Buğda — Vikipediya

Buğda
Elmi təsnifat
Beynəlxalq elmi adı

Buğda (lat. Triticum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.

Kökləri saçaqlı, 14-40 sm arasında uzun saplaqlı bir bitkidir. Buğda ən çox yetişdirilən taxıl olaraq yerini almışdır. Bunun əsas səbəbləri arasında, müxtəlif iqlim şərtlərinə göstərdiyi uyum, qidalandırıcı xüsusiyyəti, xammal olaraq istifadə olunan sahənin genişliyini göstərə bilərik.

Buğdа – əsаs ərzаq bitkisidir. Dünyаdа əkin sаhəsinə görə birinci yеri tutur. Buğdа dənində 80-84% еndоspеrm оlmаsı istеhsаl zаmаnı yüksək sоrtlu un çıхımını аrtırır. Buğdаnın bоtаniki və əmtəə təsnifаtı vаrdır. Cəmi 22 bоtаniki növü yаyılmışdır. Bunlаrdаn ikisi ən gеniş yаyılmışdır: yumşаq və bərk buğdа.

Dünyada əkilib biçilən ilk bitkilərdən olan buğda, eramızdan əvvəl 700-800 -ci illərdə Qərbi Asiyada yetişdirilməyə başlandı. Daha sonra Asiyanın digər regionlarına, Cənubi Avropaya və Şimali Afrikaya yayıldı. Kəşflərdən sonra Avstraliya və Amerika qitələrinə də yayıldı.

Buğda təxminən 70 ölkədə yetişdirilsə də (cəmi 690 milyon ton) onun böyük hissəsi ABŞKanadanın prerilərində, Argentinanın pampalarında, Rusiyanın steplərində və Avstraliyanın, Qazaxıstanın, Ukraynanın çöllərində yığılır. Buradakı ixtisaslaşdırılmış buğda təsərrüfatları dünyanın taxıl mənbəyi sayılır. Buğda istehsalına görə Çin birinci yerdə durur. İntensiv buğda istehsalına malik Avropa ölkələrinin əksəriyyətində onun məhsuldarlığı 50-60 sentner, Şimali Amerikada 25-30, İnkişaf Etməkdə Olan Ölkələrin əksəriyyətində primitiv aqrotexnikadan istifadə olunması nəticəsində cəmi 14-16 sentnerdir. Dünyada ən iri buğda ixracatçıları ABŞ, Kanada, Avstraliya, Fransa və Argentinadır. Buğdanın yarıdan çoxunu Afrika, AsiyaLatın Amerikası ölkələri ərzaq məqsədi ilə idxal edir. Qərbi AvropaYaponiya əsasən yem taxılı idxal edir.

Payızlıq buğdanın inkişaf vegetasiyasının gedişi

[redaktə | vikimətni redaktə et]

Məlum olduğu kimi Azərbaycanda o cümlədən bütün əkin sahələrinin taxıl bitkiləri, əkinləri içərisində ilk yeri daim payızlıq buğda tutmuşdur. Son 100 ildə (1913-2013-cü illər) taxıl bitkilərinin əkin sahəsi orta hesabla 691.5 min ha olmuşdursa, onun 463,1 min ha və ya 67%-i payzılqı buğda olmuşdur.

Son illərdə isə həm taxıl bitkilərinin və həm də payızlıq buğdanın əkin sahələri daha da artmışdır. Belə ki, 2001-2013-cü illərdə taxıl bitkilərinin ümumi sahəsi 889,5 min ha olmuşdur ki, bunun 627 min ha və ya 70%-i payılqız buğda olmuşdur. 2013-cü ildə isə taxıl bitkilərinin ümumi sahəsi 1074,1 min ha olub ki, bunun 689,1 min ha və ya 64%-i payızlıq buğdanın payına düşür.

Əldə olan məlumatların, yəni həm Kənd Təsərrüfatı nazirliyinin, həm də Ekologiya və Təbii Sərvətlər nazilriyinin ekoloji və meteoroloji məlumatlarının təhlili gösyətiti ki, bir-birinə yaxın yerləşən və aqrtitexniki baxımından da eyni səviyyədə xidmət edilən ərazilərdə belə payızlıq buğdanın inkişaf fazalarının başlaması və davamiyyəti bir-birindən 10 günə qədər fərqlənir.  Burada  ayrı-ayrı buğda növlərinin xüsusiyyətləri də nəzrə alınmışdır. Aşağıdkı respublikanın müxtəlif cədvəldə payızlıq buğdanın inkişaf fazalarının başlaması tarixləri göstərilir.

Payızlıq buğdanın inkişaf fazalarının başlanması

Rayon Səpin Cücərmə Boru atma Sünbülləmə Mum yetişmə Tam yetişmə Hündürlük m-lə
Beyləqan 18.X 10.XI 28.III 6.V 10.VI 20.VI 55
Kürdəmir 28.X 18.XI 3.IV 11.V 12.VI 21.VI 2
Cəfərxan 20.X 8.XI 25.IV 5.V 8.VI 14.VI -16
Biləsüvar 7.XI 26.XI 9.IV 9.V 10.VI 19.VI  
Zaqatala 12.IX 23.XI 5.IV 8.V 16.VI 26.VI 487
Şəki 19.X 11. XI 14.IV 14.V 16.VI 24.VI 639
Göyçay 30.X 19.XI 5.IV 7.V 11.VI 20.VI 94
Qəbələ 17.X 30.XI 26.IV 21.V 2.VII 10.VIII 781
Şamaxı 4.X 20.X 10.IV 19.V 26.VI 5.VII 750
Xaçmaz 22.X 13.XI 15.IV 18.V 18.VI 29.VI 27
Quba 10.X 29.X 20.IV 22.V 1.VII 12.VII 550
Qazax 20.X 10.XI 13.IV 13.V 18.VI 24.VI 390
Şəkmir 26.X 12.XI 7.IV 11.V 16.VI 25.VI 404
Səngə 31.X 19.XI 5.IV 7.V 13.VI 23.VI 312
Tər-tər 26.X 16.XI 26.III 6.V 11.VI 20.VI 160
Ağdam 24.X 9.XI 4.IV 8.V 16.VI 26.VI 378
Fizüli 27.X 16.XI 8.IV 11.V 17.VI 26.VI 439
Xankəndi 20.X 5.XI 23.IV 24.V 1.VII 14.VI 827
Şuşa 7.X 20.X 1.V 24.V 11.VII 25.VII 1358
Laçın 7.X 25.X 23.IV 18.V 30.VI 13.VII 1152
Naxçıvan 11.X 4.XI 14.IV 16.V 23.VI 30.VI 875
Göy təpə 23.X 10.XI 21.III 5.V 10.VI 19.VI -2
Cəlilabad 25.X 9.XI 8.IV 5.V 6.VI 16.VII 22
Lənkəran 25.X 8.XI 26.III 8.V 14.VI 24.VI -13
Lerik 3.X 19.XI 22.IV 26.V 4.VII 15.VII 1115 
İmişli 33.X 19.XI 22.IV 26.V 4.VII 15.VII 1115

Payızlıq buğdanın səpilməsi ilə olaraq dağlıq ərazilərdə dəniz səviyyəsindən 1000–1400 m yüksəkliklərdə sentyabrın III ongünlüyününü axırlarında başlanır.  Bundan aşağı hündürlüyə malik olan  ərazilərdə səpin oktyabr ayında həyata keçirilir. Hündürlüyün azalması ilə əlaqədar olaraq səpin prosesi oktyabrın I və II ongünlüyün qədər uzana bilir. Respublika ərazsinin  çox böyük hissəsində payızlıq buğdanın səpini oktyabrın 25-nə qədər yekunlaşır. Bəzən müxtəlif səbəblər üzündən xüsusən düzən ərazilərdə payızlıq buğdanın  səpin kompaniyası uzanır ki, bu da  öz növbəsində cücərəmə  fazasının gecikməsinə səbəb olur. Bunun ən əsas səbəbi isə düzən ərazilərdə rütubət çatışmazlığıdır. Bunun qarşısını almaq üşün bəzi təsərrüfatlarda “zəp-suvar” kimi sınaqdan çıxmış aqrotexniki tədbirdən istifadə edilir. Bu tədbir gələcək yüksək məhsuldarlığın əsasının qoyulmasında xüsusi rol oynayır.

Səpin-cücərmə

[redaktə | vikimətni redaktə et]

Respublika ərazisində bu inkişaf fazası çoxillik məlumatların təhlilinə əsasən 13-27 gün davam edir. Eyni zamanda düzənlik rayonlarda onun davamiyyəri daha çox olur. Belə ki, Kür-Araz ovalığında, Kiçik-Qafqazın dağətəyi hissələrində Böyü Qafqazın şimal-şərq yamacının dağətəyi hissələrində, Naxçıvanın düzən ərazilərində bu fazanın davamiyyəti 20 günə qədər olur. Payız aylarının daha soyuq keçdiyi ayrı-ayrı illərdə səpin cücərmə fazası 30-35 günə qədər davam edə bilir.

Çoxillik məlumatların təhlili göstərir ki, payız ayları daha rütubətli  keçən illərdə, xüsusən səpindən əvvəl və ya səpin dövründə yağıntı düşərsə, cücərmə fazası da müvəffəqiyyətlə gedir və bitki vaxtında cücərir. Beləliklə, payızda səpinin gecikməsinin səbəbini ya həmin dövrdə atmosfer yağıntılarının az düşməsi ya da səp-suvar kimi aqrotexniki tədbirin gecikməsində və ya aparılmasında axtramaq lazımdır.

Respublika ərazisində payızlıq buğdanın kollanma fazası 50-80% hallarda payız fəslində, qəni noyabrda və ya dekabrın əəvllərində başa çatır. Bu inkişaf fazası adətən havanın orta sutkalıq temperaturunun 30C-dən aşağı keçməsinə qədər (bu göstərici, payızlıq buğdanın bioloji minimum temperaturu hesab edilir) başa çatır.

Bəzi soyuq illərdə bu proses  qışda, bəzən isə yazın əvvəllərində başa çatır. İlk kollanma sentyabrın axırı, oktyabrın əvvəllərində təsadüf etməklə, dağlıq ərazilərdə başlayır. Böyük və Kiçik Qafqazın dağətəyi hissələrində bu faza noyabrın III ongünlüyündə Kür-Araz ovalığında isə dekabra təsadüf edir.

Qış sakitliyi dövrü

[redaktə | vikimətni redaktə et]

Qış sakitliyi dövrü payızlıq bitkilər üçün havanın orta sutkalıq temperaturunun payızda 30C-dən aşağı, yazad isə həmin həddən yuxarı keçməsi müddəti qəbul edilir.

Azərbaycan ərazisində, xüsusən düzənlik hissələrdə nisbi qış sakitliyi dövrü müşahidə edilir. Çünki. Qışda belə ayrı-ayrı günlərdə, yəni havnın orta sutkalıq temperaturunun 30C-dən yuxarı olduğu dövrlərdə vegetasiya davam edir. Bəzən isə, hətta bir inkişaf fazası digəri ilə əvəz olunur.

Bu dövr  təqridən 2-3 ay davam edir və ümumi vegetasiya müddətinin 25-40%-ni əhatə edir. Respublikanın cənub-şərqində yerləşən Lənkəran ovalığında isə bu faza çox qısa müddəti əhatə edir, bəzən isə ümumiyyətlə orada qış sakitliyi dövrü heç müşahidə olunmur. Buna görə də respublikanın dağətəyi və alçaq dağlıq hissələrində bu dövrü nisbi qış sakitliyi dövrü adlandırmaq  daha doğru olardı.

Boruatma fazası. Bu inkişaf fazası respublikanın  bütün ərazilərində yazda, daha çox qprel ayında müşahidə eidlir. Burada da şaquli zonallıq özünü büruzə verir. Belə ki, boruatma ilk olaraq düzənlik, sonra dağətəyi,  daha sonra isə orta dağlıq zonada müşahidə edilir. Aran rayonlarında bu faza  martın axırı, aprelin əvvəllərində baş verir. Böyük və Kiçik qafqazın dağətəyi hissələrində  I və II ongünlükləri ərazində payızlıq buğdanın boruatma fazası başa çatır.  Mayın əvvəllərində isə boruatma fazası Böyük və Kiçik Qafqazda, 1200–1400 m yüksəkliklərdə müşahidə edilir.

Sünbülləmə fazası

[redaktə | vikimətni redaktə et]

Payızlıq buğdanın məhsuldarlığında çox mühüm rol  oynana bu inkişaf fazası respublikanın bütün ərazisində may ayında müşahidə olunur və əvvəlki fazada olduğu kimi burada da şaquli zonallıq qanunu tamamilə gözlənilir. Sünbülləmə ilk olaraq 25 apel-5 mayda Kür-Araz ovalığında və dağətəyi maili düzənliklərdə müşahidə olunur.

25 maya qədər bu faza Kiçik Qafqazda və Böyük Qafqazın şimal yamacında 1000–1300 m hündürlüklərdə, şimal-şərq yamacda 700 m yüksəkliklərə qədər ərazilərdə, Talışda 1000  m hündürlüklərdə. Naxçıvanda isə daha yüksək ərazilərdə başa çatır. ən hündür yerlərdə isə sünbülləmə fazası mayın III ongünlüyündə başa çatır.

Bu inkişaf fazası qanunauyğunluğa müvafiq olaraq əvvəlcə Kür-Araz ovalığında başlayır və tədrisən dağətəyi maili düzənliklərə və aşağı və orta dağlıq zonya keçir. Bu ərazilərdə fazanın inkişafı sürətli keçsədə, dağlara doğru onun sürəti azalır. İyul ayında  payızlıq buğda dəniz səviyyəsindən 1200–1500 m yüksəkliklərdə mum yetişmə fazasını başa çatdırır. Daha hündür yerlərdə isə bu faza avqustun ilk günlərində yekunlaşır.

Mum yetişmə fazası başa çatandan təqribən 10-12  gün, bəzən isə 8-10 gün sonra hər yerdə payızlıq buğda tam yetişmə fazasını naşata çatırır və biçin başlanır.

Payızlıq buğdanın  tam vegetasiya dövrü (səpindən yetişməyə qədər) ovalıq-düzənliklərdə və eləcə də dağətəyi hissələrdə 230-250 gün, dağlıq hissələrdə isə 280-300 gün davam edir. 230 günlük izoxətt Şirvan, Cənub-Şərqi Şirvan, Qarabağ, Muğan və Mil düzlərini, həmçinin Abşeronu əhatə edir. Dağlara doğru vegetasiyanın davamiyyəti bir qədər artır. Belə ki, 280 günlük izoxətt 800–1000 m hündürlükləri, 290-300 günlük izoxətt isə 1200–1400 m və daha yüksək əraziləri əhatə edir. Müəyyən edilmişdir ki, dağlıq ərazilərdə hündürlüyün hər 100 m artması ilə vegetasiya dövrünün ümumi davamiyyəti Böyük və Kiçik Qafqazda 5-6 gün, Talışda 5-7 gün, Naxçıvanda 2-4 gün uzanır. Orta dağlıq zonada payızlıq buğdanın ümumi vegetasiya dövrünün uzunluğuna, ərazinin dəniz səviyyəsindən  hündürlüyündən başqa yamacların istiqaməti də böyük təsir gösətərir. Eyni hündürlüyə malik ərazilərdə bu proses ilk olaraq cənub və şərq yamaclarda başa çatır.

Heterotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Bromus Scop.
  • Crithodium Link
  • Deina Alef.
  • Frumentum E.H.L.Krause
  • Gigachilon Seidl ex Á.Löve
  • Nivieria Ser.
  • Spelta Wolf

Azərbaycanın buğda sortları

[redaktə | vikimətni redaktə et]

Sevinc, Arzu, Yaqut, Zoğal buğda, Pirşahin, Gürgənə, Murov, Bolbuğda, Uğur, Qızıl buğda, Ruzi, Qırmızı buğda, Səba, Şərq, Bahar, Mirbəşir128, Məhsuldar, Fərəhim-2012, Zərdabi, Azəri, Birlik, Turan, Arandəni, Qarabağ, Arazbuğdası (Eritrospermum 1335/2), Aran, Xırdabuğda, Bərəkətli-95, Kosabuğda, Əlincə-84, Zərdəbuğda, Mirbəşir-50, Kəlkəntüm, Nurlu-99, Araz, Murov-2, Naxçıvan, Əzəmətli-95, Azərbaycan-1 Qromaçevski AzETƏİ, Qaraqılçıq-2, Azərbaycan Apulikum 82/1, Tale-38, Mingəçevir, Əkinçi-84, AzKTİ-7, Şəki-1, Qafqaz Lukyanenko, Qırmızıgül-1, Ağbuğda, Şiraslan-23, Ağbuğda-13 Rojanovski, Pərzivan, Muğan, Qiymətli-2/17, Tərtər, Qobustan, Pərzvan-1, Mirvari, Ulvi.