Cümşüd Zülfüqarlı — Vikipediya

Cümşüd Zülfüqarlı
Doğum tarixi
Doğum yeri İrəvan
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Bakı Dövlət Universiteti
Elmi dərəcəsi
Tanınır professor (1961)
Mükafatları "Qırmızı ulduz" ordeni
Cümşüd Zülfüqarlının Bakıda yaşadığı ev

Cümşüd İsmayıl oğlu Zülfüqarlı (30 yanvar 1905, İrəvan12 dekabr 1982, Bakı) — professor (1961), kimya elmləri doktoru (1963), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1968), Azərbaycan Respublikası Əməkdar elm xadimi (1971). Azərbaycanın keçmiş xarici işlər naziri, Latviya və Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Tofiq Zülfüqarovun əmisi olan Cümşüd Zülfüqarlı 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur.[1][2][3]

Cümşüd Zülfüqarlı 30 yanvar 1905-ci ildə İrəvan şəhərində anadan olub. 1930-cu ildə Bakı Dövlət Universitetinin Peda­qoji fakültəsinin Təbiət şöbəsini bitirib.[2][3]

Əmək fəaliyyəti

[redaktə | vikimətni redaktə et]
  • 1950-ci ilədək Müharibədən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Neft İnstitutunda laboratoriya müdiri;
  • 1945-1957-ci illərdə Bakı Dövlət Universitetinin Qeyri-üzvi kimya kafedra­sının dosenti;[2][3]
  • 1951–1952-ci ildə Bakı Dövlət Unversitetində Kimya fakültəsinin dekanı;[2][3]
  • 1957-1980-ci illərdə Qeyri-üzvi kimya kafedrasının müdiri;[2][3]
  • Tədqiqatları neftdə, orqanizmlərdə, torpaqda, müxtəlif tipli çökmə süxurlarda, lay sularında mikroelementlərin yayılma qanuna-uyğunluqlarının aşkara çıxarılmasına həsr edilmişdir.
  • Buruq sularından yod alınmasının yeni üsulunu təklif etmiş, alunitin emalı məhsullarından sulfat turşusu alınması texnologiyasının təkmilləşdirilməsi yollarını göstərmiş, ana dilində kimya terminologiyasının yaranması işinə, kimya elminin tədrisi üsullarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirmişdir.

Akademik fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Cümşüd Zülfüqarlı 1930-1932-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasında təhsil alıb. 1940-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1963-cü ildə kimya elmləri doktoru elmi dərəcəsini və 1960-cı ildə professor elmi adını alıb. 1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.[2][3]

Cümşüd Zülfüqarlı 300-dən çox elmi əsərin, o cümlədən 4 mono­qrafiyanın müəllifidir. Alimin elmi-pedaqoji kadrların hazırlanmasında xidməti var. Habelə Azərbaycan dilində kimya terminologiyasının yaranması professor Cümşüd Zülfüqarlının adı ilə bağlıdır. O, 1966–1967-ci illərdə Almaniya Demokratik Respublikasında, 1974-cü ildə Yaponiya, 1977-ci ildə Şotlandiya, SuriyaÇexoslovakiyada beynəlxalq konfrans və konqreslərdə məruzələr edib.[2][3]

  • "Qeyri-üzvi kimya terminologiyası", B., 1939;
  • "Azərbaycanca üzvi kimya terminologiyasının prinsipləri haqqında", B., 1941;
  • "Qeyri-üzvi kimya praktikumu", B., 1979;
  • "Распространение микроелементов в каустобиолитах, организмах, осадочных породах и пластовых водах", Б., 1960.

Cümşüd Zülfüqarlı 1982-ci ildə Bakıda vəfat edib.

  • "Qırmızı ulduz" ordeni;
  • "Döyüş xidmətinə görə" medalı;
  • "Əməkdar elm xadimi" fəxri adı;
  • "Vyananın alınması üçün" medalı;
  • "Budapeştin alınması üçün" medalı;
  • "Qafqazın müdafiəsi uğrunda" medalı;
  • "Böyük Vətən mühari­bə­sində Almaniya üzərində qələbə" medalı;[2][3]
  1. Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 390. ISBN 5-8066-1468-9.
  2. 1 2 3 4 5 6 7 8 "Zülfüqarlı Cümşüd İsmayıl oğlu". science.gov.az. 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. 1 2 3 4 5 6 7 8 "Cümşüd Zülfüqarlı". www.nkpi.az. 2022-02-08. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.04.2024. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)