BlackRock — Vikipediya

BlackRock
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi ictimai şirkət
Sənaye Aktivlərin idarə edilməsi[1]
Məhsulları Aktivlərin idarə edilməsi, risk idarəsi, İndeks fondları[d]
Təsis tarixi 1988[2]
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 39.350.000.000 $ (2023)[3]
Ümumi aktivlər
  • 123.200.000.000 $ (2023)[3]
Ümumi gəliri
  • 17.860.000.000 $ (2023)[3]
Xalis mənfəəti
  • 5.502.000.000 $ (2023)[3]
Əməliyyat mənfəəti
  • 6.275.000.000 $ (2023)[3]
Struktur
İşçi sayı
  • 19.800 nəf. (2023)
blackrock.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BlackRock Inc — baş ofisi Nyu-York şəhərində yerləşən ABŞ-ın qlobal investisiyaların idarəedilməsi şirkətidir. 1988-ci ildə ilkin olaraq risklərin idarə edilməsi və sabit gəlirli institusional aktivlərin idarə olunması şirkəti kimi yaradılmış olan BlackRock şirkəti 10 trilyon dollara çatan idarə olunan aktivləri ilə 2023-cü ildə dünyanın ən böyük aktivlərin idarə olunması şirkətidir.[4] BlackRock şirkəti 30 ölkədəki 70 ofisi və 100 ölkədəki müştəriləri ilə qlobal miqyasda fəaliyyət göstərir. Gücünə və maliyyə aktivlərinin və fəaliyyətlərinin ölçüsünə və əhatə dairəsinə görə BlackRock şirkəti dünyanın ən böyük kölgə bankı adlandırılmışdır.[5] 2023-cü ildən etibarən şirkətin baş icraçı direktoru həm də şirkətin təsisçi tərəfdaşlarından biri olan Larri Finkdir.[6]

Səhmləri, böyük kapital qrupları PNC Financial Services və Merrill Lynch şirkətlərinin də 80% səhmlərinin olduğu Nyu-York Fond Birjasında (ing. New York Stock Exchange; abr: NYSE) qeydiyyatdan keçmişdir.

  1. https://www.infobae.com/economia/2021/01/19/analizan-cambios-en-la-cupula-de-ypf/.
  2. http://www.blackrock.com/corporate/en-us/about-us/blackrock-history.
  3. 1 2 3 4 5 https://www.sec.gov/ix?doc=/Archives/edgar/data/1364742/000095017024019271/blk-20231231.htm.
  4. "BlackRock 10 trilyon dolar ile rekor varlığa ulaştı". BloombergHT (türk). 14 yanvar 2022. 4 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2022.
  5. Baun, Miriam. "Dünyanın en büyüğü: Blackrock – DW – 17.08.2015". dw.com (türk). 17 avqust 2015. 27 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2022.
  6. Oksijen, Gazete. "10 trilyon dolarlık adam: Larry Fink Wall Street'in zirvesine nasıl çıktı". Gazete Oksijen (türk). 29 noyabr 2021. 9 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2022.