Bioloji növ — Vikipediya
Bioloji növ (lat. species) — oxşar canlıların və predmetlərin adlandırılmasında, bunların təsnifatında istifadə olunan kateqoriya.
Xarakteristika
[redaktə | vikimətni redaktə et]Bioloji növ XVII əsrin sonunda öyrənilməyə başlanılmışdır. Bu dövr bioloji növün ilk təsvirini vermiş Con Reyin (1686) tədqiqatlarını və müxtəlif konsepsiyaları əhatə edən bir neçə mərhələdən ibarətdir. Bioloji növün adı latınca iki sözdən ibarət olduğundan o binominal (binar) sayılır. Bu sözlər növün aid olduğu, cinsin adından və bioloji növə verilmiş addan ibarətdir. Məsələn, Anas platyrhyncha bir növ yaşılbaş ördəyin adını ifadə edir.
Hər bir bioloji növün fərdləri bir-birinə reaksiya verən və biri digərini çoxalma məqsədi ilə axtarıb tapan reproduktiv birlik əmələ gətirir. Bioloji növ ekoloji vahid kimi həmin mühitdə yaşayan başqa növlərlə qarşılıqlı əlaqədə olur və onlara qarşılıqlı təsir göstərir.
Nəhayət, bioloji növ genetik vahid olub geniş ümumi genofonda malikdir. Halbuki, fərd, yalnız az bir vaxt ərzində genofondun cüzi bir hissəsini özündə daşıyır. Bir növ digərindən kəskin əlamətlərlə (xiatusla) ayrılır, bir növün səciyyəvi əlamətləri başqa növə tədricən keçə bilməz. Bu status təbii şəraitdə müxtəlif növlərin fərdlərinin bir-birilə cütləşə bilməsi ilə əlaqədardır.
Hər bir bioloji növün bütövlüyünü və onu əhatə edən başqa növlər arasında onun müstəqilliyini, əsas etibarilə reproduktiv (genetik) izolyasiya saxlayır.
Taksomaniya ranqları |
Aləmüstü (domen) — Aləm — Yarımaləm — Tipüstü/Şöbəüstü — Tip/Şöbə — Yarımtip/Yarımşöbə — Sinifüstü — Sinif — Yarımsinif — İnfrasinif — Dəstəüstü/Sıraüstü — Dəstə/Sıra — Yarımdəstə/Yarımsıra — İnfradəstə — Fəsiləüstü — Fəsilə — Yarımfəsilə — Tribaüstü — Triba (biologiya) — Yarımtriba — Cins — Yarımcins — Seksiyaüstü — Seksiya — Yarımseksiya — Cərgə — Yarımcərgə — Növ — Yarımnöv — Varitet/Müxtəliflik — Yarım müxtəliflik — Forma — Yarımforma |
Taksonomiya — Binominal nomenklatura |