Bismark arxipelaqı — Vikipediya

Bismark arxipelaqı
ing. Bismarck Archipelago
Ümumi məlumatlar
Ümumi sahəsi 49.700 km²
Hündür nöqtəsi 2.300 m
Əhalisi 218.000 nəfər (1966-cı il)
Yerləşməsi
5°00′ c. e. 150°06′ ş. u.HGYO
Ölkə  Papua-Yeni Qvineya
Akvatoriya
Bismark arxipelaqı xəritədə
Bismark arxipelaqı
Bismark arxipelaqı
Bismark arxipelaqı xəritədə
Bismark arxipelaqı
Bismark arxipelaqı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bismark arxipelaqı (Əvvəllər Yeni Britaniya) — Melaneziya və Sakit okeanda Yeni Qvineyadan şimal-şərqdə yerləşən adalar qrupu.

1616-cı ildə hollandlar V.Sxauten və Y.Lemer tərəfindən kəşf olunmuşdur. 1884-cü ildən Almaniyanın koloniyası olmuş və Bismarkın adı ilə adlandırılmışdır.

Papua-Yeni Qvineya dövlətinin bir hissəsidir. İki böyük adadan - Yeni BritaniyaYeni İrlandiya və bir neçə digər adadan ibarətdir.

Sahəsi 49,700 min km²-ə yaxındır. Əhalisi ümumi sayı 218000 nəfər (1966) olan melaneziylər və papuaslardır. Böyük adalarda hündür dağları var. Kiçik adaları vulkan və mərcan mənşəlidir.

Arxipelaqın ərazisində kokos palması, banan, şəkər qamışı, tütün, pambıq becərilir.

Balıqçılıq və mirvari çıxarma əhalinin əsas məşğuliyyətlərindəndir.