Cəlaləddin Mirzə Heydər xan — Vikipediya
Cəlaləddin Mirzə Heydər xan | |
---|---|
Şücaüddövlə Cəlaləddin Mirzə Heydər xan Aud Vəzir-Nəvvabi Vəzir ül-Hindustan Kəşmir, Aqra və Aud Subedarı Xan Bahadur Əsəd Cəng Ərş Mənzil | |
5 oktyabr 1754 – 26 yanvar 1775 | |
Əvvəlki | Əbulmənsur xan Səfdər Cəng |
Sonrakı | Mirzə Yəhyaəli xan Amani |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dehli, Hindistan |
Vəfat tarixi | (43 yaşında) |
Vəfat yeri | Feyzabad (Hindistan) |
Dəfn yeri | Gülab Bari, Feyzabad (Hindistan) |
Fəaliyyəti | siyasətçi |
Atası | Əbulmənsur xan Səfdər Cəng |
Uşaqları | oğlanları: Yəhyaəli xan, Səadətəli xan, Əli xan |
Dini | Şiə İslam |
Hərbi xidmət | |
Döyüşlər |
|
Vikianbarda əlaqəli mediafayllar |
Cəlaləddin Mirzə Heydər xan Baranlı və ya digər adı ilə Şüca-üd-Dövlə (d. 19 yanvar 1732 — ö. 26 yanvar 1775) — Qaraqoyunlu sülaləsinin üzvü, Aud nəvvabı və Subedarı.[1] Cəlaləddin Mirzə 5 oktyabr 1754-cü ildən 1775-ci ilin yanvarına qədər Böyük Moğol imperiyasının baş vəziri olmuşdur.[2]
Cəlaləddin Mirzə Heydər Xanın soykökü Azərbaycan türklərinin bir hissəsini təşkil edən Qaraqoyunlulara çıxmaqdadır. Onun əcdadları Qaraqoyunlu dövləti süqut etdikdən sonra tədricən Hindistana yayılmış və orada mühüm işlər həyata keçirmişdirlər.
Həyatının erkən dönəmi
[redaktə | mənbəni redaktə et]Şüca-üd-Dövlə Böyük Moğol imperatoru Əhməd Şah tərəfindən baş vəzir seçilmiş Səftər Cəngin oğludur. Atası Səfdər Cəngdən fərqli olaraq Şüca-üd-Dövlə erkən yaşlarından etibarən özünə tabe olan şəxsləri gözəl şəkildə idarə etmə bacarığına görə tanınmaqda idi və bu bacarıq sayəsində o, tədricən yüksəlmiş, sonda II Şah Aləm tərəfindən baş vəzir təyin edilmişdir. O, özünün hündürlüyünə və cüssəsinə görə digər insanlardan seçilirdi.[3][4]
Şüca-üd-Dövlə dəfələrlə moğollar arasında məşhur türkman kökənli şəxslərdən biri olan Əliverdi xana yardım etmişdi. Benqal nəvvabı olan Əliverdi xanın əraziləri I Raghoki Bhonsle tərəfindən yağmaçı yürüşlərə məruz qalarkən ona yardımlar edirdi. Buna görə də, Şüca-üd-Dövlə Əliverdi xanın qulluqçuları arasından yüksək hörmətə sahib idi.
Aud nəvvablığı
[redaktə | mənbəni redaktə et]Atası və bir zamanlar Böyük Moğol imperiyasının baş vəziri olan Səfdər Cəngin 1753-cü ildə ölümündən sonra Şüca-üd-Dövlə moğol imperatoru Əhməd şah Bahadur tərəfindən növbəti Aud nəvvabı olaraq rəsmi şəkildə tanındı.
Şüca-üd-Dövlə, rejimi Sadaşivrao Bhaunun dəstəyi ilə Sikandarabad döyüşündən sonra yaranan Maratha İmperiyasının müttəfiqi İmad-uü-Mülkə xor baxırdı. İmüd-ül-Mülk Əhməd şahı və anasını kor edib, həbsə atmış, onun yerinə isə II Aləmgiri taxta çıxarmışdı. II Aləmgir və oğlu Şahzadə Əli Gövhər tez-tez Əhməd şah Dürrani ilə formalaşan sülh şəraitini pozmağı rədd etdikləri üçün İmad-ül-Mülk tərəfindən təzyiqlərə məruz qalırdılar. Öz növbəsində şah və şahzadə İmad-ül-Mülkün istefa verməsini istəyirdilər. Bunun əsas səbəbi baş vəziri maratxlarla olan əlaqələri idi.[6]
Şüca-üd-Dövlənin şəxsi mülklərindəki süvarilər əsasən Şeyxzadilərdən toplanmaqda idi. Şeyxzadilər Qidvay tayfasından çıxmışdılar və çoxları tərəfindən müasir Hindistan-Pakistan bölgəsinə gəlmiş ilk müsəlmanların varisləri hesab edilirdilər. Qidvaylar özləri Bəni İsraildən törədiklərini iddia etməkdə idilər.[7] Qidvayların Bilqram seyidləri, Qara-Mənikpur, Kakori şeyxləri və Barha seyidləri kimi tirələri Şüca-üd-Dövlənin sarayında saray məmurları və döyüşçülər kimi xidmət edirdilər.[8] Onun ordusunda ən sayılıb-seçilib bölmə Naval Rainin dəstəsi idi və Baray seyidlərindən toplanmaqda idi.[9][10] Eyni zamanda Bilqramilər də buranın bir hissəsi idi. Bu tirələr döyüşçü və ya məmur seçimi etməkdən başqa heç bir peşəyə yönəlmirdilər.[11] Şüca-üd-Dövlənin atası Səfdər Cəngin dövründə ordunun sayı 20 min nəfərə çatırdı. Onun ordusunun çoxu Kəşmirin Cadibal bölgəsindən toplanan hisduntanilərdən ibarət idi. Bu döyüşçülər Səfdər Cəngin istəyi ilə Səfəvi imperiyasındakı Qızılbaş ordusu kimi geyinir və onları yamsılayırdı.[12][13] Həmçinin, Aud nəvvabllğı eyni zamanda şiə dövləti olduğu üçün bütün imperiyadakı şiələr buraya axın edirdilər. Bunun səbəbi digər yerlərdəki təzyiqlərdən qurtulmaq, həm də Saraydan himayəçilik almaq idi. Bu, xüsusən Kəşmirin Cadibal bölgəsinə aid idi. Buradakı hamı şiə idi və onlar Aud nəvvablığına Hindistan şiəliyinin qılıncı kimi baxırdılar.[14]
Böyük Moğol imperiyasının baş vəziri olması
[redaktə | mənbəni redaktə et]Moğol imperiyasının şahzadəsi Əli Gövhər nəticədə imperator II Aləmgirin öldürülməsinə yol açacaq sui-qəsddən xəbər tutduqda Dehlidən qaçdı. Şüca-üd-Dövlənin yanına qaçan Şahzadə Əli onun tərəfindən xoş qarşılandı və Şüca-üd-Dövlə ona öz himayəsini elan etdi. Əli burada özünü II Şah Aləm adı ilə imperator elan etdi və Şüca-üd-Dövlənin də onun baş vəziri olduğunu bəyan etdi. Onlar birlikdə Moğol imperiyasının böyük hissəsini talan edən Sadaşivrao Bhau və onun qüvvələri tərəfindən Moğol imperiya taxtına qoyulmuş qəsbkar III Şah Cahana meydan oxudular.
II Şah Aləm moğol imperiyasının şərq bölgəsini ələ keçirən Mir Cəfərin üzərinə hücum etmək tövsiyə olundu. Bu hücumla həm imperiyanın şərq torpaqları geri qaytarılmalı, həm də Böyük Britaniyanın Şərqdi Hindistan Şirkəti tərəfindən dəstəklənən Mir Cəfər məğlub edilməli idi. Bu zaman Şüca-üd-Dövlə, Nəcib-ül-Dövlə və Mirzə Cavan bəxt özləri Əhməd şah Dürrani ilə ittifaq halında idilər. Onlar 1760-cı ildə İkinci Sikandarabad döyüşündə öz qüvvələri ilə ona yardım etmiş, bundan sonra da Üçüncü Panipat döyüşündə 43 minlik moğol ordusuna komandanlıq edərək Dürraniyə kömək etmişdilər.[15]
Üçüncü Panipat döyüşü
[redaktə | mənbəni redaktə et]Moğol imperatoru II Aləmgirin öldürülməsindən sonra paytaxtdan qaçmağa məcbur olan oğlu Əli Gövhər Şüca-üd-Dövlə tərəfindən çox xoş qarşılandı. Aud nəvvabı və yenicə Böyük Moğol imperatorunun baş vəziri təyin edilmiş Şüca-üd-Dövlə Şahzadə Əli ilə razılaşmaya gəldi. Razılaşmaya əsasən o, Nəcib-üd-Dövlə Maratx imperiyasını devirmək üçün mübarizədə başlayacaqlar, bunun qarşılığında Şahzadə Əli də moğol imperiyası ordusunun yerdə qalan qismi ilə onların Benqalıyada genişlənməkdə olan Şərqi Hindistan Şirkətinə qarşı mübarizələrində onlara yardım edəcəkdi.[16]
Dürranilərlə maratxların konfliktə girməsindən sonra müharibənin yaxınlaşması dəqiq idi. 1759-cu ildə Əhməd şah Dürrani əsas nüvəsi qızılbaşlardan olan, eləcə də pəştunların, kürdlərin və özbəklərin də daxil olduğu ordusu ilə hərəkətə keçdi.[17][18]
Bu döyüş 14 yanvar 1761-ci ildə Dehli şəhərinin təxminən 97 kilometr şimalında yerləşən Panipat məntəqəsində baş vermişdir. Döyüşün əsas tərəfləri Əhməd şah Dürraninin komandanlıq etdiyi əfqanlarla maraxt konfederasiyası idi. Əfqanların Hindistan daxilindən 3 əsas müttəfiqi var idi — Rohilla tayfa rəislərinin dəstəyini qazanmış Nəcib əd-DÖvlə, moğolların zəifləyən hissələri və Şüca-üd-Dövlə. Maratx ordusuna Sadaşivrao Bhau komandanlıq edirdi. Bu döyüş XVIII əsrdə baş vermiş ən böyük döyüşlərdən biri hesab edilir.[19][20]
Döyüş ümumilikdə bir neçə gün davam etmiş və 125 min döyüşçü iştirak etmişdir. Sonda Şüca-üd-Dövlənin də olduğu ittifaq qalıb olmuş, bir neçə maratx cinahını dağıtmışdır. Döyüşən tərəflərin itkiləri barədə qaynaqlarda ziddiyyətli məlumatlar vardır. Lakin onların arasından ən etibarlı olanı və döyüşü şəxsən görmüş müəllif Şüca-üd-Dövlənin baxarı Divan Kaşi Racədir. O, yazır ki, döyüşdən bir gün sonra ələ keçirilmiş olan 40 min maratx döyüşçüsü qətlə yetirilmişdir. Həmçinin, müəlliflərdən biri olan Şejvalker yazır ki, döyüşdə ən azı 100 min maratx öldürülmüşdür. Ölənlərin sırasına həm döyüş zamanı, həm də döyüşdən sonra öldürülənlər də daxildir.[21][22]
Döyüşdən əvvəl hər iki tərəf Şüca-üd-Dövləni öz tərəfinə çəkmək üçün çalışdı. Bu döyüşdən əvvəl Şüca-üd-Dövlə hansı tərəfdən çıxış etməli olduğu məsələsində əmin deyildi. Maratxlar o zaman hələ xeyli cənubda idilər və Şüca-üd-Dövlənin əyalətinə çatmaq üçün onlara xeyli vaxt lazım olmalı idi. Onun anası isə Şüca-üd-Dövlənin maratxlarla ittifaq bağlamalı olduğunu məsləhət görürdü və fikirlərini bundan əvvəl maratxların Şüca-üd-Dövlənin atası Səfdər Cəngə dəfələrlə yardım etməsi ilə əsaslandırırdı. Lakin sonda Şüca-üd-Dövlə əfqan hökmdarı və Nadir şah Əfşarın keçmiş komandirlərindən olan Əhməd şah Dürraniyə qatılmaq qərarına gəldi. 1760-cı ilin iyulun sonlarında Şüca-üd-Dövlə qərarını verdi və Əfqan-Rohilla ittifaqına qatılmağı seçdi. O, bu ittifaqa qatılmaq istəyini Əfqan-Rohilla ittifaqını "İslam ordusu" kimi dəyərləndirməsi ilə əsaslandırmışdı. Tarixçilər Şüca-üd-Dövlənin bu seçimi döyüşün taleyində həlledici rol oynadı. Çünki o, Şimali Hindistanda uzun müddət keçirməyə məcbur olmuş əfqan ordusuna lazimi maliyyə yardımını təmin etdi. Hətta iddia edilir ki, Şüca-üd-Dövlə onlara yardım təmin etməsəydi əfqanlar geri dönməyə məcbur olacaqdılar. Döyüşün nəticəsinin müəyyən edilməsində Şüca-üd-Dövlənin Şimali Hindistanı yaxşı tanıması, oradakı hindu krallıqları ilə qurduğu uğurlu diplomatik əlaqələr mühüm rol oynamışdır.[23][21] Şücanın Üçüncü Panipat döyüşünə kiminlə müttəfiq kimi qatılacağı ilə bağlı qərar verməsi müharibənin nəticəsini təyin edən həlledici amillərdən biri idi, çünki əfqanların Maratxların təchizat xətlərini kəsməsi səbəbiylə ərzaq çatışmazlığı meydana çıxdı, və maratxlar günlərlə davam edən döyüşə davam gətirə bilmədilər. Onların qüvvələri aclığa və günəşin altında döyüşməyə görə zəif düşdü.[16] Moğol imperiyasının seçilmiş baş vəziri kimi Şüca-üd-Dövlə döyüşdə moğol sepoylarının böyük bir hissəsinə komandanlıq etmişdi. O, maratxların təminat yollarını kəsməyi bacardı, daha sonra bir ençə açıq meydan toqquşmasında da maratx birləşmələrini darmadağın etdi və maratx lideri Sadaşviro Bhaunu meydan qovdu.
Abdali Şüca-üd-Dövə barədə bunları yazırdı:[24]
İndi heç şübhəsiz məlumdur ki, müraciət edən şəxs həmin bölgələrin sakinidir, lakin o, öz doğma yurdunun söhbətindən və ədəb-ərkanından əl çəkərək Hindustanın sakinləri ilə birləşib. Nə baş veribsə, tamamilə doğrudur. Nə olubsa, olmuşdur; gələcək, Allahın lütfü ilə bəxtəvər olacaqdır.
Buxar döyüşü
[redaktə | mənbəni redaktə et]Şuca həmçinin Buxar döyüşündəki rolu ilə tanınır, bu döyüş Hindistan tarixində ən əhəmiyyətli döyüşlərdən biri kimi qiymətləndirilir. Bu döyüşdə o, moğol hökmdarı II Şah Aləm və Benqal hakimi Mir Qasım ilə birlikdə Böyük Britaniyanın Şərqi Hindistan Şirkətinə qarşı döyüşmüşdür. Belə ki, britaniyalılar Benqal hakimini dəyişdirərək özlərinə yaxın şəxsi hakimiyyətə gətirmiş, bu addım Şüca-üd-Dövlə tərəfindən qəti şəkildə rədd edilmişdir. O, britaniyalılarla çox sərt bir məktub göndərmiş və Mir Qasımı müdafiə etmişdir. Məktubda Şüca-üd-Dövlə britaniyalılara daxili məsələlərə qarışmağa hüquqlarının olmadığı xatırladılmış və onlara verilmiş imtiyazlar əsasında müəyyən edilmiş işlərlə məşğul olmaları istənilmişdir.[1]
Döyüş 22–23 oktyabr 1764-cü ildə Hektor Munronun komandanlıq etdiyi Şərqi Hindistan Şirkəti ilə Benara racələrinin rəisi Balvant Singh, Benqal nəvvabı Mir Qasimin və Şüca-üd-Dövlənin rəhbərlik etdiyi birləşmiş ordu arasında baş vermişdir. Böyük Moğol imperatoru II Şah Aləm də Şüca-üd-Dövlənin daxil olduğu ittifaq tərəfindən döyüşmüşdür. Döyüş Patnanın 130 kilometr qərbində, Gangas çayının sahilində, Bihar adlanan məntəqədə baş vermişdir. Döyüşün nəticəsində britaniyalılar çətinliklə qələbə qazana bilmişdirlər. Döyüşün nəticəsində 1765-ci ildə Allahabad müqaviləsi imzalanmışdır Müqavilənin şərtlərinə görə, moğol hökuməti britaniyalılara Benqal, Bihar və Orissada moğol imperatoru adından vergi toplama hüququ vermişdirlər. Bu müqavilə şirkətə böyük iqtisadi nəzarət verdi və onlara regionun resurslarından öz mənfəətləri üçün istifadə etmək üçün maliyyə siyasətini həyata keçirməyə imkan verdi.[25][26][27][28]
Allahabad müqaviləsi
[redaktə | mənbəni redaktə et]O, bir daha britaniyalılara qarşı maratxların yardımı ilə Qara Cahanabadda döyüşdə və yenə məğlub edildi. 16 avqust 1765-ci ildə o, britaniyalılarla Allahabad müqaviləsi imzaladı. Müqaviləyə görə, Kora və Allahabad Hərbi Hindistan Şirkətinə verilməklə birlikdə, Aud illik 5 milyon rupi vergi ödəməyi öhdəsinə götürdü.[29] İngilislərə Audda sərbəst ticarətə icazə veriləcək və digər güclərlə müharibə vəziyyətində bir-birlərinə kömək edəcəklər, bu da şirkət tərəfindən çox ağıllı bir siyasi addım idi.[30]
İngilis qüvvələrinin müdafiəsi və müharibədə kömək üçün Aud əvvəlcə Çunar qalasından, sonra Bənarəs, Qazipur və nəhayət Allahabad rayonlarından imtina etdi.[31]
Ölümü və dəfni
[redaktə | mənbəni redaktə et]Şüca-üd-Dövlə 26 yanvar 1775-ci Aud nəvvablığının paytaxtı olan Feyzabadda vəfat etdi və elə həmin şəhərdə də vəfat etdi. Onun dəfn edildiyi yer Gülab Bari (Qırmızı Bağ) adlanmaqdadır.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Şüca-üd-Dövlə əslən Azərbaycan türklərindən olan Qaraqoyunlu sülaləsindən gəlməkdə idi və şiə idi. Onun idar etdiyi dövlət olan Aud nəvvablığı da şiə dövləti idi. O, Hindistanda hindu üsyançıların üsyanlarını məğlub edə-edə onların xidmətçilərini də əldə etmişdi. Məsələn, Cəvahir Əli hindu olaraq doğulmuş, sonradan onun xacəsi olmuşdu. Xeyrabad racələri şiə olan Nəvvab Məhəmməd Əliyə vergi verməyərk üsyan etmiş və Məhəmməd də onları döyüşdə məğlub etmişdi. Belə üsyanlar zamanı ələ keçirilmiş hindu oğlanlar əvvəlcə xədim edilir, onlara şiə adları verilir və ən sonda təhsilə cəlb edilirdilər. Audun türk nəvvabı olan Şüca-üd-Dövlə Məhəmmədi öz xədimlərini ona verməyə məcbur etmiş, nəticədə Cəvahir Əli də daxil olmaqla hindu kökənli şəxslər ona verilmişdir.[32][33] Cəvahir Əli Şüca-üd-Dövlənin sarayında nazirlik etmiş və Şüca-üd-Dövlənin arvadı olan Bahu Bəyimə xidmət etmişdir. Bahu Bəyim xeyli sayda hindu kökənli xacələrə sahib idi.[34][35]
Bahu Bəyimin bütün mülkləri Cəvahir Əli tərəfindən idarə edilirdi. Şiə din adamı olan Mövləvi Məhəmməd Munir də Feyzabada gəlmişdi və 1779-cu ildə sufi pirləri ilə həkimlətin şiə din adamlarına qarşı üsyanı zamanı da şəhərdə idi. Məhəmməd Munirə Cəvahir Əli tərəfindən təqaüd verilməklə birlikdə, ona himayədarlıq da edirdi. Cəvahir Əli döyüşçüləri göndərərək həkimlərə qarşı şiə din adamlarını müdafiə etdi. Şiə Üsuli üləması üsyandan 7 il sonra cümə duasını həyata keçirərkən də Cəvahir Əli tərəfindən müdafiə edilmişdilər. Cəvahir Əli yağışlı və qış mövzümlərində belə 20 insana pul ödəyərək gündəlik 5 məcburi namaza və cümə namazina qatılmalarını təmin edirdi.[36] Bahu Bəyim əslən iranlı idi. Bahu Bəyim 1781-ci ildə Böyük Britaniyanın Şərqi Hindistan Şirkəti tərəindən bəhs edilmiş, onun xəzinəsinin yerini öyrənmək üçün Bəyimin xacələri olan Bahar Əli ilə Cəvahir Əliyə ingilislər tərəfindən işğəncə verilmişdi.[37] Yazılanlardan anlaşılana görə, Bahu Bəyim xeyli dindar şiə olmuşdur. Belə bir məlumar var ki, xacə nazir Darab Əli hava çox soyuq olmasına görə Bahu Bəyimi İmam Hüseynə yas saxlamaq istəyinə əngəl olmağa çalışmış, lakin bunda uğursuz olmuşdur. Nəticədə Bəyim ağır xəstələnmişdir.[38] Cəvahir Əlinin əmri ilə Sədadət və Bəşarət adlı Bəyimə aid olan iki xacə Əli Bəy Xan Məscidinə qaziyə kömək etmək üçün təhkim edilmişdi.[39][40]
Bahu Bəyimin əsl adı Əmanət-üz Zəhra idi. Onun qardaşı Mirzə Məhəmməd adlı şəxs idi. Şüca-üd-Dövlə ilə evliliyindən Yəhyaəli xan, Səadətəli xan, Əli xan adlı oğulları vardı.[37]
Soykökü
[redaktə | mənbəni redaktə et]Cəlaləddin Mirzə Heydər xan Qaraqoyunlu sülaləsinə məxsusdur. Qaraqoyunlu dövləti dağıldıqdan sonra Cahanşahın nəvəsi ilə Əlvənd Mirzə Qaraqoyunlunun oğlu Pirqulu bəyin Yusif Mirzə Qaraqoyunlunun qızı Xədicə Bəyimlə evliliyi sülalənin Hindistan qolunun əsası qoyulmuşdur. Lakin bu ailənin soyundan gələn şəxslər XVI əsrdə Hindistana köçmüş, orada Qütbşahlar dövlətini yaratmışdırlar. Sülalənin qurucusu olan Sultanqulu bəy Baranlı Həmədan vilayətində dünyaya gəlmişdi. O, Qaraqoyunlu sülaləsinə mənsub olan bir Türkman idi və Qara Yusifin soyundan gəlirdi.[41][42] XVI əsrdə o, dayısı Allahqulu, bəzi dostları və ailəsi ilə birlikdə Dehliyə mühacirət etdi. Daha sonra o, cənubda yerləşən Dəkkənə yollandı və orada müsəlmanlardan II Mahmud şah Bəhməniyə xidmət etməyə başladı. Atası Səfdər Cəng Böyük Moğol imperiyasının ən məşhur dövlət xadimlərindən biri olmuşdur. O, Audun ikinci nəvvabı olmuş və bu vəzifədə həm dayısı, həm də qayınatası olan Səadət Əli xanı əvəz etmişdir. Ondan sonrakı bütün Aud nəvvabları Səfdər Cəngin soyundan gələn şəxslər olmuşdurlar.[43] Səfdər Cəngin ölümündən sonra yerinə oğlu Şüca əd-Dövlə və ya Cəlaləddin Mirzə Heydər xan keçmişdir.[44][45]
Xatirəsi
[redaktə | mənbəni redaktə et]Gülab Bari məqbərəsi
[redaktə | mənbəni redaktə et]Şüca-üd-Dövlə öldükdən sonra özü üçün tikdirilmiş Gulab Bari (Qızılgüllər Bağı) adlanan məqbərədə dəfn edilmişdir. Bu məqbərə müasir Hindistanın Uttar-Pradeş vilayətinin Ayodhya bölgəsində yerləşməkdədir. Məqbərədə müxtəlif cür qızılgüllər kolleksiyası su fəvvarələri boyunca əkilmişdir. Abidə ilk dəfə Hindistan tərəfindən 1958-ci ildə milli əhəmiyyətli abidə elan edilmiş, 2010-cu ildə də bu qanuna dəyişiklik edilmişdir. Gülab Barı layla suvanmış və suvaq qəliblərlə bəzədilmiş Laxauri kərpicindən tikilmiş qapalı divarla əhatə olunmuşdur. Kompleksdə Şüca-üd-Dövlə məqbərəsi, İmambara, Şahi Hammam, Baradari məscidi və üç tağlı darvazalar vasitəsilə əhatələnən quyu var. Məqbərə sağlığında elə Şüca-üd-Dövlənin özü tərəfindən inşa edilmişdir. Mərkəzi otaqda Şüca-üd-Dövlə və anasının məzarlarının yerləşdiyi kenotaf var. Türbə fəvvarələr və dayaz su kanalları ilə müşayiət olunan Çarbağ bağının mərkəzində yerləşir. Məqbərənin kvadrat formalı ikimərtəbəli konstruksiyasının hər tərəfində tağlı eyvan, yuxarı mərtəbəsində isə küncləri minarələrlə bəzədilmiş üç tağlı fasadı vardır. Mərkəzi kameranın günbəzi ters çevrilmiş lotus və metal finial ilə taclanır. Gülab Barı təkcə ziyarət edilməli olan yer deyil; ibadət və müxtəlif mədəni tədbirlərin keçirildiyi yerdir. Yerli sakinlər onu müqəddəs yer kimi qəbul edirlər. Bildirilir ki, abidə Lakhnauda bir boali ilə bağlıdır və vaxtilə Şüca-üd-Dövlənin davamçılarının gizləndiyi yer olub. Bildirilir ki, sağlığında buradakı qızılgüllərin xoş iyinin təsiri altında Şüca-üd-Dövlə işləməyi və qərarlar qəbul etməyi sevirmiş. Kompleksin ətrafında döyüşçülər və xidmətçilər üçün tikilmiş yaşayış yerləri mövcud idi. Hal-hazırda abidənin vəziyyəti pis olsa da, yerli müsəlman icması üçün öz əhəmiyyətini hələ də qoruyub saxlamaqdadır.[46][47][48]
Qalereya
[redaktə | mənbəni redaktə et]- Gulab Baridə olan Qızılgül Bağı
- Məqbərənin daxildən görünüşü
- Gulab Baridə yerləşən hamam.
Qeydlər
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bhatia, 1968
- ↑ "Awadh (Avadh, Oudh)". www.worldstatesmen.org. 2009. 2021-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2023.
- ↑ Dalrymple, 2019. səh. 156
- ↑ Asiatic Society, 1879
- ↑ "Mahout". Absolute Elephant Information Encyclopedia. 1 February 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2016. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Srivastava, 1945. səh. 273
- ↑ Pradeep, 2005. səh. 73
- ↑ Bayly, 2012
- ↑ Henry Dodwell və başqaları, 1957
- ↑ Asiatic Society, 1832
- ↑ Singh, 2003. səh. 9
- ↑ Sarkar, 1964. səh. 254
- ↑ Srivastava, 1933
- ↑ Hamdani, 2022
- ↑ Mohan, 1997
- ↑ 1 2 Cotton və başqaları, 1908
- ↑ Gommans, 2017
- ↑ Sarkar, 1966. səh. 67
- ↑ Gordon, 1993
- ↑ Black, 2022
- ↑ 1 2 Shejwalkar, 1946
- ↑ Duff, 1826
- ↑ Singh, 1963. səh. 150
- ↑ Imperial Record Department, 1914
- ↑ Mehra, 1985
- ↑ Zaman, 2015. səh. 347–367
- ↑ Cadell, 1941. səh. 113
- ↑ Cust, 1858. səh. 113
- ↑ "Treaty of Allahabad". en.wikisource.org. 2005. 2023-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2023.
- ↑ Siddiqui, 2001
- ↑ "Shuja-ud-daula (1754–1775)". www.lucknow.nic.in. 2004. 2009-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2023.
- ↑ Hinchy, 2015. səh. 380–400
- ↑ Hinchy və Bowen, 2020
- ↑ Chatterjee, 1996. səh. 63
- ↑ Hinch, 2013. səh. 63
- ↑ Cole, 1988. səh. 57, 58
- ↑ 1 2 Khan, 1983. səh. 65
- ↑ Indian Research Institute, 1934. səh. 633
- ↑ Faiz və Hoey, 2004. səh. 65
- ↑ Qidwai, 1994. səh. 65
- ↑ Minorsky, 1955. səh. 50–73
- ↑ Khan, 1996. səh. 2
- ↑ "HISTORY OF AWADH". www.indiancoins.8m.com. 3 August 2001. 4 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2023.
- ↑ Mubayi, 2022
- ↑ Michell və Zebrowski, 1999. səh. 17
- ↑ Directorate of Environment U.P. "Environmental Information System Uttar Pradesh". upenvis.nic.in. 4 oktyabr 2008. 16 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2023.
- ↑ "Welcome to Faizabad History". faizabad.nic.in. 28 may 2009. 16 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2023.
- ↑ "Faizabad History". faizabad.nic.in. 28 may 2009. 16 Apr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2023.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Vladimir Minorsky. The Qara-qoyunlu and the Qutb-shāhs (Turkmenica, 10). Bulletin of the School of Oriental and African Studies, University of London. Cambridge University Press 17 (1). 1955. 50–73.
- Masud Husain Khan. Mohammad Quli Qutb Shah. Sahitya Akademi. 1996. ISBN 9788126002337.
- Yaaminey Mubayi. Water and Historic Settlements:The Making of a Cultural Landscape. 2022. ISBN 9781000641639.
- George Michell, Mark Zebrowski. Architecture and Art of the Deccan Sultanates. Cambridge University Press. 1999.
- Asiatic Society. 48. Kolkata, India: Journal of the Asiatic Society of Bengal. 1879.
- O. P. Singh Bhatia. History of India, from 1707 to 1856. Surjeet Book Depot. 1968.
- William Dalrymple. The Anarchy. United Kingdom: Bloomsbury Publishing. 2019. ISBN 978-1-5266-1850-4.
- Ashirbadi Lal Srivastava. Shuja-ud-daulah. S.N. Sarkar. 1945.
- Barua Pradeep. The state at war in South Asia. 2005. ISBN 0803213441.
- C.A. Bayly. Rulers_Townsmen_and_Bazaars. Oxford University Press. 2012.
- Asiatic Society. Kolkata, India: Journal of the Asiatic Society of Bengal. 1832.
- Henry Dodwell, Sir Richard Burn, Sir Wolseley Haig. The Cambridge History of India. 4. Pennsylvania State University. 1957.
- Surya Narain Singh. The Kingdom of Awadh. Mittal Publications. 2003.
- Jadunath Sarkar. Fall Of The Mughal Empire. 1. JaiGyan. 1964.
- Ashirbadi Lal Srivastava. The First Two Nawabs Of Oudh (a Critical Study Based On Original Sources). The University Fo Lucknow. 1933.
- Hakim Sameer Hamdani. Shi'ism in Kashmir:A History of Sunni-Shia Rivalry and Reconciliation. Bloomsbury. 2022.
- Surendra Mohan. Awadh Under the Nawabs: Politics, Culture, and Communal Relations, 1722-1856. Manohar Publishers & Distributors. 1997. ISBN 978-81-7304-203-4.
- Cotton, James Sutherland; Burn, Sir Richard; Meyer, Sir William Stevenson. Imperial Gazetteer of India: Provincial Series. Shah Alam ii an shuja-ud-daula. 1908.
- Imperial Record Department. Calendar of Persian Correspondence: Being Letters, Referring Mainly to Affairs in Bengal, which Passed Between Some of the Company's Servants and Indian Rulers and Notables. Superintendent government printing. 1914.
- Indian Research Institute. 1934.
- Jessica Hinchy. Enslaved childhoods in eighteenth-century Awadh. South Asian History and Culture. Childhoods in India: Contemporary and Historical Perspectives). 2015. 380–400.
- Zazie Bowen; Hinchy, Jessica. Children and Knowledge: Contemporary and Historical Perspectives from India. Routledge South Asian History and Culture Series. 2020. ISBN 978-1000740417.
- Indrani Chatterjee. Slavery and the Household in Bengal, 1770 - 1880 (PhD thesis) (PDF). University of London. 1996.
- Bakhsh, Muhammad Faiz; Hoey, William. Memoirs of Faizabad, Being a Translation of the "Tarikh-i-Farahbakhsh" of Muhammad Faiz Bakhsh: 1782-1818. Qureshi, Hamid Afaq (ed.). 2005.
- Jessica Bridgette Hinchy. Power, Perversion and Panic: Eunuchs, Colonialism and Modernity in North India (PhD thesis). The Australian National University. 2013.
- J. R. I. Cole. Roots of North Indian Shi'ism in Iran and Iraq : Religion and State in Awadh, 1722-1859. Berkeley: University of California Press. 1988.
- Vijaya Khan. Glimpses into the life and times of the Begums of Avadh. the India Magazine of her people and culture. Vol. 3, no. 9. 1983.
- Ikramuddin Qidwai. Nawwab Bani Khanam. Journal of the Pakistan Historical Society 42 (2). 1994. 115–119.
- Khushwant Singh. A History Of The Sikhs, 1469-1839. 1. Princeton University Press. 1963.
- Sir Jadunath Sarkar. Fall of the Mughal Empire: 1754-1771 (Panipat). India: M. C. Sarkar, 1966. 1966.
- Jeremy Black. Warfare In The Eighteenth Century. Cassell. 2002. ISBN 978-0304362127.
- Stewart Gordon . The Marathas 1600-1818. 4. Cambridge University Press. 1993. ISBN 9780521033169.
- James Grant Duff. History of the Mahrattas. II. Printed for Longman, Rees, Orme, Brown, and Green. 1826.
- Jos Gommans. The Indian Frontier: Horse and Warband in the Making of Empires. 2017.
- Tryambak Shankar Shejwalkar. Panipat:1761. 1946.
- Parshotam Mehra. A Dictionary of Modern History (1707–1947). Oxford University Press. 1985. ISBN 0-19-561552-2.
- Faridah Zaman. Colonizing the Sacred: Allahabad and the Company State, 1797-1857. The Journal of Asian Studies. 74 (2). 2015. 347–367.
- Edward Cust. Annals of the Wars of the Eighteenth Century: 1760–1783. III. London: Mitchell's Mibdglitiry Library. 1858.
- P. R. Cadell. The Battle of Buxar, 1764". Journal of the Society for Army Historical Research. 20 (78). 1941.