Birləşmək azadlığı — Vikipediya

Birləşmək azadlığı — insanın birləşmələrə qovuşmaq və ya tərk etmək azadlığı və birləşmələrin öz üzvlərinin marağlarına əsasən birgə hərəkət azadlığı və birləşmələrin müəyyən kriteriyalara əsasən üzvləri qəbul etmək ya etməmək azadlığı. Birləşmə azadlığı insanların ən əsas hüquqlardan biridir. Hər bir fərdin təşkilatlanmaqda, formal olaraq və ya qeyri-rəsmi olaraq qruplar qurmaqda və sərbəst iştirak etməkdə sərbəst olmasını təmin edir[1].


Ümumdünya insan hüquqları bəyannaməsinin 20-ci maddədə, Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddədə və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 22-ci maddədə əks olunur.

  1. "Freedom of association" (ingilis). humanrightshouse.org. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-13.