Breyn-rinq — Vikipediya
Breyn rinq | |
---|---|
rus. Брэйн ринг | |
Janr | İntellektual teleoyun |
Müəllif | Vladimir Voroşilov |
Aparıcı | Vladimir Voroşilov Andrey Kozlov Leonid Kuprido Oles Buzina, Yuri Veliki DJ Fateh |
İstehsalçı ölkə | Rusiya Belarus Ukrayna Azərbaycan |
Dil | Rus dili (, , ) Azərbaycan dili () |
İlk buraxılış | 18 may 1990 |
Sonuncu buraxılış | 28 dekabr 2013 |
İstehsal | |
Prodüser | Andrey Kozlov, Natalya Stetsenko () GameTV.az () |
Çəkiliş yeri | Moskva, Rusiya Minsk, Belarus Kiyev, Ukrayna Bakı Kristal Zalı, Bakı, Azərbaycan |
Müddəti | 60 dəq. |
Veriliş | |
Kanal | Mərkəzi Televiziyanın 1-ci proqramı, Pervıy Kanal Ostankino, ORT, TV Sentr, STS, Zvezda, NTV, ONT, İnter, K1, AzTV, İTV |
Translyasiya dövrü | 18 may 1990 18 sentyabr 2010 14 oktyabr 2006 12 mart 2011 7 aprel 2013 16 sentyabr 2018 |
TvIgra.ru GameTV.az |
Breyn rinq (ing. Brain ring — "beyin rinqi") — İlk dəfə 18 may 1990-cı ildə SSRİ Mərkəzi Televiziyasının 1-ci proqramında efirə getmiş intellektual teleoyun. 7 aprel 2013-cü ildən 24 iyun 2018-ci ilədək lisenziya əsasında Azərbaycan Televiziyasında yayımlandı. 16 sentyabr 2018-ci ildən etibarən lisenziya əsasında İctimai Televiziyada yayımlanır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Hələ 1980-ci ildə Vladimir Voroşilov "Breyn Rinq" in televiziya formatında həyata keçirtməyi reallaşdırmaq istəsə də, yalnız 10 il sonra buna nail ola bilmişdir. Versiyaların birinə görə, 1987-ci ildə Dnepropetrovskdə Nə? Harada? Nə Zaman? üzrə birinci beynəlxalq turnirdən sonra Boris Borodin, Oksana Bolozanova, Marina Beloçerkovskaya və Aleksandr Rubin oyunun adının müəllifləri hesab olunur. Onlar 1988-ci ildə oyunun ilk qaydalarının əsasını qoymuşdur. 1990-cı ildə SSRİ Dövlət Teleradio Komitəsinin Mərkəzi Televiziyasında efirə çıxan ilk verilişin aparıcısı Vladimir Voroşilov olmuşdur. Sonrakı dövrlərdə isə bu vəzifəni Andrey Kozlov tutmuşdur.
Qaydaları
[redaktə | mənbəni redaktə et]Oyunun hər buraxılışı bir neçə döyüşdən ibarətdir. Döyüş — iki komandadan biri müəyyən edilmiş xalı yığana kimi qarşılaşmanın davam etməsidir. Hər döyüşdə 2 komanda və hər komandada 6 oyunçu yer alır: Bir komanda qırmızı, digəri isə yaşıl masada əyləşir. Sıra nömrəsinə görə beşinci və altıncı yerlər arasında cavab vermək üçün xüsusi düymə yerləşir.
Hər döyüşün ilk sualı bir xaldır. Aparıcı sual verdikdən sonra siqnal səsi eşidilir və komandanın müzakirə etməsi üçün vaxt gedir. Düyməyə birinci basmış komandanın cavab vermək hüququna malikdir. Lakin, komanda siqnal səsindən əvvəl düyməyə basarsa, həmin komanda növbəti suala kimi cavab vermək hüququnu itirir və rəqib komandaya 20 saniyə vaxt verilir. Əgər ikinci komanda da suala səhv cavab verərsə, aparıcı ya cavabı səsləndirir ya da növbəti döyüşə saxlayır və digər sualın dəyəri bir xal daha artır. İki suala ardıcıl düzgün cavab verilməzsə, artıq 3 xal dəyərində sual səsləndirilir. Üçüncü sual da cavabsız qalarsa, komandalar oyun meydanın tərk etmək məcburiyyətində qalır. Komandalardan birinin sualı tapdığı təqdirsə isə müvafiq olaraq 3 xal onların hesabına yazılır. Bundan sonra səslənəcək sualın dəyəri bir xal olur. Döyüşü qalib başa vurmaq üçün 5 xal yığmaq tələb olunur. Final qarşılaşması iki döyüşdən ibarət olduğu üçün hər bir döyüşdə 5 xal yığmaq tələb olunur. Əgər hesab bərabər olarsa (1:1) bir həlledici sual səslənir və cavab verən komanda oyunun qalibi olur.
Azərbaycanda
[redaktə | mənbəni redaktə et]Azərbaycanda Breyn-rinqin televiziya versiyası 2013-cü ilin 7 aprelindən 2018-ci ilin 24 iyununadək AzTV-nin sifarişi ilə GameTV.az prodüser mərkəzinin tərəfindən çəkildi. Bugünədək televiziyada 18 mövsüm yayımlanmışdır. Birinci mövsümün qalibi "İçərişəhər", ikinci mövsümün qalibi "Norm Sement", üçüncü mövsümün qalibi isə "Kapital Bank" komandası olmuşdur. Dördüncü mövsümdə ilk dəfə yeniyetmələrin yarışı keçirildi və "Dəyanət liseyi" komandası qalib gəldi.
Bundan əlavə, 2014-cü ilin 25–30 mart tarixlərində Azərbaycan Respublikası Prezidentinin Kuboku uğrunda turnir təşkil edilmişdir. Turnirdə Azərbaycan, Ukrayna, Belarus, Almaniya, Gürcüstan, İsrail, Qazaxıstan, Latviya, Rusiya, ABŞ, Özbəkistanın yığma komandaları və 2013-cü il breyn rinq üzrə Azərbaycan çempionu "İçərişəhər" klubu iştirak etmişdir.[1]
2018-ci il 16 sentyabrdan etibarən İTV-də ikinci dəfə yayımlanır.
Mövsüm | Veriliş sayı | Efir tarixi | Pleylist |
---|---|---|---|
Birinci | 14 | 7 aprel — 7 iyul 2013 | I mövsüm |
İkinci | 16 | 1 sentyabr — 15 dekabr 2013 | II mövsüm |
Üçüncü | 15 | 6 aprel — 13 iyul 2014 | III mövsüm |
Dördüncü | 16 | 7 sentyabr — 14 dekabr 2014 | IV mövsüm |
Beşinci | 17 | 5 aprel — 2 avqust 2015 | V mövsüm |
Altıncı | 15 | 6 sentyabr — 13 dekabr 2015 | VI mövsüm |
Yeddinci | 15 | 10 aprel — 17 iyul 2016 | VII mövsüm |
Səkkizinci | 15 | 11 sentyabr — 18 dekabr 2016 | VIII mövsüm |
Doqquzuncu | 16 | 16 aprel — 13 avqust 2017 | IX mövsüm |
Onuncu | 16 | 10 sentyabr — 24 dekabr 2017 | X mövsüm |
On birinci | 16 | 11 mart — 24 iyun 2018 | XI mövsüm |
On ikinci | 16 | 16 sentyabr — 30 dekabr 2018 | XII mövsüm |
On üçüncü | 16 | 10 mart — 30 iyun 2019 | XIII mövsüm |
On dördüncü | 16 | 22 sentyabr 2019 — 5 yanvar 2020 | XIV mövsüm |
On beşinci | 16 | 23 fevral — 7 iyun 2020 | XV mövsüm |
On altıncı | 16 | 25 sentyabr 2020 — 12 fevral 2021 | XVI mövsüm |
On yeddinci | 15 | 19 fevral — 18 iyun 2021 | XVII mövsüm |
On səkkizinci | 16 | 1 oktyabr 2021 — 21 yanvar 2022 | XVIII mövsüm |
On doqquzuncu | 16 | 18 mart 2022 — 8 iyul 2022 | XIX mövsüm |
İyirminci mövsüm | 17 | 9 oktyabr 2022 — 19 mart 2023 | XX mövsüm |
İyirmi birinci mövsüm | 16 | 26 mart 2023 — 23 iyul 2023 | XXI mövsüm |
İyirmi ikinci mövsüm | 16 | 8 oktyabr 2023 — 28 yanvar 2024 | XXII mövsüm |
Çempionatı | Veriliş sayı | Efir tarixi | Pleylist |
---|---|---|---|
Məktəblilər arasında Birinci | |||
Məktəblilər arasında İkinci | |||
Məktəblilər arasında Üçüncü | |||
Məktəblilər arasında Dördüncü | 4 | 15 noyabr — 18 noyabr 2017 | Məktəblilər — 2017 |
Məktəblilər arasında Beşinci | 4 | 16 noyabr — 20 noyabr 2018 | Məktəblilər — 2018 |
Məktəblilər arasında Altıncı | 4 | 20 sentyabr — 11 oktyabr 2019 | Məktəblilər — 2019 |
Azərbaycan Prezidentinin Kuboku Birinci | 6 | 25 mart — 30 mart 2014 | |
Azərbaycan Prezidentinin Kuboku İkinci | 6 | 24 mart — 29 mart 2015 | |
Azərbaycan Prezidentinin Kuboku Üçüncü | 6 | 19 dekabr — 25 dekabr 2016 | |
Azərbaycan Prezidentinin Kuboku Dördüncü | 5 | 24 dekabr — 28 dekabr 2018 | ЧМ — 2018 |
Azərbaycan Prezidentinin Kuboku Beşinci | 5 | 12 yanvar — 16 fevral 2020 | ЧМ — 2020 |