblioqrafiyaşünaslıq: Dərs vəsaiti. Bakı: Bakı Universiteti nəşriyyatı, 2001, 145 s.
- ↑ Otlet, P. (1903). Les sciences bibliographiques et la documentation. Bruxelles, Institut international de bibliographie.
- ↑ Otlet, P. (1903). "The science of bibliography and documentation". In Rayward, W.B. (trans. and ed.), (1990), International organisation and dissemination of knowledge: Selected essays of Paul Otlet. FID, Amsterdam: Elsevier.
- ↑ 1 2 3 4 Коршунов О.П. Библиографоведение. Общий курс. Основы теории библиографии: Учебник. М.: МГУ культуры и искусств, 2000, 106 с.