Bratsk — Vikipediya

Şəhər
Bratsk
Братск
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
56°09′00″ şm. e. 101°37′48″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1955
Sahəsi
  • 428 km²
Mərkəzin hündürlüyü 450 m, 443 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 224.071 nəf. (2021)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 3953
Poçt indeksi 665700–665732
Digər
bratsk-city.ru
Xəritəni göstər/gizlə
Bratsk xəritədə
Bratsk
Bratsk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bratsk (rus. Братск) — Rusiya Federasiyasında yerləşən şəhər İrkutsk vilayətinin tərkibinə daxildir

Buryad - ərazisi möhtəşəm Hun imperiyası hüdudlarına daxil olan qədim diyar müasir İrkutsk vilayətində şəhər. XVII əsrin əvvəllərindən başlayaraq bura ilk rus, kazak bölükləri ayaq basır. 1629-cu ildə Yenisey Voevodası Yakov Xripunov 30 gəmi ilə Anqara ilə gedib Oka çayının ağzına yetişdi. Qızıl Yarı (sonralar rus qalası Krosnayarski) istila edib möhkəmləndirən Xripunovun iştahı böyük idi. O burada Oka buryadlarından görünməmiş həyasızlıqla elə yasaq tələb etdi ki, özlüyündə xeyirxah, səmimi adamlar olan buryadların səbri tükənir. Onlar bu çağırılmamış qonaqlara silahlı müqavimət göstərirlər. Lakin ataman Perfilyev ehtiyatlı hərəkət edir; 1631-ci ildə sakitcə gəlib Anqaranın sol sahilində ağacdan möhkəm qalaça tikdirir. Tezliklə buryadlar bir "gecəqondu" kimi gizlincə və qısa zamanda əlüstü tikilən rus qalasını görüb həyəcana gəldilər. Oka boyu xanları silahlı hücuma keçib rus bölüklərini darmadağın edib qalanı da yandırdılar. Get-gedə Anqara və Oka çaylarının sahiillərini ələ keçirən ataman Firsovun başçılığı altında rus və kazak birlikləri 1654-cü ildə Anqara və Okanın sol sahilindəki qədim buryad, daha doğrusu, Buryaday kəndində hərbi qala tikdilər; bu qala rusca Bratsk adlanmağa başladı. 1. Qala Anqara boyu azad, çölçü xalqın əl-ayağını çar hökumətinin tətbiq etdiyi ağır vergilərlə-əmtəə ilə ödəniləcək məhsuldan ibarət töyücü ilə bağlamaq məqsədilə salınmışdı. Burada yerli xalqlardan Buryad , Oyrot və tatarlardan "yasak" qəbul edilən məntəqə təşkil edilmişdi. 1675-ci ilin yayında Çinə gedən rus diplomatı Nikolay Spafari Bratskda (Buryadda) 20 yaşayış evi və provoslav kilsəsi olduğunu yazır 2. Çar hökuməti dövlətin ən təhlükəli düşməni saydığı məhbusunu bura katorqaya göndərirdi. 1658-ci ildə Balaqan çölündə Buryadların rus müstəmləkə zülmünə qarşı üsyanı başladı. Lakin çox keçmir ki Sibirin istilası geniş irimiqyaslı tədbirlərlə gerçəkləşir. Buryadın istilasından az sonra 1661-ci il iyulun 6 –da "İrkut çayı üstündə, Uşak çayının ağzında qala tikirəm" deyə rus qulluq adamı olan Poxabov Yenisey voevodasına məlumat verirdi. Yeni gələn ruslar şəhəri yanliş olaraq Bratsk adlandırmaqda idilər. "Lakin o zaman qardaşlıq haqqında heç kim, o cümlədən ruslar da düşünmürdülər deyə" Lev Uspenski bu barədə istehza ilə yazırdı. 3. İndi bu şəhər güclü Bratsk hidroelektrik stansiyası ilə (1961) məşhurdur.

  • Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009