S/S | Şəhid | Rütbəsi | SQ | Qısa tərcümeyi-halı |
1. | Cabbarov Fazil Yusif oğlu | əsgər | | 1969-cu ildə Kəlbəcərdə anadan olmuşdur. 1992-ci ildə könüllü olaraq Kəlbəcər batalyonunda xidmətə başlamış və özünü bacarıqlı kəşfiyyatçı kimi göstərmişdir. 1992-ci ilin may ayının 29-da Laçının Piçənis kəndində ermənilərlə döyüşdə igidlik göstərmiş və həlak olmuşdur. |
2. | Cavadov Elman Xurşud oğlu | polis | | 1973-cü il Sumqayıt şəhərində dünyaya gəlib.[1] 19 iyun 1992-ci ildə Ağdərə rayonunun Aterk kəndində həlak olmuşdur. Şəhidlər Xiyabanında dəfn olunmuşdur. 19 noyabr 1992-ci il tarixli müvafiq Fərman ilə "Azərbaycan Respublikasının Fəxri fərmanı" ilə (ölümündən sonra) təltif edilmişdir.[2] |
3. | Cəfərov Bəxtiyar Rafiq oğlu | əsgər | | 1966-cı il Yevlax rayonunun Xaldan kəndində anadan olub. 1993-cü il 18 yanvarda Ağdərə rayonunda şəhid olmuşdur.[3] Xaldan qəsəbəsində dəfn olunmuşdur.[4] |
4. | Cəfərov Bəxtiyar Yaqub oğlu | polis | | 1973-cü ildə Xırdalan şəhərində anadan olmuşdur. 19.6.1992-ci ildə Ağdərə rayonunda həlak olmuşdur. Azərbaycan Prezidentinin 19 noyabr 1992-ci il tarixli fərmanı ilə "Azərbaycan Respublikasının Fəxri fərmanı" ilə (ölümündən sonra) təltif edilmişdir.[5] Adı əbədiləşdirilərək oxuduğu 3 saylı Xırdalan şəhər orta məktəbinə onun adı verilmişdir. |
5. | Cəfərov Məsim Cəfər oğlu | əsgər | | 25 may 1955-ci ildə Göygöl rayonunun Pənahlılar kəndində anadan olmuşdur. O, 1992-ci ildə könüllü olaraq Göygöl rayonunun Dozular batalyonuna yollanmış və 815 saylı hərbi hissənin tərkibində döyüşmüşdür. 4 iyul 1992-ci ildə Ağdərə uğrunda gedən qızğın döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur. Pənahlılar kənd orta məktəbi Məsim Cəfərovun adını dayışır.[6] |
6. | Cəfərov Rafail Baba oğlu | əsgər | | 1956-cı ildə Bakı şəhərində dünyaya gəlib. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsi Hacı Zeynalabdin Tağıyev adına 123 saylı tam orta məktəbini bitirib. 1994-cü ildə Ağdamda şəhid olmuşdur.[7][8] Mərdəkan bələdiyyəsi Cəfərov Rafail Baba oğlu adını daşıyan küçəyə 2018-ci ilə şəhidimizin xatirə lövhələri hazırlananaraq, onların yaşadıqları küçənin başlanğıcına vurulmuşdur[9] |