Biofizika — Vikipediya

Biofizika
Elm sahəsi → öyrənir
Yarımbölmə → öyrənir

Biofizika (q.yun. βiοshəyat, q.yun. φύσιςtəbiət) və ya bioloji fizikafizika elminin metod və yanaşmalarını istifadə edərək canlıları öyrənən elm. Canlı təbiəti bütün aspektlərdə, molekulhüceyrədən başlayaraq biosferədək bütün təbəqələrdə öyrənir. Bioloji sistemlərin müxtəlif səviyyələrində gedən fiziki proseslər haqqında və bioloji obyektlərə təsir edən müxtəlif fiziki faktorlar haqqında elmdir. Biofizika canlılarda olan fiziki mexanizmlərlə bioloji xüsusiyyətlər arasında olan əlaqəni də öyrənir.

Biofizika təbiət elmləri arası bir elmdir və onun tədqiqi üçün fizika, biologiya, kimyatibb sahəsində biliklər tələb edilir.

Biofizikanın sahələri

[redaktə | vikimətni redaktə et]

UNESCO-nun nomenklaturasına görə biofizika biologiyanın 2406 kodu altında bir sahəsidir.[1]. UNESCO-nun nomenklaturasına görə biofizikanın aşağıdakı sahələri vardır :[1]:

Bu təsnifat yeni tədqiqatların çətinliksiz yeni formatda verilməsi üçün tərtib edilmişdir.

Biofizika ümumi kursunun tədris təsnifatı

[redaktə | vikimətni redaktə et]

Biofizika ümumi kursunun səmərəli tədrisi üçün aşağıdakı təsnifat da təklif edilmişdir :[2]:

  • Nəzəri biofizika:
    • mürəkkəb sistemlərin biofizikası:
      • bioloji proseslərin kinetikası;
      • bioloji proseslərin termodinamikası: canlı strukturlarda enerjinin çevrilməsi;
    • molekulyar biofizika: biopolimerlərin və molekulyar sistemlər üstünün təşkilinin və fəaliyyət göstərməsinin fiziki və struktur təşkili;
    • hüceyrə proseslərinin biofizikası:
      • membran proseslərinin biofizikası: bioloji membranların və onların hissələrin xüsusiyyətləri;
      • fətəbioloji proseslərin biofizikası: xarici işıq mənbələrinin canlı orqanizmlərə təsiri;
      • radiasiya biofizikası: ionlaşmış şüalanmanın təsiri;
    • riyazi biofizika.
  • Tətbiqi biofizika:
    • bioinformatika: biofizikanın bir sahəsi olmasa da, onunla sıx bağlıdır;
    • biometriya;
    • biomexanika: bioloji sistemlərin dayaq-hərəkət aparatının funksiya və strukturu və fiziki hərəkəti;
    • təkamül proseslərinin biofizikası və fərdi inkişafı;
    • tibbi biofizika;
    • ekoloji biofizika.

Müasir tədqiqt istiqamətləri

[redaktə | vikimətni redaktə et]

Mürəkkəb sistemlərin biofizikası və molekulyar biofizika bu elmin əsas inkişaf istiqamətləri sayılır.

Həmçinin aşağıdakı məsələlər də biofizikanın perspektiv istiqamətlərindən sayılır: fiziki və biokimya reaksiyalarının gedişinə kosmogeofiziki faktorların təsiri; fotobioloji faktorlar; riyazi modelləşdirmə; nanobiologiya və s.

Tətbiq sahələri

[redaktə | vikimətni redaktə et]

Bioloji obyektlər mürəkkəb olduğundan ona təsir faktorları həddən çoxdur. Fizika bu obyektlərin sadələşdirilmiş modellərini yaratmağa kömək edir. Fiziki və bioloji məlumatları birləşdirməklə bioloji obyektlərdə gedən prosesləri dərindən başa düşmək olar.

Fizikada bir sıra metodları olduğu formada biologiyada tətbiq edilə bilməz. Biofizikanın vəzifələrindən biri bu metodları biologiyanın istifadəsinə uyğunlaşdırmaqdır.

  1. 1 2 Proposed international standard nomenclature for fields of science and technolocy Arxivləşdirilib 2016-02-15 at the Wayback Machine.
  2. По материалам: Рубин А. Б. Биофизика Arxivləşdirilib 2008-02-10 at the Wayback Machine (учебник) в 2-х т.т. — М., 2002. C. 6.