Brayan Kobilka — Vikipediya

Brayan Kobilka
ing. Brian Kobilka
Doğum tarixi 30 may 1955(1955-05-30)[1][2] (69 yaş)
Doğum yeri
Elm sahəsi kristalloqrafiya
İş yerləri
Təhsili
Elmi rəhbəri Robert Lefkoviç
Üzvlüyü
Mükafatları Kimya üzrə "Nobel" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Brayan Kobilka – (30 may 1955[1][2], Litl-Fols (şəhər, Minnesota), Minnesota) amerikalı kristalloqraf, “G zülalı ilə əlaqəli reseptorlar üzərində apardığı tədqiqatlara görə” 2012-ci il Kimya üzrə Nobel Mükafatı laureatı (Robert Lefkoviç ilə bərabər),[4] ABŞ Milli Elmlər Akademiyasının üzvü (2011-ci ildən),[5] tibb elmləri doktoru, Stenford Universitetinin professorudur.[6]

Brayan Kobilka 30 may 1955-ci ildə Little Falls şəhərində anadan olmuşdur. O, Minnesota ştatının Dulut Universitetini bitirmiş və orada bakalavr dərəcəsi almışdır. Daha sonra Yel Universitetinin Tibb Fakültəsini yüksək göstəricilərlə oxuyaraq fərqlənmə diplomu ilə başa vurmuşdur. Sent-Luisdəki Vaşinqton Universitetinin Tibb Fakültəsində rezidenturanı bitirdikdən sonra Dyuk Universitetində Robert Lefkoviçin rəhbərliyi altında tədqiqatçı kimi işə başlamışdır. Orada β2-adrenergik reseptorların klonlaşdırılmasını həyata keçirmişdir. 1989-cu ildə Stenford Universitetiə köçmüşdür.[7] 1987-2003-cü illər arasında Hovard Hughes Tibb İnstitutunda elmi işçisi kimi işləmişdir.[8]

Brayan Kobilka, G zülalı ilə əlaqəli reseptorların strukturu və funksionallığı ilə bağlı aparmış olduğu tədqiqatları ilə məşhurlaşmışdır. Xüsusilə, B.Kobilka qrupu β2-adrenergik reseptorların molekulyar strukturunu təyin edə bilmişdir.[9][10][11][12] 2012-ci ildə Robert Lefkoviç ilə bərabər “G zülalı ilə əlaqəli reseptorlar üzərində apardığı tədqiqatlara görə” Kimya üzrə Nobel Mükafatı laureatı adına layiq görülmüşdür.

2016-cı ildə o, Qrinpis, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini genetik cəhətdən dəyişdirilmiş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran bir məktub imzalamışdır.[13][14][15]

Ailəsi haqqında

[redaktə | vikimətni redaktə et]

Babası Feliks Kobilka (1893–1991) və atası Franklin Kobilka (1921–2004) Litle Falsda anadan olmuş və çörək sexində işləmişdirlər.[16][17][18] Onun nənəsi İzabella Syuzan Kobilka (qızlıq soyadı Bear, 1891–1980), 1888-ci ildən Little Fallsdakı tarixi Kiewel Pivə zavodunu idarə edən Prussiya Ayısı və Kivel ailələrinin nəslindən idi.[19] K.Brayanın anası 1930-cu il təvəllüdlü Betti Kobilka idi.

O, həyat yoldaşı Tun Sun Tyian ilə Dulut Universitetində tanış olmuşdur. Onların bu evlilikdən iki övladı dünyaya gəlmişdir.[20]

  • 1994-cü ildə Kobilka Farmakologiya üzrə Con Abel Mükafatını almışdır.[21]
  • 2007-ci ildə “Science” jurnalı onun GPCR reseptorlarının strukturu ilə bağlı tədqiqatını ilin ikinci ən mühüm elmi sıçrayışı adlandırmışdır.[22]
  • 2010-cu ildə Farmakologiya Krebs Mühazirəsi, Vaşinqton Universiteti
  • 2013-cü ildə Earl və Thressa Stadtman Görkəmli Alim Mükafatı
  • 2015-ci ildə Villanova Universitetinin Mendel medalı[23]
  1. 1 2 Rogers K. Brian K. Kobilka // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Brian K. Kobilka // Munzinger Personen (alm.).
  3. 1 2 ORCID Public Data File 2020. 2020. doi:10.23640/07243.13066970.V1
  4. The Nobel Prize in Chemistry 2012 (англ.). Nobel Media. Дата обращения: 10 октября 2012. Архивировано 16 октября 2012 года.
  5. Brian K. Kobilka Архивная копия от 19 декабря 2018 на Wayback Machine  (англ.)
  6. ORCID Public Data File 2020 — 2020. — doi:10.23640/07243.13066970.V1
  7. The state of GPCR research in 2004 : Nature Reviews Drug Discovery. Дата обращения: 16 октября 2008. Архивировано 13 декабря 2012 года.
  8. Brian K. Kobilka, M.D. HHMI. Дата обращения: 24 августа 2012. Архивировано 13 декабря 2012 года.
  9. Forbes: Cell Insights Could Bring Better Drugs. Дата обращения: 16 октября 2008. (недоступная ссылка)
  10. Rasmussen S. G., Choi H. J., Rosenbaum D. M., Kobilka T. S., Thian F. S., Edwards P. C., Burghammer M., Ratnala V. R., Sanishvili R., Fischetti R. F., Schertler G. F., Weis W. I., Kobilka B. K. Crystal structure of the human β2-adrenergic G-protein-coupled receptor (англ.) // Nature : journal. — 2007. — Vol. 450, no. 7168. — P. 383—387. — doi:10.1038/nature06325. — PMID 17952055.
  11. Cherezov V., Rosenbaum D. M., Hanson M. A., Rasmussen S. G., Thian F. S., Kobilka T. S., Choi H. J., Kuhn P., Weis W. I., Kobilka B. K., Stevens R. C. High Resolution Crystal Structure of an Engineered Human β2-Adrenergic G protein-Coupled Receptor (англ.) // Science : journal. — 2007. — Vol. 318, no. 5854. — P. 1258—1265. — doi:10.1126/science.1150577. — PMID 17962520. — PMC 2583103.
  12. Rosenbaum D. M., Cherezov V., Hanson M. A., Rasmussen S. G., Thian F. S., Kobilka T. S., Choi H. J., Yao X. J., Weis W. I., Stevens R. C., Kobilka B. K. GPCR engineering yields high-resolution structural insights into β2-adrenergic receptor function (англ.) // Science : journal. — 2007. — Vol. 318, no. 5854. — P. 1266—1273. — doi:10.1126/science.1150609. — PMID 17962519.
  13. 107 Nobel laureates sign letter blasting Greenpeace over GMOs. Дата обращения: 30 июня 2016. Архивировано 29 июня 2016 года.
  14. Laureates Letter Supporting Precision Agriculture (GMOs). Дата обращения: 30 июня 2016. Архивировано 7 июля 2016 года.
  15. Список нобелевских лауреатов подписавших письмо. Дата обращения: 30 июня 2016. Архивировано 2 сентября 2017 года.
  16. Franklyn A. Kobilka, 83. Дата обращения: 10 октября 2012. Архивировано из оригинала 9 декабря 2012 года.
  17. Nobel winner a UMD grad who grew up in Little Falls. Дата обращения: 10 октября 2012. Архивировано 16 октября 2012 года.
  18. Social Security Death Index. Дата обращения: 10 октября 2012. Архивировано из оригинала 6 декабря 2012 года.
  19. The Kiewel Brewery. Дата обращения: 10 октября 2012. Архивировано 23 ноября 2010 года.
  20. Buchen, Lizzie. Cell signalling: It's all about the structure (англ.) // Nature. — 2011. — 24 August (vol. 476, no. 7361). — P. 387—390. — doi:10.1038/476387a.
  21. ASPET J.J. Abel Award. Дата обращения: 16 октября 2008. Архивировано 13 декабря 2012 года.
  22. Kobilka's work recognized in magazine award. Дата обращения: 16 октября 2008. Архивировано 13 декабря 2012 года.
  23. "Arxivlənmiş surət". 2024-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-07.