Cümə məscidi (Qazax) — Vikipediya
Cümə məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Qazax |
Yerləşir | Şəhidlər Xiyabanı küçəsi |
Tikilmə tarixi | 1901[1] |
Vəziyyəti | Təmir edilib.[2] |
İstinad nöm. | 4513 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Cümə məscidi — Qazax şəhərində yerləşən məscid. Məscid Qazax şəhərinin mərkəzi küçəsinin yanında - Şəhidlər Xiyabanı küçəsində yerləşir. Onun qarşısında digər bir tarixi abidə - İsrafil ağa hamamı var. Cümə məscidinin inşasına 1899-ci ildə Kəsəmən kəndindən olan İsrafil ağa Kərbəlayevin təşəbbüsü ilə memar Müzəffər Hüseynovun layihəsi əsasında başlanılıb.
Memarlıq quruluşu
[redaktə | mənbəni redaktə et]Məscid 1899-ci ildə Kəsəmən kəndindən olan İsrafil ağa Kərbəlayevin sifarişi ilə tikdirilib.[3]
Məscidin iki uca minarəsinin üzərində onun Əhli-beyt aşiqi tərəfindən inşa edilməsinə bir imza var ki, Həzrət Əli vilayətinə sadiqliyi əks etdirən şəhadət yazılıb. Məscid həm interyer, həm eksteryer baxımdan zövqlə tikilib, bir növ Kərbəla şəhərində yerləşən İmam Huseynin pak hərəminin məscidinə bənzəyir.
Qırmızı bişmiş kərpicdən ucaldılan məscid 17,2 m x 17,2 m ölçülü kvadrat quruluşlu zaldan ibarətdir. Sivri tağlar ilə yaranan səkkizbucaqlı formanın üzərində daxili diametri 13,4 m olan günbəz inşa edilmişdir. Məscidin ümumi hündürlüyü 15 m, divarların qalınlığı isə 1,9 m-dir. Məscidin giriş hissəsini baştağ bəzəyir. Baş fasadın hər iki tərəfindən qoşa minarələr ucalır.[4]
Sovet hakimiyyəti dövründə məscid öz fəaliyyətini dayandırıb. Məscidin binasından yeməkxana, anbar, əczaxana və kitabxana kimi istifadə olunub.[3] 1990-cı ildən yenidən ibadət yeri kimi fəaliyyətə başlamışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "qazaxda Cümə məscidi". 2012-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-05. (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Qazaxda tarixi məscid bərpa olunub". 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 Azərbaycanın seçilmiş İslam abidələri (PDF) (az.). Bakı: Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. 2015. 194. 2024-09-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-09-13.
- ↑ Həzrət Əliyə (ə) şəhadət verən Qazax məscidi[ölü keçid]